İnamlı və inandırıcı münasibət üçün 10 MƏSLƏHƏT

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 2142
Səs ver:
(səs: 0)
1) “Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.

2) “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.

3) Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.

4) Öz lüğətinizdən “düzünü desəm” ifadəsini tamamilə çıxarın, çünki bu elə səslənir ki, sanki düzlük, həqiqəti söyləmək sizin üçün istisnadır.

5) “Artıq” sözününü “hələ” sözü əvəzinə işlədərək, baxış bucağınızı dəyişdirin. Məsələn, “Siz hələ də bitirməmisiniz?” əvəzinə “Siz artıq bitirmisiniz?” deyin ..

6) “Sadəcə” sözünü həmişəlik unudun və ya başqa sözlə əvəzləyin. Məsələn, “Mən sadəcə olaraq öz fikrimi deyirəm”, “Bu sadəcə bir ideyadır,” əvəzinə “ Bu mənim fikrimdir”; “ Bu mənim ideyamdır,” deməyiniz kifayətdir.

7) “Səhv” sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. “Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq,” demək “Sən səhv etdin. Bütün günahlar səndədir,” deməkdən qat-qat nəzakətli və faydalıdır.

8) Səmimi suallar verin. Verilən qısa “hə” “yox” cavablarıyla qane olmayın. Məsələn, “Sizə zəng etmək olar?” sualının əvəzinə “Mən sizə nə vaxt zəng edə bilərəm,” deməklə daha səmimi ünsiyyət qurmaq mümkündür.

9) “Əgər” sözünü “Bu andan etibarən” sözüylə əvəzləyin. Məsələn, “Əgər mən tövsiyələrə qulaq assaydım..,” əvəzinə “Bu andan etibarən, tövsiyələrə qulaq asacağam” deyin. Çünki birinci halda siz ancaq keçmiş üçün peşmançılıq hissi keçirir və heç bir şeyi dəyişmirsiniz. İkinci halda isə, bunu tamamilə dəyişir və fayda əldə etmək üçün hərəkətə keçmiş olursunuz.

10) “Etməliyəm” əvəzinə “Edəcəyəm”, “Etmək istəyirəm” deyin. “Mən ilk əvvəl bir az fikirləşməliyəm,” əvəzinə “Bir az fikirləşmək istəyərdim,” demək daha məqsədəuyğundur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2142
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ays
Maraqli xeberdi
22 fevral 2020 18:56
3
Offline
Army_Blink
Maraqli xeberdir. Tewekkur. Ellerine sagliq baci. heart
21 fevral 2020 20:18
2
Offline
BARBI
Munasibet quranda daim durust olaq
21 fevral 2020 20:17
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri