Ailələrdə son sözü ağsaqqallar, evin kişisi yoxsa, qadını deyir?

Şərhlər: 3
Baxılıb: 1269
Səs ver:
(səs: 1)
"Həyat yoldaşlarınızın hər istədiyini niyə yerinə yetirirsiniz?” sualına cavab olaraq 47,30 faiz qadın “sevdiyimiz üçün” cavabını verib, “bu bir vəzifədir” düşüncəsində olan qadınlar isə 28,63 faizdir. Qadınların 17,85 faizi kişiləri əsəbləşdirməmək, 6,22 faizi isə döyülməmək üçün onların istədiklərini edirlər. Ailədaxili problemləri qadınların 17,33 faizi anasına xəbər verdiyi halda, kişilər arasında bu rəqəm 16,7 faizdir.

Bəs, görəsən, bu məsələ Azərbaycan ailəsində necədir? Bizim ailələrdə son sözü ağsaqqallar, evin kişisi yoxsa, qadını deyir?

Mövzu ilə bağlı fikirlərini bölüşən “Təmiz Dünya Qadınlara Yardım” ictimai birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, hər bir ailədə fikir ayrılıqlarının olması normaldır. Onun sözlərinə görə, əgər hansısa ailədə yekdil fikir varsa, bu həmin ailədə sərbəstliyin olmamasından xəbər verir: “Əslində evdə fikir-ayrılığının olması normaldır və hansısa məsələ ətrafında birgə qərar qəbul edilə bilər. İstənilən halda “son söz” ifadəsi bəzən insanların həyatının mürəkkəbləşməsinə gətirir. Hər kəs çalışır ki, son söz onun olsun. Bu hikkə və ya prinsip anlamı və münasibətləri formalaşdırır, odur ki, normal ailədə son söz yox, birgə fikir münasibətlərinin qurulması çox yaxşı hal ola bilərdi».

Ailədə qarşılıqlı hörmət varsa…

Ekspertin fikrincə, ailədə əsas söz sahibinin kişi olması tam olaraq qadınların öz hüquqlarını bilməməsi kimi başa düşülməməlidir: “Məsələn, ola bilər ki, şəxs bundan, əksinə, xoşhal olur. Yəni bu cür davranış psixoloji bir haldır, tərbiyədir. Burada şəxs öz hüquqlarını bilsə də, bu vəziyyətdən razıdır. İkinci bir hal isə ondan ibarət ola bilər ki, şəxs hüquqlarını bilir, lakin onun realizəsi üçün kifayət qədər resursu yoxdur və bu vəziyyətdən qurtula bilmir. O, tabe olmaq məcburiyyətindədir. Üçüncü halda isə şəxs həm hüquqlarını bilmir, həm də düşünür ki, bu belə də olmalıdır. Dördüncü hal isə qarşılıqlı hörmət prinsipidir. Qadının yaratdığı şəraitə görə kişiyə elə gəlir ki, son söz onundur və nəhayət, hər iki tərəf birgə qərar qəbul edə bilir. Bunun üçün mübahisə və ya prinsip lazım deyil. Sadəcə, insanlar problemlərini birgə müzakirə edib, ən yaxşı qərarı qəbul edirlər, kişi və qadının qərarı olmasından asılı olmayaraq, təbii ki, belə ailələr bizdə azdır”.

Ekspert həmçinin qeyd edir ki, son illər Azərbaycanda qadınların evdə hökmranlıq etməyə başlaması və bunu da Avropadan öyrənməsi ilə bağlı fikirlər səsləndirilir: “Təbii ki, bu hal da var. Bəzi hallarda hüququnu bilən tərəf özünü hakimi-mütləq sayır. Əslində, bunu daha çox iqtisadi güclü olan tərəf tətbiq edir. Yəni ola bilər ki, qadın kişidən iqtisadi cəhətdən güclüdür. Təsir əks-təsir nəzəriyyəsinin tətbiqi həyata keçirilir. Yaxud ola bilər ki, qadının qohumları kişinin qohumlarından daha güclüdür, belə hallarda, təbii ki, tarazlıq pozulur. Mən bunu tarazlığın pozulması kimi qiymətləndirirəm, yəni kişi və ya qadın bu cür hakimlik iddiasında olursa, məncə, ailədə hökmdar və hakim olmamalıdır. Bu, müxtəlif formada anlaşıla bilər. Ola bilər ki, həqiqətən də qadın daha praktik olduğu üçün bu son sözə nail olmaq istəyir. Lakin biz bəzən praktik istəkdən çox, emosiyalarımızla ailəni idarə etdiyimizdən, düşünürəm ki, son söz istəyi daha çox emosional bir prinsip halıdır”.

Ekspert eyni zamanda vurğulayır ki, Azərbaycan cəmiyyətində qadın başlıca olaraq ailədə məişət işlərini həyata keçirir, uşaqların tərbiyəsi ilə məşğul olur, kişi isə ailənin iqtisadi təminatçısı qismində çıxış edir: «Kişilər iqtisadi potensialdan çox vaxt zorakılıq aləti kimi istifadə edirlər. Qadın ailədə ikinci dərəcəli olduğu üçün nəinki söz demək haqqı olur, hətta qadınların böyük əksəriyyəti ailədaxili zorakılığın bu və ya digər forması ilə qarşılaşır. Bəs necə olur ki, qadın bütün bunlara göz yumur, ona heç bir hüquq tanımayan ailədə yaşamağa davam edir? Əslində, səbəb çox sadədir. Qadın öz ailəsində gördüyü modelə uyğun davranır və mövcud dəyərlər, ictimai qınaq səbəbindən ailədəki istənilən problemə göz yumur. Belə ki, qadın əgər iqtisadi baxımdan ehtiyaclarını ödəyə bilmirsə, boşandıqdan sonra cəmiyyətdə ona qarşı neqativ rəy yaranacağını düşünürsə, övladları varsa, qadının valideynləri onun boşanmasına qarşı çıxırlarsa, qadın istəyindən asılı olmayaraq kişinin bütün dedikləri ilə razılaşmalı olacaq və bəzən də zorakılıqlara dözəcək. Konkret olaraq bir ailədə kimin söz sahibi olduğunu anlamaq üçün ilk öncə həmin cəmiyyətə, daha sonra həmin cəmiyyətdəki normaların ailədə nə kimi əhəmiyyət kəsb etməsinə baxmalıyıq”.

«Hər an problem yaradan ailə böyüyü, böyük deyil»

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, ailədə kimin söz sahibi olduğunu anlamaq üçün ilk öncə həmin cəmiyyətə baxmaq lazımdır. Onun sözlərinə görə, sosial mərkəz olduğundan bu mərkəzin idarəsində ahəng olduqca vacibdir: “Təbii ki, bu ahəngi ailədə kim yarada bilirsə, söz saşhibi, başçı da odur. Ola bilər ki, qadın daha məharətli olur və ailədə uyum, uyğunluq, sülh, ahəng yarada bilir, niyə də ailənin böyüyü o olmasın? Və yaxud da əksinə. Amma Azərbaycan gerçəkliyinə görə ailənin böyüyü, əsas söz deyəni daha çox kişi olur. Adətən kişilər ailəyə baxdığı, maddi cəhətdən təmin etdiyi üçün sorğusuz-sualsız ailə başçısı sayılırlar və son söz də onlara məxsus olur. Yəni, cəmiyyətdə də belədir, ailədə də. Hər an qan qaraldan, problem yaradan ailə böyüyü, böyük deyil».
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1269
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 807
Xəbər sayı: 1
guzellik
alie dester verim lazim
13 oktyabr 2020 19:45
3
sade semimi merbandan kino medcezir
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Мəncə ailədə hər fərdin söz hüququ olmalıdır.
Təşəkkürlər
22 sentyabr 2020 10:54
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Ailede her zaman kisi sozu kecer deye bir qayda yoxdu
21 sentyabr 2020 23:14
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri