Sevdiyiniz kişini xoşbəxt edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 747
Səs ver:
(səs: 1)

 

Əziz xanımlar, bu gün qadının öz ailəsində xoş aura, əri ilə gözəl münasibət və harmoniya yaratmasında vacib olan 3 əsas amili nəzərinizə çatdırmaq istəyirəm.
Bu mövzuda zaman-zaman bir çox fikirlər irəli sürülsə də, hər kəs və ailəsi individualdır. Lakin bəzən kənardan verilən məsləhətlər də işə yarayır. İnanıram ki, yazdıqlarımın sizə az da olsa faydası toxunacaq.
1-Ona hörmət edin.
Ancaq bir şərtlə, ağılla deyil, həqiqətən istədiyiniz üçün, ürəkdən. İlk öncə ona kişi olduğu üçün hörmət edin. O, sizdən daha yaxşı deyil, amma fiziki olaraq sizdən göclüdür. Onun gücü olmadan siz bir çox şeyə nail ola bilməzsiniz.
Kişilər həyatımızda ən mühüm varlıqlardır. Hansı ki, biz onları sevir və bütövlükdə onlara arxalanırıq. Kişiyə hörmət etdikdə və əhəmiyyət verdikdə o daha güclü və özünə inamlı olur. Sürətlə öz kariyerasında və şəxsi həyatında uğurlar qazanır.
Sizi daha çox sevir və hörmət edir. Yəni, bu da sizin uğurunuzdur!
2-Ona güvənin.
Özünə etibar edildiyini bilmək kişilər üçün çox vacibdir. Qadın kişiyə güvəndikdə və bütün situasiyalarda ona arxalandıqda kişi də öz növbəsində özünün həqiqi imkanlarının fərqinə varır, daha çox şeyi və daha yaxşısını əldə etməyə çalışır. Kişiyə etibar etdiyini göstərməyin ən sadə üsulu ona tabe olmaqdır. Tabe olmaq və onun qərarlarına boyun əymək (hətta öz daxilinizdə bununla razılaşmasanız belə) boyük və müdrik ürəyinizin bacarığıdır. Hansı ki, bu sizə xoşbəxt olmaq üçün yetərlidir.
Qətiyyən höcətləşməyin və özünüzün daha ağıllı olduğunu sübut etməyə çalışmayın.
Ən yaxşısı onunla razılaşmaq və öz qərarlarında məsuliyyəti onun boynuna atmaqdır.
Hətta o düzgün olmasa belə. Sonradan o öz sehvlərini görüb həll ederək böyüyəcək, siz də onun gözündə böyüyəcəksiniz.

Ona görə ki, ona inandınız, onun gücünü və imkanlarını qiymətləndirdiniz. Siz ona etibar etdikcə o da öz ailəsində və qərarlarında məsuliyyəti öz boynuna götürəcək.
3-Ona mənəvi zövq verin.
Sözlərinizlə, emosiyalarınızla, hərəkətlərinizlə. Sizin bu davranışınızdan güc alacaq və özünü əsl "igid atlı" kimi hiss edecək.
Sizin bu hərəkətlərinizin qarşılığını sevgisilə qaytaracaq. Amma bunu müntəzəm edin. Ona köləlik etməyin, qulluq edin.
Bunlar tamam fərqli şeylərdir. Siz əsl şahzadə olmalısınız, qulluqçu deyil. Bununla da siz özünüzü dəyərləndirmiş olacaqsınız. O da sizə kainatın ona bəxş etdiyi bir hədiyyə kimi baxacaq. Hər zaman güclü və xoşbəxt bir qadın olun.

Güclü qadın evinə-eşiyinə yanan, bir neçə övlad dünyaya gətirib onları böyüdən qadın deyil. Güclü qadın öz ailəsində xöşbəxt ola bilən,ərinə hörmət edib,güzəştə gedə bilən, onu sevən, ərini olduğu kimi qəbul etməyi bacaran qadındır.

 

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri