Boşanma və onun əsas səbəbləri

Müəllif: diablo
Şərhlər: 3
Baxılıb: 1098
Səs ver:
(səs: 0)
«Ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət, məsuliyyət hissinin, ailənin hüquq və vəzifələri və sairə hazırlığın və sair cəhətlərin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəmlənir. Belə olduqda ailədə boşanmaq üçün əsas ola bilməz»

Bəs boşanma nədir, Nə səbəbə yaranır, boşanma zamanı ən şox zərər çəkən tərəf hansıdır?

Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur.

Maraqlıdır artmaqda olan boşanmalar nə ilə əlaqədardır? Bunun bir neçə səbəbləri vardır. Bəzən çox təəssüf ki, ən kiçik səbəblər belə ailələrin dağılmasına səbəb olur. Burda bir neçə amil saya bilərik. Məsələn malliyyə çətinliyi, mənzil problemi, cütlüklər arasında yaranan ünsiyyət problemi, bir-birini anlamamaq, fiziki zorakılıq, daimi baş verən mübahisələr, gəlin-qaynana və ya gəlin-baldız münasibətləri, övladın olmaması, yersiz qısqanclıqlar, xəyanət, sərxoşluq və.s digər amillər səbəb ola bilər. Təbii ki, bu halların bəziləri dolayı yollarla ailəni boşanmaya gətirib çıxarır. Lakin bəzi mövzular həqiqətəndə ciddidir və məncə, onların qarşısını elə əvvəlcədəndə almaq olar. Məsələn, götürək maliyyə problemlərini, mənzil, işsizlik problemlərini bunları ki, ailə qurmamışdan əvvəl qaydasına salmaq olar. Ən pisi də odur ki, dağılan ailələrdə ən çox əziyyət çəkənlər uşaqlardır. Uşaq burda günahsızdır və ən ağır cəzanı o çəkir. Uşaq hər iki valideynin sevgisi və qayğısı ilə böyüməlidir, çox təəssüf ki, boşanma hallarında uşaq ana ilə qalırsa, ata sevgisindən və qayğısından məhrum olur və ya əksinə də ola bilər. Müəyyən edilmişdir ki, boşanan ailələrdə 10% hallarda hər iki valideyn uşağın tərbiyəsi ilə məşğul olmağa davam edir.

Boşanmalar zamanı digər bir qurban isə qadındır. Qadın cəmiyyət tərəfindən elə bir təzyiqə uğrayır ki, bu gün qadınlar ailədə nə baş versə də, sırf bu təzyiqlərlə, tənqidlərlə üzləşməmək üçün boşanmırlar. Cəmiyyətin “boşanmış qadın” damğası vurduğu insanın öz həyatına davam etməyə haqqı yoxdur. Ər gedib öz istədiyini edir artıq onun üçün evlilik bitmiş kimi bir şeydir, lakin qadın evində oturub uşaqlarına baxır, yeməyini bişirir. Axı o namuslu qadındır, əgər boşanmaq istəsə, “camahat” ona nə deyər ? Daha sonra ər evə içkili gələr, arvadını döyər, uşaqları yatmağa göndərər, özü də oturar televizorun qabağında. Hər kəs də deyər nə gözəl mehriban ailərdir. Sizcə, bu ailədir? Təbii ki, hər boşamalara kişini günahkar çıxara bilmərik. Bu sadəcə daha çox rast gəlinən nümunə idi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1098
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Bowanma cox sebebden ola biler qizlarimiz bezen hazir olmaz bezen oglanlarimiz.bezende mudaxileler olur.insan ozunu ne zaman hazir sayarsa mence o zaman da aile heyati qurmalidi
13 aprel 2020 13:50
3
p.s
Şərh sayı: 12256
Xəbər sayı: 0
Qeydiyyat: 21.05.2013
tatyana
Sitat: Miss_Oxatan
Her weyi de erin ustune atmayin.indi qizlar daha beterdi.neçesini var taniw ilk gunler qaynana ile birge qalir sonra bawa duwduler cavandilar ayirdilar ayri evde qaldilar onda da erle yola getmirler.3ay tamam olmamiw bowanmaq fikirlewirler.iw gormeyin derdinden telefon elden duwmur.deyende de ere deyir men dedem evinde yemek biwirmemiwem deye bacarmiram.kul senin bawiva indi arvad olmaga ne var?onzuzdz elinden telefon duwmur hansi yemek istesen yaz cixir.bax biwir de.sonra da deyirler erim gezir.12e kimi yat ev itin gununde bir kartofu qizardib ortaya cixardanma sonra da deyirler erin gozu orda burdadi.bu saat Az.da yeni qurulmuw ailelerde problem budu coxunda.toyuq toyuqlugiyla oturanda yerini temizleyir sonra oturur.bunlar ozlerine padlo bilir.papuqay kimi de bir soz bilirler.21ci esirdi beraberhuquqluyiq gordun men biwirmirem sen biwir ozun ye.piwik kimi kureklerini yere vurmurlar,demezler qabiliyetsizem elimden zadimdan iw gelmir ne de merfetim çatib oyrenmirem hardansa.

Tamamile razıyam seninle, düzdür men demirem hamısı amma vallahi indi qızlar cox abardır herşeyi,ele qızlar tanıyıramkı dediyim dedikdi ey deyir, ayfon üstünde dava cıxarıb dedeevine qayıdan qızlar var, olmazmıkı ayqız sen o ayfon isteyini icinde bogasan, eger yoxdursa imkanı almaga, deyermi ondan ötru aile dagıtmaga, aileni qadın möhkemleder aile eder, düzdür indi yaşı az olan qızlarımız yazajaxlarkı qadın qul deyil, qadın öz haqqını teleb etmeli, qadın başqası ne deyer deye susub oturmamalı, amma unutmayınkı en xoşbext ailelerinde neyese göz yumub susdugu, ailesinin xetrine susub yola verdiyi hallar olur
13 aprel 2020 13:47
2
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 13386
Xəbər sayı: 297
Qeydiyyat: 19.11.2012
Miss_Oxatan
Her weyi de erin ustune atmayin.indi qizlar daha beterdi.neçesini var taniw ilk gunler qaynana ile birge qalir sonra bawa duwduler cavandilar ayirdilar ayri evde qaldilar onda da erle yola getmirler.3ay tamam olmamiw bowanmaq fikirlewirler.iw gormeyin derdinden telefon elden duwmur.deyende de ere deyir men dedem evinde yemek biwirmemiwem deye bacarmiram.kul senin bawiva indi arvad olmaga ne var?onzuzdz elinden telefon duwmur hansi yemek istesen yaz cixir.bax biwir de.sonra da deyirler erim gezir.12e kimi yat ev itin gununde bir kartofu qizardib ortaya cixardanma sonra da deyirler erin gozu orda burdadi.bu saat Az.da yeni qurulmuw ailelerde problem budu coxunda.toyuq toyuqlugiyla oturanda yerini temizleyir sonra oturur.bunlar ozlerine padlo bilir.papuqay kimi de bir soz bilirler.21ci esirdi beraberhuquqluyiq gordun men biwirmirem sen biwir ozun ye.piwik kimi kureklerini yere vurmurlar,demezler qabiliyetsizem elimden zadimdan iw gelmir ne de merfetim çatib oyrenmirem hardansa.
13 aprel 2020 01:11
1
#flatearth

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri