Bal ayı

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 221
Paylaş:
Səs ver:
(səs: 0)
Evlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da o qədər də yorucu, gərginlik yaradan bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və bal ayı da bunun üçün əla fürsətdir.

Bundan əlavə, bal ayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlanmasına, nəhayət ki, tamamilə baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir.

Nəzərdə saxlayın ki, bal ayını toydan həmən sonra etmək lazımdır, çünki sonra gecikmiş bir bal ayı, bal ayı deyil, sadəcə tətildir. Ən azından toydan sonra bal ayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuzu evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq.

Nəyin bahasına olursa olsun bal ayınızı təxirə salmayın. Pulu bəhanə etməyin, bunun üçün toy pulundan da bir miqdar ayıra bilərsiniz. Unutmayın ki, bal ayı bir dəfə yaşanacaq və sizə unudulmaz dəqiqələr yaşadacaq ona görə də, bal ayınızı təxirə salmayın.


Bir məqamda var ki, indiki dövrdə çox az miqdarda pul xərcləyərək, bal ayınızı keçirə bilərsiniz.

Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz. Az da olsa özünüzə və sevdiyiniz insana vaxt ayırın.

Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var.

Bal ayının harada və necə keçirilməsini müəyyənləşdirmək üçün isə ilk növbədə hər ikinizin necə bir iqlim sevdiyinizlə bağlı bir ortaq fikrə gəlməlisiniz. Ancaq dincəlmək üçün xarici ölkələrə getmək istəsəniz bal ayınızı mütləq ən az 2-3 ay əvvəlcədən planlamaq daha qənaətli olacaqdır.

Məsələn, elə insanlar var ki, onlar qışı, qarı, sərin havanı, ya payızı, onun qızıl yarpaqlarını, romantikanı, digərləri isə günəşi, dənizi, əyləncəni, tropik iqlimi sevirlər. Seçdiyiniz məkan da bunlara uyğun olmalıdır.

Bundan başqa, bal ayı keçirəcəyiniz məkanın xidmətləri, yeməkləri, yeni evlilər üçün təklif etdiyi sürprizlər, məkanın mədəniyyəti, qarşılaşacağınız və heç yerdə görməyəcəyiniz, maraqlı məqamları da nəzərə alın ki, bal ayınızı unudulmaz və maraqlı keçirəsiniz.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 221
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
CANAN
Bal ayi Evliler ucun yaxsidir.Ama heyif ki bizi tereflerde bele seye rast gelinmir.Bizde ancax Toyun sabahindan Baslayirsan..Ev esik yigisdirmaqa.
8 fevral 2019 14:16
5
canan qizim sirin seker qizim.
Offline
vipbetul
evliliye hazirlasanlar oxusun
8 fevral 2019 09:48
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ahu
Bal ayini biz ancaq yuxumuzda gorerik. Evlendiyimizin sabahi gunu qaynana qulluq etmemizi, ev isi gormemizi gozleyir. Etmeyen kimi de senden pis gelin yoxdu. Haminin gelni qocaq olur. Sen onun gozunde en pis. Eh. Agli olan hec evlenmesin.
8 fevral 2019 08:17
3
сени о гедер хеял етдимки, артыг бир хеялсан...
Offline
BARBI
Bal ayi evli cutlukler ucun mutleqdir.En azinan birge olub bir biri ile zaman kecirmesi mutleqdi
7 fevral 2019 23:35
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Cox sevirem yeni evli cutluklerin bal ayina getmelerini. Tesekkurler.
7 fevral 2019 23:06
1
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri