Evliliyi güclü edən ən mühüm davranışlar - Necə bağışlanmalı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 087
Səs ver:
(səs: 0)
Evlilik iki insanın həyatını birləşdirməsi ilə yaranır. Müsbət hisslər oyadan evliliyin içərisində əlbəttə ki səhvlər, davalar, mübahisələr, yanlış anlamalar da olacaqdır. Bu hallar bir evliliyi qopma nöqtəsinə apara da bilər, münasibəti daha da möhkəmləndirə də bilər. Bu iki variant arasında müəyyənedici amil isə üzrdür.

Qadinla.com evliliyi güclü etmək üçün ekspertlərin rəylərinə əsasən etməli olduğunuz bəzi hərəkətləri təqdim edir:

Üzr istəmək çox əhəmiyyətlidir


Üzr istəmək güclü, sağlam evliliyin əsas mahiyyətidir. Həyat yoldaşınız və özünüz də bu evlilik üçün həmişə ən yaxşısını istəyirsiniz və etdiyinizi düşünmək sizin daha anlayışlı olmanızı da təmin edir. Üzr istəmək, əfv edilməyi istəmək heç vaxt görülən pis hərəkətlərin unudulması, gözardı edilməsi anlamına gəlmir. Sadəcə, həyat yoldaşınızla bağlı daha anlayışlı və sevgi dolu bir yola daxil olduğunuzu göstərər. Ekspertlərə görə, bağışlanma və əfv etmə qabiliyyəti bir insanın evlilikdən alacağı dərs və həyat boyu məhəbbətlə yaşamasını təmin edən ən mühüm amillərdən biridir.

Həyat yoldaşınızdan üzr istəməyin ən təsirli yolları

Yaşadığınız pis vəziyyətin sizi niyə pis hiss etdirdiyinə dair iki səbəbi fikirləşin: Hiss etdiyiniz hisslərin fərqində olmaq lazımdır. Özünüzdən soruşun: Niyə onu incidəcək şəkildə davranmağa ehtiyac duydum? Niyyətim nə idi? Davranışımın məqsəd nə idi?

Qarşınızdakını kədərləndirəcək davranış və sözlərinizin məsuliyyətini hiss edin: Qısası, işləri məhv etdiyinizi qəbul edin və bunu mütləq "Hərəkətlərimin məsuliyyətini üzərimə götürürəm və bunlarla səni kədərləndirdiyim üçün üzr istəyirəm" -deyərək ifadə edin. Bir adamın bunu görə bilmək qabiliyyəti əlaqənin dinamikalarını başdan-aşağı dəyişə bilər.

"Təəssüf hissi keçirirəm" və "Səhvim var idi" cümlələrindən mütləq istifadə edin: Əgər üzr istəyərkən dolayı yollarla deyil, birbaşa bunları desəniz, qarşınızdakı şəxs də sizə qarşı nə hiss etdiyini deyəcək və üzrünüzü qəbul edəcəkdir. Açıq şəkildə danışın.

Nə dediyinizi, ya da etdiyinizi bəhanələrsiz deyin: Özünüzdən başqasını da günahlandırmağa çalışmayın. Özünüzün vəziyyətindən istifadə etmək bu mənada sizə fayda verəcəkdir. Məsələn: "Sənin üstünə qışqırdım, çünki iş yerində bərbad bir gün keçirmişdim" deyin. Yoxsa "Sən yemək 6-da hazır olar dedin, elə olmayınca mən də dəli oldum" deməyin. Hirslənməyinizin əsl səbəbi nə isə, onu tapın.

Həyat yoldaşınızdan sizi bağışlamasını istəyin: Əfv edilməsi lazım olan hərəkətləriniz haqda açıq danışın. Danışdığınız anda diqqətinizi dağıdacaq bir şeyin olmamasına da diqqət göstərməyə çalışın.

Sevginizin zəhərlənməməsinə, zədə almamasına nail olmağa çalışın: Kövrək olun və özünüzü "haqlı" çıxartmayın.

Nələr olduğunu müzakirə etmək və hərəkətlərinizin məsuliyyətini dərk etmək, əslində sizi haqlı edən şeydir. Beləliklə, münasibətlərinizin keyfiyyətini artıra və xoşbəxt olmağa irəliləyə bilərsiz.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri