Uzun və sağlam həyat yaşamaq üçün necə qadınla evlənməli?

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 428
Səs ver:
(səs: 1)
Heç kimə sirr deyil ki, ağıl çox dəyərli keyfiyyətdir. Yeni bir araşdırma göstərib ki, əgər kişi uzun və sağlam həyat sürmək istəyirsə, ağıllı qadınla evlənməlidir.

Qadınla.Com xəbər verir ki, ağıllı qadınla nikah bağlamaq həm də demansın qarşısını almağa kömək edəcək, çünki ağıllı qadınla yaşamaq kişinin daim inkişaf etməsinə kömək edəcək.

Şotlandiyanın Aberden Universitetinin apardığı araşdırmada degenerativ xəstəlikdən qorunmağın vacib bir faktor olduğu tapılıb. Alimlər ağıllı qadınlarla evlənən kişilərin daha uzun və xoşbəxt yaşadıqlarını, Alzheymer xəstəliyi və demansdan əziyyət çəkmə ehtimalının az olduğunu müəyyən edib. Məsələn, intellektual cəhətdən çətin oyunlar beyini stimullaşdıraraq bu xəstəliklərin qarşısını almağa kömək edə bilər. Odur ki, daim intellektini inkişaf etdirən qadınların ərinin zehni qabiliyyətlərinə də təsir göstərə biləcəyini düşünmək məntiqlidir.

Maraqlıdır ki, ağıllı xanımlarla evlənən bəzi kişilərin beynində “zəiflik” rast gəlinsə də, xəstəliyin heç bir əlamətindən əziyyət çəkməyiblər. Onlar tam əmin olub ki, son dərəcə intellektual və işləkdirlər.

Aberdin Universitetinin ruhi sağlamlıq üzrə görkəmli professoru Lourens Uolli deyib ki, kişi uzun ömür sürmək istəyirsə, etməli olduğu işlərdən biri də ağıllı qadınla evlənməkdir. Demansa qarşı zəkadan daha yaxşı müdafiə (demansa qarşı) yoxdur.

Zəkası ilə fəxr edən qızlar daha məsuliyyətli və müstəqil olurlar. Bu düşüncə tərzinə sahib olan kişilər qadınlarla daha yaxşı münasibət qurur, həyat yoldaşı və qızları üçün daha əlverişli bir atmosfer yaradırlar.

Ancaq zəka xoşbəxt ailə həyatının yeganə meyarı deyil. Cütlüklərin uyğunluğu da əhəmiyyətli bir rol oynayır. Sadəcə gözəlliyinə aldanmayın, insanın xarakterini, güclü və zəif tərəflərini kəşf etməyə çalışın. Əlbəttə ki, qadın ağlının gözəllikdən üstün olması fikrini insanlara çatdırmaq asan deyil. Hər halda bu araşdırma göstərir ki, zəkaya əhəmiyyət verən kişi ağıllı həyat yoldaşı seçməklə həm özünü qocalıqda baş verəcək demans xəstəliyindən sığortalayır, həm də bütövlükdə cəmiyyəti.

Alzheymer xəstəliyi və demansın qarşısı alına bilər:

etibarlı bank balansı;

düzgün qidalanma;

daimi beyin stimullaşdırılması.

Krasvord və oxumaq zehni inkişaf üçün yaxşı bir stimul olsa da, bununla dayanmamalısınız. Fərqli yerlərə səyahət etmək, digər insanlarla görüşmək və ünsiyyət qurmaq, yeni bir şey öyrənmək – bütün bunlar zehnin itiliyini qorumağa kömək edir. Odur ki, problemlərin həllində maraqlı olan ağıllı bir həyat yoldaşı kişi üçün üstünlükdür. Axı, dəstək istənilən vəzifənin öhdəsindən gəlməyə kömək edir.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 428
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Bir insanin xasiyyeti yaxshi olsa onunla omur surmek de xosh olar,daha omurchurudenle yashamaq heyat deyil
15 yanvar 2020 15:36
3
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
Senoritta
Mənim fikrimcə hər kəs sevdiyi insanla olsa bir ömür xoşbəxt olar elə))

Mənim fikrimcə hər kəs sevdiyi insanla olsa bir ömür xoşbəxt olar elə))
13 yanvar 2020 23:09
2
Online
BARBI
Her kes ozune uygun insanla evlense daha yaxsidir.
13 yanvar 2020 23:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri