Toy – xoşbəxtlik nümayiş etdirmək üçündür…

Şərhlər: 4
Baxılıb: 293
Səs ver:
(səs: 0)
Xalqımızın toy kimi gözəl adəti var – sözləri boşuna deyilməmişdir. İki insanı, sevgini birləşdirən adət təbii ki gözəldir, ancaq bəzən insanlar toyu yalnız sevgi deyil, imkan, var-dövlət nümayiş etdirmək üçün edir. Toy etmək üçün bütün pulunu xərcləyənlər, kreditdən istifadə edənlər və s. anlamalıdırlar ki, toy xoşbəxt olmaq üçün edilir, evləndikdən sonra borc ödəmək üçün deyil.

Toy – xoşbəxtlik nümayiş etdirmək üçündür…

İki insanın evlənməsi mərasiminə onların üzünü 10 ildə bir dəfə görən qohumların dəvətinin nə üçün olduğunu da izah etmək çətin məsələdir. Toya gələcək olan insanların ailənin, cütlüklərin ən yaxını olması daha gözəl olardı. Əgər çağırdığınız 1000 nəfərdən 300-500 insanı tanımırsınızsa, bu sizin toyunuz sayılırmı? Düşünürəm ki, qonaqlar üçün bəy və gəlinin xoşbəxtliyi, qovuşması deyil də, həmin toya xərclənən pul, yeməklər, gəlinə alınan qızıllar maraqlıdırsa, həmin qonaqların toyda olması düzgün deyil. Təəssüf ki, ölkəmizdə toylara “banka qoyulmuş əmanət” kimi baxılır.  Birinin toyuna getmək gələcəkdə onun toya gəlməsi üçün olduqda burada səmimiyyət itir.

Toy – xoşbəxtlik nümayiş etdirmək üçündür…

Bu qədər tənqiddən sonra, “bəs toylar necə olmalıdır?” sualı yaranır. İnsan toyunda sərbəst, rahat və xoşbəxt hiss etməlidir özünü. Kimlərin yanında özünü komfortlu hiss edirsə, toyunda da məhz o insanlar, ən yaxınlar, sevdiyi şəxslər olmalıdır. Az insan, çox xoşbəxtlik.  İmkanınızın çatmayacağı dəbdəbəli, 1000 nəfərlik toy etməkdənsə, sadə, səmimi ortamda təşkil edilsə hər kəs daha məmnun qalar. Böyük, vip zallara ehtiyac yoxdur. Toyunuzu yaz-yay aylarında açıq havada etsəniz daha gözoxşayan, yaddaqalan olar. Toya gərəksiz şeylər üçün pul xərcləmək yerinə, cütlük həmin məbləği özünə ayırıb bir çox ölkələri səyahət edə bilər. Səyahətin qazandıracağı üstünlüklər digər saydıqlarımdan qat-qat artıqdır.

Toy – xoşbəxtlik nümayiş etdirmək üçündür…

Reallıq, valideynlərin toy anlayışı hər birimizə məlumdur, ancaq düşünən gənclər köhnə, bədxərc toy adətlərini dəyişə bilər. Toyda ən vacib olan faktorlar yanında əyləşəcəyin insanın düzgün seçim olması, sevgi və səmimiyyətdir. Digərləri sonra gəlir… Xoşbəxt olun! 

Toy – xoşbəxtlik nümayiş etdirmək üçündür…

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Duzgun qeyd etmisen bacis ellerine sagliq
23 aprel 2019 16:22
4
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Offline
BARBI
Men ya deniz kenari ya da hovuz basinda toy sevirem.Teesufki biz hele o qeder muasirlesmemisik
23 aprel 2019 14:37
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Toyda ən vacib olan faktorlar yanında əyləşəcəyin insanın düzgün seçim olması, sevgi və səmimiyyətdir.
23 aprel 2019 14:14
2
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
vipbetul
toy gozel bir gudur xosbextliyin birlesdiyi gundur
23 aprel 2019 10:55
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri