Evlilikdən yorulmusuz? - Özünüzə necə gələ bilərsiz? - İPUCLARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 432
Səs ver:
(səs: 0)
Keçmişdə ər və arvad arasında problemlərin olması, onların bir-birilə yola getməməsi boşanmalara səbəb olurdu. Hazırda isə evlilik yorğunluğu deyilən bir anlayış yaranıb.

Bəs evlilik yorğunluğu nədir? Ailələrə necə təsir edir? Bu yorğunluqdan xilas olmaq üçün nələr etmək lazımdır?

TurpKimi.com Türkiyə mediasına istinadən təqdim edir:

Eşqin yerini sevgi almırsa, yorğunluq başlayır

Evliliklerin sonlanmasına səbəb olan şey cütlər arasındakı sevginin bitməsi deyil, yoldaşlıq, dostluq, ya da bölüşməyin başa çatmasıdır. Aparılan araşdırmalara görə, eşqin müddəti orta hesabla 2 ildir. Məhəbbətin yerini sevgi almırsa, 2 ilin sonunda evlilik yorğunluğu başlayır. Cütlüklər evliliyin hansı mərhələsində olsalar da münasibətlərinin monotonlaşmaması üçün evliliyi canlı bir çiçək kimi düşünüb onu bəsləməlidirlər.

Təhsil səviyyəsinin uyğunlaşması

Təhsilin uyğunluğu, dünyagörüşü çox mühümdür, cütlərin təhsil səviyyələri bir-birinə yaxın olmalıdır ki, bir-birini anlayıb, ünsiyyət qura və bir çox şeyi müzakirə edib bölüşə bilsinlər. Ünsiyyət quran bir cütlüyün çox əhəmiyyətli başqa problemi yoxsa, evlilik yorğunluğu yaşaması çətindir.

İlk 2 il çox önəmlidir.

Evlilik həyatında ilk 2 il çox mühümdür. Ailələr ən çox ilk 2 ildə dağılır. Evlənib, eyni həyatı yaşamağa başlayan cütlər, uyğun olub-olmadığını bu müddət ərzində fərq edirlər və bu da evliliyin aqibətini təyin edir.

Tanışlıqla qurulan ailələr

Görücü üsulu ilə bir müddət nişanlı qalıb sonra evlənənlərin ailələri ailə böyüklərinin təcrübələri ilə formalaşdığı üçün sevgi üzərində qurulan evliliklərə görə bir az daha möhkəm ola bilir. Bu məqamda cütlər arası münaqişələrdə ailə böyüklərinin dərhal araya girib vasitəçilik etmələri mühüm amildir.

Qadın işləyirsə, evlilik daha tez yorulur

Qadın işləyirsə, evlilik daha tez yorulur. Cütlüklərin hər ikisinin də işləməsi və kişinin xanımına ev işlərində yardımçı olmaması qadının həm iş həyatında, həm də evdə çox işləyərək yorulmasına səbəb olur. İşgüzar qadın evinə vaxt ayırdığı zaman karyerası təhlükə altına düşür, karyeraya yönələrsə, evinə etinasızlıq edir. Bu hal da evlilik yorğunluğuna səbəb olur. Aparılan araşdırmalara görə, işləyib iqtisadi azadlığını qazanmış qadınlar, işləməyən qadınlara görə daha çox boşanır.

Qonaq getmək, cəmiyyət arasında olmaq faydalıdır

Qohum və qonşunu ziyarət etmək çox faydalıdır. Qohum ziyarətləri və qonşuluq münasibətləri evliliyi davamlı olaraq dinamik tutur. Həftədə ən az iki dəfə qohum və ya qonşunu ziyarət edən ailələrdə evlilik yorğunluğu çox olmur. Qonaq getmək həm zövcələr arasında rabitəni və paylaşımı artırır, həm də monotonluqdan uzaqlaşdırır.

İmpatiya

İmpatiya qurmaq mühümdür. Qarşılıqlı impatiya qurmaq özünü həyat yoldaşının yerinə qoyaraq hərəkət etmək çox vaxt problemlərin başlamadan həll olunması ilə nəticələnir.

Özünüzə sərhəd qoymayın

Bir insanın hər hansı bir mövzuda qarşı tərəfi mühakimə edəcək fikirləri varsa, bir müddət sonra bu özünü reallaşdırmağa başlayır. Məsələn, "həyat yoldaşıma güvənmirəm, məni aldada bilər" düşüncəsinə sahib olan həyat yoldaşının etibarsızlığı, bir müddət sonra davranışlarına əks oluna bilər. Beləliklə, yaranacaq etimadsızlıq mühiti evliliyi korlayır.

Çox otaqlı tənhalıqlar

Çox otaqlı evlər, bağ evləri, qış evləri fərqli televizor və kompüterlər, cütləri bir-birindən ayırır və tənhalaşdırır. Bu isə emosional cəhətdən qopma və parçalanmalara səbəb ola bilir. Texnoloji imkanların daha az istifadə olunduğu kənd yerlərdə boşanma hadisələri çox nadir hallarda baş verir.

Əlinizdəkinin dəyərini bilin

Sahib olduğumuz bir çox şeyin qiymətini əlimizdən çıxanda dərk edirik. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın qədrini bilin. Həyat düz xətt deyil. Enişli yoxuşludur. Uğur qədər uğursuzluqların da təbii olduğunu qəbul etmək lazımdır.

Xoşbəxtliyiniz üçün araya hədəf qoymayın

Ev, maşın alanda, uşaq olanda, ya da başqa bir hadisə baş verəndə xoşbəxt olacağam kimi özünüzə hədəflər qoymayın.

Tənqidlərə diqqət

Evliliyin yorulmaması üçün iradlara və təkliflərə sən yönümlü deyil, mən yönümlü yanaşılmalıdır. Məsələn, bu evin halı nədir belə, sən nə dağınıq bir qadınsan əvəzinə, ev dağınıq olanda özümü pis hiss edirəm deməlidir. Beləliklə, ev dağınıq olanda həyat yoldaşının incidildiyini düşünərək, müdafiə niyyəti yerinə məsuliyyət hissi daha həssas davranır. Çünki sən yönümlü tənqidi birbaşa şəxsiyyətinə edilmiş bir hücum kimi qəbul edəcək, o an üçün evi bir az yığışdırsa belə, sonradan boş verəcəkdir. Ya da belə etsək, daha yaxşı olmazmı? Belə olsa, daha yaxşı olmazmı? kimi cəm ifadələr istifadə etmək lazımdır.

Ailənizə əmək verin və vaxt ayırın

Cütlüklərin bütün vaxtlarını birlikdə keçirmələrini demək çətindir. Xüsusilə işləyən ailələrdə bu daha da imkansızdır. Evdə olsun, çöldə olsun axşam yeməklərini birlikdə yeməyə cəhd göstərilməlidir.

Səhvsiz qul olmaz

Səhvlərə qarşı həssas olmayın. Yer üzündə heç bir insan səhvsiz ola bilməz. Eyibsiz dost axtaran dostsuz qalar məsəli yerinə düşür. Səhvlər tekrarlanmadıqcaa görməzdən gəlin. Gördüyünüz şeyləri deməsəniz yaddaşınızdan uçub gedər. Desəniz, yaddaşınızda yer edər. Bu səbəblə olan, olmayan hər bir mənfi şeyi sözlərə tökməmək lazımdır. Beləliklə, həm tez unudursunuz, həm də bəlkə bir daha təkrarlanmayacaq bir hadisə üçün həyat yoldaşınızı incitməyəcəksiniz.

Birlikdə xobbinizlə məşğul olun

Müxtəlif idman və ya sənət növlərində birlikdə zövq aldığınız işlə məşğul olun.

Zamanınızı birlikdə keçirin.

Axşam yeməkləri həftədə 2-dən aşağı enibsə, təhlükə başlamış deməkdir. Birlikdə keyfiyyətli vaxt keçirməyə diqqət göstərilməlidir. Bunun üçün cütlər birlikdə konsertə, kinoya, teatra gedə bilərlər. Tək getdiyiniz səyahətlərdə həyat yoldaşınıza hədiyyə alın. Bu hər zaman ona əhəmiyyət verdiyinizi düşündürəcək.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 432
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Vallahii 23 ildi evliyem Hecc hec vaxt yorulmadim evlilikden,amma heyatdann coxxx yoruldum,insanlardan cox yoruldum(ailemi cixmaq sertiyle) ve bu yorgunlugumu axsamlar ailem evime yigilarken unuduram,evlilikden yorulmaq olmazki
2 oktyabr 2019 23:14
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Efsuw2016
Artig 4 ildi evliyəm ilk 2 il deyildiyi kimi cətin olub xasiyətlərimizə bələd deyildik hər xirda şeyə inciyirdim küsürdüm cox vat onun qısqanclığı mənə yersiz gəlirdi ama indi günümün necə baslıyib bittiyini belə anlamıram o işdə yorulur məndə evdə uşagla cox yorgun düşürəm qısacasi dava dalaşa halımız qalmır söhbəti belə zorla edirik
1 oktyabr 2019 09:36
2
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Online
kivircik
Evli olan xanimlarimiz oxusun
30 sentyabr 2019 23:02
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri