Araşdırmaçılar boşanmanın əsas səbəbini açıqlayıblar

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 426
Səs ver:
(səs: 0)
Miçiqan Universitetinin araşdırmaçılrı boşanmanın əsas səbəblərini müəyyənləşdirib.

Qadınla.com bildirir ki, alimlərin fikrincə, boşanmaların əksəriyyəti cütlüklər arasında gərginlik səviyyəsinin uyğunsuzluğudur. Kişilər heç bir problem görmədikləri halda, qadınlar adətən çox tez birgə həyatdan narazı olurlar.

16 il ərzində araşdırmaçılar 355 ailəni analiz edib və mütəmadi cütlüklərdən müsahibə alıb. Sualların əksəriyyəti evli insanlar arasında gərginlik və qarşılıqlı incinmə halları ilə bağlı olub. Məlum olub ki, qadınlar kişilərə nisbətən daha çox əlaqələrdəki gərginlikdən şikayətləniblər, halbuki, həmin vaxt kişilər ümumiyyətlə bu barədə bir kəlmə də deməyiblər. Bu hal ailələrdə tezliklə boşanma olacağını göstəricisi sayılıb.

Alimlər bu nəticəyə gəliblər ki, qadınlar birgə həyatda baş verən gərginliyi illər keçdikcə daha ağır qəbul edirlər, bu səbəbdən kişilərə nisbətən daha çox boşanma ərizəsi verirlər. Bundan başqa kişilərin öz davranışlarını dəyişməmə istəyi və ailənin qorunmasına yetərincə çalışmaması da buna təsir göstərir.

O da vurğulanır ki, əlaqələrin əvvəlində qadınlar kişilərdən daha çox həyəcan keçirirlər, lakin vaxt keçdikcə alimlər kişilərdə narazılıq səviyyəsinin artmasını qeydə alıblar.

"Ehtimal ki, qadınlar evlilikdə daha real gözləntiləri olur, kişilər isə evliliyin ilk illərində ideallaşdırmağa meyillidirlər", - deyə araşdırma rəhbəri Kira Berditt vurğulayıb.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 426
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Hər kəsin seçimi öz əlindədi.İstər boşanar istər birlikdəliyi seçər.Bu şərtləri seçməyimizə həyat qərar verər.
28 avqust 2019 16:59
3
......
Offline
İlaha
Boşanmaya normal baxıram. İnsanlar azad olmalıdı və xoşbəxt yaşamalıdı. Əgər bir-birinin azadlığını və xoşbəxtliyini məhdudlaşdırırlarsa ayrılmaları ən düzgün seçimdi.
27 avqust 2019 18:08
2
Offline
beasloove
Maraqsız məlumat idi. Təşəkkürlər
27 avqust 2019 00:29
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri