Hər bir cütlüyə xoşbəxt olmağa kömək edəcək 25 MƏSLƏHƏT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 665
Səs ver:
(səs: 0)
Stabillik gözəldir - amma münasibətlər zamanı bəzi vərdişlər tezliklə rutinə çevrilir və cansıxıcı hala ala bilər. Buna görə də sizə aşağıdakı siyahını hazırladıq, bu şeyləri heç olmasa ömründə bir dəfə hər cürtlik birlikdə etməlidir ki. Münasibətlərinə əlvanlıq gətirsin.

Qadinla.com bildirir ki, xoşbəxt və uzunömürlü cütlərin münasibətlərinin sirləri uzun müddətdir ki, psixoloqları maraq dairəsindədir. Ciddi araşdırmalar göstərir ki, xoşbəxt cütlərin əsasən dörd ortaq xüsusiyyət birləşdirir:

1) partnyorlar bir-biri ilə asan və xoş şəkildə ünsiyyət qura bilir;

2) onlar birlikdəki görünüşlərindən məmnundurlar, yəni cütlüyün gözəl, cəlbedici imici var;

3) onların gözəl intim həyatı var;

4) onlar birlikdə gələcəklə bağlı plan qura bilirlər.

Bu punktlar üzrə öz siyahınızı düzəltməkdən və ona əlavələr etməkdən çəkinməyin.

1. Uzun-uzun bir birlərinin gözlərinə baxmalı. Alınsa bunu bütün gecə boyu davam etdirmək də olar. Yaddan çıxartmayın ki, insanlar arasında ünsiyyətin böyük bir hissəsi qeyri verbal şəkildə baş verir.

2. Qəribə şəkildə geyinmək. Məsələn karnaval libaslar geyinib, sonra isə küçədə heç nə olmamış kimi dolaşmaq olar. Bu cür qəribə, gözlənilməz hərəkətlər insanları çox yaxınlaşdırır.

3. Birlikdə yemək hazırlamaq. Əlbəttə ki, sonra onu yemək şərti ilə. Çox yaxşı olar ki, uşaqlıqdan sevdiyiniz bir yeməyin reseptini olduğu kimi yerinə yetirəsiniz. Bir birinizin zövqlərinə nə qədər yaxşı bələd olsanız, bir birinizi o qədər yaxşı hiss edəcəksiniz.

4. İnsanların çox olduğu yerdə, uzun-uzadı dodaq-dodağa öpüşmək. psixoloqlar müəyyən edib ki, sizin orqanizm 20 saniyədən çox davam edən qucaqlamalar zamanı xoşbəxtlik hormonu adlandırılan serotonin ifraz edir. əgər emosiyaların dərəcəsini bir az da artırmaq istəsəniz, italyan filmlərində olduğu kimi səs-küylü, temperamentli şəkildə hisslərinizi paylaşın.

5. Əvvəllər heç olmadığınız yerə birlikdə getmək. Siz xəritədə gözü-bağlı şəkildə bir yer seçib ora gedə bilərsiniz, ya qatar dayanacığına gəlib, növbəti ilk qatara bilet ala bilərsiniz. Ya Azərbaycanın əvvəllər olmadığınız bir kəndinə gedə bilərsiniz, ya da yaxınlıqda harasa kəşfiyyata çıxa bilərsiniz. Yeni emosiyalar sizə unudulmaz təəssüratlar və birgə xatirələr bəxş edəcək.

6- Birlikdə opera izləməyə gedin (əgər bunu həmişə edirsinizsə, birlikdə fərqli bir şey izləməyi sınayın).

7. Bir-birinizə xüsusi səbəb olmadan hədiyyə almaq. Yenə də qeyd edək, səbəbsiz. Sadəcə xoş bir sürpriz hazırlayın.

8. Yastıq davası edin. Ona görə yox ki bu dəbdir və ya əladır, həm də ona görə emosiyaları, hətta aqressiyanı belə zərərsiz bir vasitə ilə ifadə etmək çox xeyirlidir.

9. Su altında öpüşmək - Yağış altında, duşda və ya hovuzda, cəhd edin və alınsa davam etdirin.

10. Hava şarı ilə göyə qalxmaq. Daha bir variant isə birlikdə paraşütlə hoppanmaqdır, təbii ki insturktorun iştirakı ilə. Və ya hər hansı bir hündür binanın damından səmanı və ulduzları seyr edə bilərsiniz.

11. Qar adam hazırlamaq. Bunun üçün illərlə qar yağmasını gözləməli olacaqsınız ya da ölkəmizin qarlı bölgələrindən birinə səfər edin. Böyük bir qar adam hazırlayın, burunu kökdən edin, başına papaq, boynuna şərf taxa da bilərsiniz. Yaradıcılıq qabiliyyətinizi işə salın, birlikdə əylənin və zövq alın.

12. Sevgi məktubu yazmaq: daha doğrusu iki məktub, birini siz ona, digərini o sizə yazır. Bacardığınız şəkildə yazın, əsas odur səmimi olsun. Ən azı ona görə yazın ki, hisslərinizi ifadə edə bildiyinizdən əmin olasınız. Həmçinin bir-biriniz üçün soyuducunun üstündə və ya geyimlərinizin cibində kiçik, gülməli notlar, qeydlər də buraxmaq yaxşı fikirdir, çox gözəl işə yarayır.

13. Tanqo oynamağı öyrənin - bunun kimin üçünsə və ya toya hazırlıq və s niyyəti ilə deyil, özünüz üçün edin.

14. Birlikdə köpüklü vanna qəbul edin. Əgər evdəki vannanın ölçüsü balacadırsa, onda başqa bir variant fikirləşmək olar.

15. Ulduzlar altında, açıq havada, musiqili və ya musiqisiz rəqs edin. Məsələn, hansısa şəhəri birlikdə gəzəndə, çox zaman küçədə gözəl instrumental ifaçılara rast gəlmək olur. O zaman sevdiyinizi rəqsə dəvət edin.

Man and Woman on Beach during Sunset

16. Öz şəhərinizi tərk etmədən gecəni oteldə keçirtmək. Niyə? İlk növbədə, bu çox gözəl romantik jestdir. İkincisi bu hisslərə bir az həyəcan qata bilər, üçüncüsü ardınca bəhs etdiyimiz romantik vannanı qəbul edə bilərsiniz.

17. Çərpələng yaraşdırın, ya birlikdə çərpələng uçurun. Birlikdə yeni oyunlar sınayın.

18. Şərab dequstasiyası edin. Zövqlər mübahisə mövzusu deyil, amma onlara diqqət etmək, bir birinin zövqlərinə bələd olmaq gözəldir. Həmçinin psixoloqlar qeyd edir ki, ara-sıra birlikdə bir qədəh şərab içmək üçün harasa çıxan, ara-bir süfrələrində şərab olan cütlüklər birlikdə daha uzun müddət yaşayır və özünü daha xoşbəxt hiss edirlər.

19. Siyahılar tərtib edin - təxəyyülünüzü işə salın, gələcək hədəflər, ümumi planlar və tapşırıqlar siyahısını hazırlayın.

20. Lüks avtomobil salonuna daxil olun, ən bəyəndiyiniz avtomobili seçin, onun müxtəlif göstəricilərini, müsbət və mənfi tərəflərini müzakirə edin, mümkünsə test-drayv edin. Almaq? Bunu başqa vaxtda da etmək olar.

21. Peşəkar fotoqrafla böyük bir foto-sessiya edin. İlk növbədə bu çox gözəldir. Həm də fotolar ömür boyu sizinlə olacaq bir xatirədir.

22. Hikinqə gedin - bir gecəni meşədə keçirin. Səhəri təbiətdə qarşılayın.

23. Birlikdə yolka bəzəyin - bu çox gözəl adətdir. Bu birlikdə əylənmək sevinməkdir - hər dəfə bəzənən yolka görəndə sizin birlikdə keçirdiyiniz şən anları xatırlamaqdır.

24. Bir-birlərinə intim sms və foto göndərmək. Demək istəyirsiniz artıq etmişiniz? OK, lap yaxşı.

25. Birlikdə üzün, gecə qaranlıqda hovuza və ya dənizə girin, kimsənin olmadığı yerdəsinizsə, bunu hətta geyimsiz də edə bilərsiniz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Marsell
Bextever olub ele başıma
23 iyul 2019 13:46
3
Offline
Fidan.A
Xaricilerin heyat terzine daha uygun weylerdi bizde buna ayiracaq ne vaxt var nedeki uzsuzluk bir coxunu cixmaq wertiyle elbeetdeki onlari etmek mumkundur
23 iyul 2019 10:34
2
Offline
vipbetul
bizlik deyil bunlar
23 iyul 2019 09:40
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri