Doğurdanmı karantindən sonra boşanmaların sayı artacaq?

Şərhlər: 7
Baxılıb: 1590
Səs ver:
(səs: 0)
Ölkəmizdə 4 ayda 4 mindən çox boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələrində 13738 nikaha daxilolma və 4287 boşanma olub.

Bu müddət ərzində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.

Ölkəmizdə boşanmalarla bağlı acınacaqlı durum olduğunu deyən “Regional Gender Mərkəzi İctimai Birliyi”nin sədri Şərqiyə Dadaşova bildirir ki, ailələrin dağılmasının müxtəlif səbəbləri var.

Birlik sədrinin sözlərinə görə, ailə münaqişələri xəstəliklərdən də betərdir:
“Çünki ailə institutumuz olduqca zəifləyib. Hər zaman deyirdik ki, ailə institutumuz bütün dünyada göz qabağında dır və öndə gedirik. Amma ailə institutumuz əvvəlki kimi deyil, artıq parçalanmalar var. Yəqin ki, ailənin dağılmasında böyüklərdən də çox şey asılıdır. Əvvəllər belə hallar çox deyildi. Lakin son dövrlər bir balaca problem olan kimi valideynlər övladlarının boşanmasını istəyirlər. Amma bu düzgün deyil. Ailəni quranda nə qədər əziyyətlər çəkilir, ona görə də tərəflərin bir-birini tanıyıb anlaması müəyyən müddət tələb edir. Bəzən valideynlər xırda məqamların üstündə ortaya boşanmanı salır. Hərdən görürük ki, heç qızın özünün razılığı olmadan valideyn qərar verir ki, qızım boşanmalıdır və daha ər evinə gedib orada otura bilməz. Yaxud da oğlanın valideyni evliliyin alınmadığını deyir. Fikirləşmirlər ki, ortada qalan övladlar olur. Hər məsələni böyütmək lazım deyil. Bəzən gənclər valideynlərlə yaşamaq istəmir. Bu gün övladlarımız heç olmasa 2-3 il valideyn yanında təcrübə keçməlidir. Amma valideynlər deyir ki, uşaqlar sərbəst olsunlar. Lakin xırda bir məsələ üzərində münaqişə baş verir və boşanma ilə nəticələnir. Ailədə münaqişə varsa, getdikcə cəmiyyətimiz də dağılır”.

Ş.Dadaşova iki şəxsin evliliyində valideynlərin müdaxdiləsinin düzgün olmadığını bildirir:
“Bir də görürsən valideyn qərar verir ki, övladı onun istədiyi şəxslə ailə qursun. Bu da bir çox hallarda yaxşı sonluqla nəticələnmir. 13 yaşında qızı ərə verirlər, bütün bunlar da sonda boşanmaya səbəb olur. Bəziləri deyir ki, maddi baxımdan çətinlik çəkdiyim üçün istəyirəm qızım tez ailə qursun. Amma bu düzgün yanaşma deyil”.

Ekspertin qənaətincə, karantin bitdikdən sonra boşanmaların sayı daha da çoxalacaq:
“Çünki insanlarda bir-birinə inamsızlıq, soyuqluq yaranıb. 3 il öncə bir xanım yoldaşı ilə boşandı. Səbəb olaraq dedi ki, yoldaşı xəstədir və ondan iyrənir, onunla yaşamaq istəmir. Əvvəlki ailə modelinə qayıtmaq üçün xeyli çalışmalıyıq. Çünki əvvəllər kiminsə həyat yoldaşı xəstə olanda onu tərk etmirdi, ona övladı kimi baxırdı. Çox təəssüf ki, indi belə deyil”.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1590
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8521
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Ailelerin dagilmasinda qizlarimiz tez evlenmeyi deyilde esas ana atalarin rollaridi..Genc yasda evlenen qizi qaynana her seyi basa salsa.her bir isde destek olsa bosanmalarin sayi az olar..Gelki gelin bir sehvi olan kimi qariskani fil eden qaynanalar var..
Ve birdeki bu sosyal sebekeler var..Birden normal evin gelininden ele seyler esidirsen mat qalirsan.(Gelin bunuda etiraf edekki bu sosyal sebekeler cox adamin evini dagidib.Xeyanet ustunden dagilan aileler az deyil....
5 iyul 2020 23:56
7
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Statistika'ya nəzər keçirsək ölkədə boşananlar hamısı gənc'ikən evlənənlərdir
Qızları gənc yaşlarında evləndirmək olmaz onlar hələ həyatı dərk etməzkən evləndirirlər .bu valideyinlər qızlarını tezkən evləndirərkən əllərinə nə keçəcək bax onu anlamıram


Təşəkkürlər ürəyim♥
5 iyul 2020 10:55
6
Şərh sayı: 381
Xəbər sayı: 0
_samire_
Maraqli melumat idi tewekkurler..:(
5 iyul 2020 00:18
5
Şərh sayı: 1311
Xəbər sayı: 130
GüL
Onsuzda her cur behane tapir bosanmaq isteyen. Xestelikde bir behanedi. Insanlar problem olan zaman onu hell etmek evezine qacmagi ustun tuturlar. Qacanlar zeyif insandi mene gore.
4 iyul 2020 23:04
4
Güneşi örnek al kendine. Korkma batmaktan, yılma doğmaktan.
Şərh sayı: 3711
Xəbər sayı: 109
ÜlSi❤
Mence de artacaq. Normal bir günde esasen qadin ve kisi ise gedir,bütün sohbetleri ort-basdir edirler. Ama artiq doze bilmirler deyesenhihih))

Teşekkürler balım)
4 iyul 2020 21:32
3
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 526
Xəbər sayı: 0
Fulin
Evliliy mənə görə məsuliyyətli bir seydi.İki insan arasında hörmət,,inam,,güvən olmalıdır.Valdeynlərin az yaşlı qız övladlarını məcbur evləndirmələrinə çox pis baxıram.XXI əsr olmağına baxmayaraq çox təəssüf ki,,ətrafımda belə halların şahidi oluram.Qız övladına təhsil vermədən 16 yaşında(həyatı tam dərk etmədən)zorla evləndirirlər.Axı o yaşda olan bir qız ailə həyatı qurduqdan sonra uşağına necə baxacaq ?! Özü hələ uşaq sayılarkən.Öz hüquqlarını necə müdafiə edəcəy.Elə buna görə də ailədə münaqişə olan kimi boşanmaya əl atırlar.
Bu mövzu haqqında yazmaqnan bitməz.Bu karantin vaxtında da məncə boşanmaların sayı artacaq.


Təşəkkür'lər Bacıcan❤
4 iyul 2020 18:28
2
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 4845
Xəbər sayı: 47
fiyonik
Evvel ile indinin insanlari bir deyil. Qizin tez evlenmeyine geldikde ise bu pis haldir. Zennimce, gec yasda qurulan evlilikler daha berk, mohkem olur. Indi 18 yasindaki insanlar evliliyi sadece oyuncag kimi baxirlar. Evlilik qadinin ev isleri edib, usag dunyaya getirmesi, kisilerin de pul qazanmasi deyil. Evlilik 2 insanin bir-birine baglanmasi, omur yoldasi olmasidir. Maragli melumatdi. Tesekkurler
4 iyul 2020 17:36
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri