Qətiyyən bu səbəblərə görə evlənməyin!

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 188
Səs ver:
(səs: 0)
Həqiqətən də həyatınız boyu bir yerdə olmaq istədiyiniz biri ilə, yaxşı-pis hər şeyi bölüşmək üçünmü ailə qurmaq istəyirsiniz, yoxsa bu 6 səhv səbəblərə görəmi?

1. Səhv səbəb: Sevirəm, Ölürəm

Sevgi; əsaslı izah edilə bilən bir ruh halı deyil. Sevirsiniz, ölürsünüz bunu ürəkdən yaşamağı sadəcə tövsiyə edə bilərik. heç bir sevgi bir neçə ildən çox çəkməmişdir. Müəyyən bir müddətdən sonra bitər. Diqqət edin o sevgi dediyiniz öz yerini çox istəməyə, mütləq yanında olmaq istəməyə, bir-biri ilə yaxşı anlaşmağa, dostluğa buraxırmı? Vurulmuşsunuzsa ailə qurmaq qərarı almaq üçün o vurğunluğun sona çatmağını gözləyin.

2. Səhv səbəb: Tənhalıqdan sıxıldım
Bilinir ki, sıxılan insansınız. Tənhalıqdan olduğu kimi bərabərlikdən də sıxılacaqsınız. Üstəlik ondan daha tez sıxılacaqsınız. Çünki tənhalığın əvvəl-axır sizin nəzarətinizdə olması ehtimal edilən bir şeydir. Tənha olan zaman istədiyiniz vaxt harasa gedə bilər, istədiyiniz vaxt televizorun istənilən kanalına baxa bilərsiniz. Lakin bərabərlik heç vaxt tamamilə sizin nəzarətiniz altında olmur. Və tənhalıqdan sıxıldığınızdan daha çox biri ilə birlikdə olmaqdan və bir evdə yaşamaqdan sıxılacaqsınız.

3. Ailəm sevgili olmağa icazə verməz
Bir müddətdir bir sevdiyiniz insan var ailənizin bu vəziyyətdən xəbərdar oldu. Bu vəziyyətdə ailəniz daha çox sizi töhmət etməsinlər deyə hər hansısa bir yolla sevdiyiniz insana təsir edərək artıq ailə qurmaq istədiyinizi deməyə, ima etməyə başlayırsınız. Lakin sevgililik sevgililikdir, ailə qurmaq isə tamamən fərqlidir. İki insan ən azından müəyyən bir müddət bir yerdə yaşamadan ailə qurmağa qərar verməməlidir, idealı budur, amma coğrafiyamızda bu nadir hallarda mümkün olduğu üçün sizə tövsiyəmiz; heç olmasa biraz böyüməyi gözləyin.

Böyüdükcə həyatdan nə istədiyinizi biləcəksiniz. Sırf ailəniz belə istəyir deyə bir insanla 50 il bir evdə yaşamaq sazişi bağlamağın necə bağlayıcı bir sözləşmə olduğunun fərqinə varmaqdan ötəri biraz daha gözləyin.

4. Səhv səbəb: Çətin bir mərhələdən keçməkdə mənə köməklik etdi
Çətin bir mərhələdən keçməkdə sizə kömək edən şəxslərə dost, qohum və ya psixoloq deyirlər. Və bunlar sonradan o şəxslərin həyat yoldaşınız olması üçün kifayət edəcək qədər şərt və yaxınlıq deyil. Həmin çətin mərhələ bitdikdən sonra sizinlə ailə qurmaq istədiyini deyən insan, onsuzda o mərhələdən əvvəl bunu beyninə yeritmiş deməkdir. Yəni sizə o köməkliyi və dəstəyi əvəzsiz etməmişdir. Yaxşı deyək ki, həqiqətən də o yaxşı niyyətli biridir və sizə əvəzsiz olaraq köməklik etmiş olsa belə bir insanın köməksevər, yaxşı və pis gün dostu olması onunla eyni evdə və xoşbəxt bir cinsi həyat yaşaya biləcəyiniz mənasına gəlmir. O yaxşı bir insandır; bu qədər… Digər kriteriyaları dəyərləndirmək lazımdır!

5. Səhv səbəb: maddi vəziyyəti yaxşıdır

Pul heç bir xoşbəxtçiliyin açarı deyil, ola bilməz. Bir insanla bölüşəcək xoşbəxtlik, sadəcə yaxşı maşın və restoranlarda keçirilən günlərdən ibarətdirsə, ona xoşbəxtlik yox istifadə deyirlər. Sizin və özünün rahat, fikirləşmədən xərcləməsini təmin edən kişiyə yalnız sponsor deyilər. Həyat yoldaşı yox.

Xoşbəxtlik, bir birini yaxşı başa düşmə, birlikdə nələrdənsə zövq almaq, pulun gücü ilə edilən birşey deyil. Pul sadəcə seçimləri çoxaldır. Lakin olmayan birşeyi əvəz edə bilməz. Amma vaxt aşırı keçdiyini fikirləşdirəcək qədər aldadıcı ola bilər. Sonunda isə “hərşeyim var, mən niyə xoşbəxt deyiləm?” deyə fikirləşməmək üçün vaxtında bunları fikirləşmək lazımdır.

6. Səhv səbəb: Artıq özümə aid bir evim olsun istəyirəm

Xüsusilə də bizim mentalitetimizə aid bir şey. Gənc qızlar rahat-rahat gəzib, əylənə bilmədikləri üçün özlərinə aid bir dünya yaratmağın yolunun bir evdə yaşamaq olduğunu fikirləşirlər. Cəmiyyətimizdə ailələr qızlarının ayrı yaşamaqlarına icazə vermədikləri üçün onlar da ev sahibi olmağı ailə qurmaqda görürlər. Qızların vəziyyətini başa düşməyə çalışırıq əlbəttə çətindir. Amma nə olursa olsun özünüzə aid bir evin olması üçün ailə qurmaq doğru deyil. Yəni sadəcə bu səbəbə görə ailə qurulmaz. Unutmayın ki, o həyatda sadəcə sizə aid olmayacaq. Sərbəstliyinizin daha da az olduğu həyat ailə həyatıdır. Doğru insanlar seçilmədiyi müddətcə ata evi daha rahatdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri