Evlilik insanı kökəldir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 430
Səs ver:
(səs: 0)
Amerikalı alimlər evlilik ilə insanın çəkisi arasında əlaqə olduğunu sübut ediblər.

Qadinla.com xəbər verir ki, elm adamları xoşbəxt evliliyin və uzun müddətli münasibətin insanın kökəltdiyinə dair təcrübə aparıblar.

Aparılan araşdırmalara görə, uzunmüddətli münasibətlərdə cütlüklərin, xüsusilə də qadınların çəkisi ilk illərə nisbətən artır. Təcrübə 8 mindən artıq cütlük arasında həyata keçirilib. Nəticələr isə olduqca maraqlıdır. Belə ki, 5-6 il evli olan xanımlar 10 kq-dan yuxarı çəki alarkən, eyni evdə yaşayan, ancaq evli olmayan xanımlar 8 kq kökəlib. Eyni evdə yaşamayan, lakin sevgilisi olan xanımlar isə ən çox 5 kiloqram çəki alıblar.

Kişilərdə də durum eynidir. İki ildən artıq evli olan kişilər, evli olmayanlara nisbətən iki dəfə çox kilo alır. Bundan başqa evli kişilərin alkoqol və siqaret asılılığı daha azdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri