İdeal ailənin qurulması üçün lazımi məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 203
Səs ver:
(səs: 0)


 

İdeal ailənin qurulması üçün məsləhətlər
Evlilik həyatına yeni qədəm qoymusunuzsa, aşağıdakı məsləhətlər sizin üçün çox vacibdir. İdeal ailə müasibətlərinə sahib olmaq istəyirsinizsə, yazını diqqətlə oxuyun.
1. Evə döndüyünüz zaman əvvəlcə onu qucaqlayın daha sonra işlə məşğul olun.
2. Günün necə keçdiyini soruşun, bir neçə müəyyən suallar verin.
3. Qulaq asmağı və sual verməyi öyrənin.
4. Problemlərini həll etmək üçün yalnız sözlərlə kifayətlənməyin.
5. Ona müəyyən vaxt ayırıb diqqət yetirin.
6. Bayram günlərində olduğu kimi adi günlərdə də güllər verin.
7. Birlikdə görəcəyiniz işləri əvvəlcədən planlaşdırın.
8. Əgər onun nahar hazırlayarkən yorğunluğunu görürsünüzsə, bu zaman ona bu işdə yardımçı olun.
9. Ona komplimentlər söyləyin.
10. Əgər onun məyus olduğunu görürsünüzsə, hisslərinə hörmətlə yanaşın
11. Ev işlərində ona yardımçı olun.
12. Onu tələsməyə vadar etməyin (xüsusən də harasa getməyə hazırlaşırsanızsa).
13. Əgər siz gecikirsinizsə, bunu ona bildirin.
14. Xahişinə cavab olaraq könlünə dəymədən ya “bəli” ya da “xeyr” cavabını verin.
15. Əgər siz onun qəlbinə dəymisinizsə, bunun sizin günahınız olmadığını deməyin. Deyin: “Bağışla xətrinə dəymək istəmədim”.
16. Əgər siz tənha qalmaq istəyirsinizsə, bunu ona açıq şəkildə bildirin.
17. Əgər siz soyuq münasibətdəsinizsə, sizi narahat edən problemləri müzakirə edin.
18. Əgər sizinlə danışırsa, bu zaman oxuduğunuz qəzeti kənara qoyun və yaxud da baxdığınız televizordan üzünüzü ona tərəf çevirin.
19. Əgər adətən qab-qacaq yuyursa, arabir ona öz xidmətlərinizi təklif edin (əsasən də yorğun olarsa).
20. Əgər onun nədənsə pərişan olduğunu görürsünüzsə, onu narahat edən səbəbləri soruşun.
21. Evdən çıxarkən nəyinsə almaq lazım olduğunu soruşun və tapşırıqlarını yerinə yetirməyi unutmayın.
22. Harasa getməyə hazırlaşırsınızsa bu barədə ona bildiriş verin.
23. Heç olmasa gündə 3 dəfə onu oxşayın.
24. İşdən ona zəng edib hal-əhvalını öyrənin və yaxud da sadəcə olaraq “Mən Səni Sevirəm” deyin.
25. Gündə bir dəfədən çox olmayaraq ona: “Səni sevirəm deyin”.
26. Öz yataq otağınızda səliqə-səhman qurun.
27. Zibil qutusunu özünüz atın.
28. Gələcəkdə ezamiyyətdə olduğunuz zaman qaldığınız yerin telefon nömrəsini ona bildirin ki, sizinlə əlaqə saxlaya bilsin.
29. Bir yerdə vaxt keçirəcəyiniz otaqda səliqə-səhmana salın.
30. Ona xoş gələn odekolondan istifadə edin. Qadınlar isə sevdiyi insanın bəyəndiyi ətirdən istifa etsa, daha yaxşı olar.
31. Əgər xətrinə dəyiblərsə, onun rəyi ilə razılaşın.
32. Onu masaj etməyi təklif edin.
33. İntim əlaqəni işarə etmədən bəzən onu sığallayın.
34. Onun hekayələrini dinləyərkən səbirli olun.
35. Sizinlə hər hansı bir proqrama birgə baxdığı zaman digər proqrama keçid verməyin.
36. Ona kollektiv içində nəzakət göstərməkdən çəkinməyin.
37. Əgər siz onun əlindən tutmusunuzsa, öz əlinizin boşalmasına və iradəsiz olmasına yol verməyin.
38. Onun hansı içkini sevdiyini yadda saxlayın ki, daha sonra ona bu içkini təklif edəsiniz.
39. İstirahət üçün məsləhət gördüyünüz bir neçə yeri ona təklif edin.
40. Teatra, konsertə və onun xoşuna gələn başqa yerlərə getmək üçün bilet alın.
41. Onun geyim imicinin dəyişməsinə təbii yanaşın.
42. Cəmiyyət içində ona digərlərindən daha çox diqqət yetirin.
43. Qoy o sizin üçün uşaqlardan da vacib olsun.
44. Ona cüzi hədiyyələr verin.
45. Ona geyim hədiyyə edin.
46. Öz kitabçanızda onun şəklini saxlayın və çalışın ki, o bunu bilsin.
47. Telefonunuzda onun adını xüsusu qeyd edin.
48. Onunla bağlı olan əlamətdar günləri və illəri unutmayın.
49. Əgər onu maşında aparırsınızsa maşını təhlükəsiz və yavaş sürün.
50. Onun əhval-ruhiyyəsinə nəzər saldıqdan sonra deyin: “Sən bu gün sevincli görünürsən” və ya “Nədənsə qəmginsən. Nə isə baş verib?”.
51. Əgər siz hər hansı bir yerə gedirsinizsə, yadda saxlayın ki, yolu itirməyinizə cavabdeh sizsiniz.
52. Ona rəqs etməyi təklif edin.
53. Ona şeir yazın.
54. Özünü ilk tanışlıqdakı kimi göstərin.
55. Uzun sürən qəzet oxunuşundan sonra onu maraqlandıra biləcək hər hansı bir məqaləni onunla müzakirə edin.
56. Qapını açarkən ilk olaraq ona yol verin.
57. Onun hazırladığı naharı tərifləyin. Qadınları isə kişilərin görüdüyü işləri tərifləməlidir.
58. O sizinlə söhbət edərkən nəzərinizi ondan yayındırmayın.
59. Söhbət əsnasında onun incə əllərinə toxunun.
60. Gün ərzinə onun nə ilə məşqul olduğu barədə maraqlanın.
61. Ona qulaq asarkən söhbətin maraqlı olduğunu ona bildirin.
62. Ondan soruşun: “Özünü necə hiss edirsən?”.
63. Əgər o yorulubsa ona kofe hazırlayın.
64. Yatmağa gedərkən eyni vaxtda gedin.
65. Qapıdan çıxmazdan öncə onu öpməyi unutmayın.
66. Onun zarafatlarına gülün.
67. Onun sizə etdiklərinə görə öz minnətdarlığınızı bildirin.
68. Onunla ikilikdə qalmaq üçün vaxt ayırın.
69. Onsuz darıxdığınızı ona bildirin.
70. Onun sevdiyi şirniyyatları alın.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri