Erkən nikahların səbəb və fəsadları – SOSİOLOQ YAZIR

Müəllif: diablo
Şərhlər: 8
Baxılıb: 1341
Səs ver:
(səs: 0)
Son vaxtlar xüsusilə ölkənin bəzi bölgələrində sırf valideynlərin təkidi ilə qızların məktəb həyatından zorla uzaqlaşdırlması və erkən yaşda ailə həyatı qurması və hallarına rast gəlinir ki, bu da sonralar ağır fəsadlarının büruzə verməsi ilə nəticələnir. Bu cür erkən yaşda qurulan ailələr elmdə “erkın evliliklər” adlanır.

Erkən evliliklər bir çox xalqların cəmiyyətində mövcud olan sosial hadisədir. Təəssüflə qeyd etmək lazımdır ki, əsasən şərq xalqlarının cəmiyyətində rast gəlinən bu sosial hadisəyə bizim cəmiyyətimizdə rast gəlinir. Nə qədər desək də ki, cəmiyyətimizdə erkən evliliklər qadağandır və bizdə erkən evliliklər yoxdur və statistik göstərici də hədsiz az olsa da, erkən evliliklərin mövcudluğu danılmaz faktdır. Çox təəssüflə qeyd etməliyik Azərbaycanın demək olar ki, əksər bölgələrində erkən evliliklər mövcuddur və bu evliliklərin özlərinə məxsus olan səbəb və fəsadları var.

Bəs nədir bizi narahat edən erkən nikah? Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik qız və oğlanların ailə qurması və birgə yaşamasıdır. Bu uşaqlar (BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə 194 olkədən 192-də 18 yaşına çatmayan, ABŞ-da isə 21 yaşından aşağı bütün şəxslər uşaq hesab olunur)(UNİCEF, 2006)) 99% ailələrinin təkidi ilə ailə qururlar. Həmin uşaqlar çox vaxt el adət-ənənəsi və ata-ana xeyir-duası ilə ailə həyatı qursalar da, bu nikahlar nikah yaşına düşmədiyi üçün rəsmiləşdirilmir. Erkən nikahlarda bir çox hallarda bir tərəfin (əsasən qızın) yaşının rəsmi nikah üçün uyğun olmaması və az olması, bəzi hallarda isə hər ikisinin azyaşlı olması təsadüf edilir.

Azyaşlıların evləndirilməsi gələcəkdə bir çox problemlərə, o cümlədən, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklərə yol açır. Nikahın rəsmiləşdirilməməsi isə dünyaya göz açan körpələrə doğum şəhadətnaməsinin verilməməsi (rəsmi nikah olmadığı üçün), boşanma olduğu təqdirdə aliment probleminin yaranmasına şərait yaradır. Ancaq ən böyük problemlərdən biri isə bu evliliklərdə gənclərin formalaşmaması, əsasən isə qızların yetkinlik yaşına çatmadıqları üçün sağlıqlarında yaranan problemlərdir. Belə ki, tibb elmi birmənalı şəkildə subuta yetirib ki, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır. Erkən nikah zamanı onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur. Digər tərəfdən, onların səhhətində ciddi psixoloji problemlər yaranır. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur.

Bundan başqa, hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar ki, bu da digər bir problemin təməlini qoymuş olur. Erkən nikaha daxil olan yeniyetmə qız gələcəkdə ali savadlı bir xanım kimi formalaşmaq imkanından məhrum olur.Həmçinin ixtisas sahibi olmayan belə qadınlar hər hansı bir yüksək məvacibli işə qəbul ola bilmir və son nəticədə daha az əmək haqqı ilə işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.

Demək olmaz ki, erkən qurulan ailə həyatının hamısı uğursuz olur, ancaq əksəriyyəti uğursuz olur. Buna da uşaqların ailə həyatına hazır olmaması, çətiniklərə dözümsüzlük, bir-birini anlamama və s. misal gəstərə bilərik. Buna bu yaxınlarda 15 yaşlı Fatimə Qəmbərovanın 19 yaşlı həyat yoldaşı tərəfindən oldürülməsini misal gətirə bilərik. Gənclərin püxtələşməmiş ailə qurması bu cür facilərin ortaya çıxmasına yol açır.

Bu sahədə ekspertlər olaraq bir neçə mütəxəssis erkən evliliklərin səbəbini araşdırmağa başladıq və həmin ekspert qrupu ilə birgə neçə il öncə 2010-cu ildə USAİD, Azərbaycan Respublikası Ailə, Uşaq və Qadın Komitəsinin və yerli QHT-lərin bir neçəsinin dəstəyi ilə bir layihəyə qoşulduq və həmin layihə çərçivəsində regionlarda erkən evliliklərin səbəblərini araşdırmağa başladıq. Ortaya bir çox məsələlər çıxdı ki, bu da erkən evliliklərin kompleks məsələ olduğunu ortaya qoydu.

Məsələ burasındadır ki, araşdırma apararkən bir çox rayonlarda olduq və çox maraqlı və maraqlı olduğu qədər çətin məsələlərlə üzləşdik. Bölgələrimizin çoxunda demək olar, eyni səbəblərlə üzləşdik, amma Salyan rayonunun Qarabağlı kəndində valideynlərin açıqlaması özünəməxsusluğu ilə seçildi. Məlum oldu qızlar 9 yaşından sonra məktəbdən çıxardılır və səbəb olaraq onu göstərirlər ki, “yaxşı qız oxumaz!” Biz ekpsert qrupu ilə çox bu səbəbə təəcübləndik və “bəs sizin kənddə məktəbdə oxuyan qız heç yoxdur?!” sualına cavab olaraq bildirdilər ki, “bir qız var, 15 yaşında, o qız yaxşı qız deyil!“ Ekpsert qrupu təəccüblə soruşduq ki, “yaxşı qız deyil” nə deməkdir?! Dedilər ki, bu kənddə o yaşda qız məktəbdə oxumur, yani o yaşa kimi valideynlər qızları məktəbdən çıxardır və evlilik həyatına hazırlayır. Biz ekpsert qrupu olaraq bu kənddə çox böyük bir sarsıntı yaşadıq deyə bilərəm. Biz kiçik yaşından çıxardılıb evdə otuzdurulan bu qızlarla, onların ata və anaları ilə söhbət edik. Sən demə, məsələ daha da kompleks imiş. Suallar və araşdırma nəticəsində məlum oldu ki, sən demə, qızlar ataları və ümümumyytələ ailələri üçün “yük” imişlər. Bir atanın dediyi: ”oğlumu məktəbə göndərirəm, çünki oğlum böyüyəndə mənə və ailənin maddi durumunun yaxşılaşdırılmasına kömək edəcək. Amma qızlar elə deyil. Bir az boyüyəcəklər və ailə quracaqlar. Onlara çəkilən əziyyət batacaq.” Ən önəmlisi isə bu açıqlama oldu: “bir oğlum var, onu oxuduram. Qızlarım isə üçdür. Üç qızı oxutmaq üçün maddi gücüm yoxdur. Üç qızın məktəbə getməsi üçün gərək onlara məktəb paltarı, ayaqqabı, çanta, kitab, dəftər və s. alım. Buna isə maddi durumum imkan vermir. Bu kənddə əksəriyyət ataların maddi durumu mənim günümdədir və ona görə də hər kəs qızını məktəbdən çıxardır.”

Təəssüf hissi ilə demək istəyirəm ki, əksər ataların maddi durumu yaxşı olmadığı üçün qız övladlarını məktəbdən çıxardırlar, amma bunu bütün ailələrə və atalara şamil etmək olmaz. Çünki hər bir ailənin durumu və qız övladının təhsildən yayınması fərqlidir. Üzümü bütün valideynlərə tutub demək istəyirəm: Əziz valideynlər, hörmətli atalar və əziz analar, övladlarınıza təhsil verin və onları cinslərinə görə seçməyin və seçərək təhsil verməyin. Qızlarınızın da təhsili oğlanlarınız qədər önəmlidir. Böyük xeyriyyəçi H.Z.Tağıyev demişdi ki, “bir oğlana oxutmaq bir fərdin təhsil alması deməkdir. Bir qızı oxutmaq bütöv bir ailənin və nəslin oxuması deməkdir”. Övladlarınıza təhsilə həvəsləndirin, köhnə paltarıarıa və çantalarla göndərin, ancaq göndərin. Qoyun övladlarınız təhsilli, savadlı olsunlar və yetkinlik yaşına dolduqdan sonra icazə verin təhsil almağı və ya ailə qurmağı özləri seçsinlər. Unutmayın, savadlı uşaqlarımız gələcək ümidlərimizdir. Solomon Ortiz təhsil haqqında demişdi “Təhsil uğurlu həyata gedən əsas yoldur.” Qoyun övladlarınızın taleyinə təhsil işıq salsın, eziz valideynlər!

Sosioloq Mehriban Nəsib
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1341
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1361
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Bu movzu haqda chox misallar chekmek olar, men de hami kimi erken nigaha pis baxanlardanam. Ev ishlerinde nelerise bacarmaq ere gede bilerem,haziram demek deyil. 15-20 yash arasi qizlar ,oglanlar ele ushaq sayilir gedib de bir ushaq sahibi olmaq var. Omrun en gozel chaglarini tez yashayib heyati mehv etmek var. 23 yashim olsa da ozumu aile qurub,o mesuliyyeti dashimaga hele hazir bilmirem. 14yashinda dayimin qizi nishanlandi kechen il ,oglanin da 16 yashi. Butun nesil bir oldu onlar ayri ki,yox sevirler. 1il kechmedi hech nishan qayitdi. Yene shukur ziyanin yarisindan qayitmaq oldu,gedib bir ushaqla qayitmaqdansa. Her sheyi oz dovrunde,oz vaxtinda yashamaq gozeldi
18 aprel 2020 12:36
8
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 1093
Xəbər sayı: 110
Qeydiyyat: 31.12.2018
Gül.
Agli olan erken evlenmesin ve valideynler evlendirmesin. Bir erken yasda evlendirilmis kimi deyiremki genclik usaqliq insanin heyatinda bir defe olur. Onu doyunca yasayin. Evlilik her zaman var. Gozleye biler.Etmek istediyinizi edin. Oxuyun, ozunuze karyera qurun. Savadli olun, huquqlarinizi bilin.Guclu olun. Ozunuzu,bedeninizi taniyin sonra evlenin. Bizde eledirki aile heyati quran kimi usaq gelir dunyaya. Hec belkede biz hazir deyilik ana olmaga. Cunki ozumuz usagiq hele. Ona gorede erken evliliye pis munasibetim var.
18 aprel 2020 07:54
7
19
Şərh sayı: 13386
Xəbər sayı: 297
Qeydiyyat: 19.11.2012
Miss_Oxatan
Sozu geden kendde o kiwilere niye sual vermeyibler eger yük idise niye ekirdin?beyinleri peyinle iwleyir ele bil.15yawli uwaq mektebe gedir deye pis baxirlar ama oz 15yawli qizlarini ere verib vaxtindan qabaq nelerise oyrenmeye pis baxmirlar.papagina itin neyi olsun ele.men olsam o uroda bele de deyerdim.hele burda medeni yazdim.20yawdan tez er haqqinda duwunenlere vapwe cox pis baxiram.gerek bu gede kiwi göre 17 yawinda.ona gore de ozleri kimi tupoy ve edebsiz nesil yetiwdi.fikirleri zikirleri mektebde kuncde bucaqda hoqqa cixarmaqdi coxunun.ders oxuyub bir baltaya sap olaq deyen azdi indi.
18 aprel 2020 01:20
6
#flatearth
Şərh sayı: 2105
Xəbər sayı: 109
Qeydiyyat: 30.11.2019
Btsarmy;)
-'Aha günümüzün hadisesi! Günden -güne batan, mehv olan gencler!
Heyatlarinin en gozel anlarini, en boyuk sehvleri evez edir!
Qizlarin qeyd etdiyi kimi " Kitab elden duwdu, nikah" niye? Bes kariyere? Bes o oyrenmelidi ki öz ayaqlari üzerinde nece durmalidi! Bezileri oxumaga bele qoymur! Budu da bizim "mentalitetimiz" -?
Bu gün ATA , ANA var! Ama sabah yoxdu! Ve valideynlerin bezileri o sabahı duwunmur!
Duwunmur ki men bu dünyadan kocenden sonra qizim ne edecek? Yawaya bilecek mı , heyati bizsiz derk ede bilecek mi?
O qeder wahid olmuwam...
Anamın xalasi oğlu, öz xalasi qiziyla niwanlidi ve veeeee qiz menden bir yaw boyukdu! 15 yawi var. Oğlanda esgerliyi bitirib)))) 20-21 yawi var! Bir korpeyle bir genc evlenir! Men soz tapmiram elelerine.
Neyse, şükür duwduyum muhit, ailem geriduwunceli deyil!
18 aprel 2020 01:01
5
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 507
Xəbər sayı: 268
Qeydiyyat: 17.04.2018
Lusi
Mənim,
16 yaşlı qızı ərə verib, amma 16 yaşında sevgilisi olana qıza pis baxan, cahil millətim var.
Daha nə yazıla bilər bu cümlədən sonra?
Övladıları ilə qarşılıqlı oturub söhbət etməyən, onları dərdinin nə olduğunu bilməyən, amma yeri gələndə 'Mən valideyinəm, mən hər seyin yaxşısını bilirəm' deyən insancıq yığını var! Nece defe rastlaşmışam bu hadisə ilə... Övlad vaildeyini ilə danışmaqdan qorxur. Övladınıza bu qorxuyu verəcəksizsə, niyə onu dünyaya göz açmasına şərait yaradırsız? Sonrada köhnə bir əşya kimi başınızdan edirsiz? Lənət, olsun elə insanlara... Ona görədə qabağa gedə bilmirik. Bir gün mənim qızım olsa, ona qorxmamağı, mən həmişə səhvində düzündə sənin yanında olacam deməyi öyrədəcəm. Mənim qızım, özüm kimi bu millətin içində batıb getməyəcək. Anam mənə necə, məndə qızıma eləcə...❤
18 aprel 2020 00:16
4
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 5999
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Mence qizlarimiz 25den tez aile heyati qurmanalidilar cunki o zaman ozlerini tam m taniyir ve be istediklerin bilirler
18 aprel 2020 00:12
3
p.s
Şərh sayı: 892
Xəbər sayı: 19
Qeydiyyat: 27.06.2019
_Tək_ İL_
Sitat: _LADY_
Duzgun deyil erken nigah
Amma tessufki bezi rayonlarimizda bu adet var
Eger qizin 20 yasi varsa evlenmiyibse demeli evde qalib
Mentiqsiz bir seydi
Keske qarsisi alinsa
Nece nece qizlarin heyati mehv olur erken nigaha gore

Elədir. Uşaq kitabdan əlini buraxan kimi evləndirirlər.
17 aprel 2020 23:26
2
Dəli ^_^
Şərh sayı: 119
Xəbər sayı: 0
Qeydiyyat: 17.04.2020
Prenlcessam
Mən sevmirəm erkən nikahı
17 aprel 2020 23:05
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri