Münasibətə ziyan vuran davranışlar

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 4 841
Səs ver:
(səs: 0)
Sevdiyinizi dəyişdirməyə çalışmaq
Mükəmməl insan yoxdur. Buna görə sevdiyiniz insanın müsbət və mənfi tərələri ilə qəbul etməyə çalışın. Təbii ki, insan mənfi davranışları düzəltməyi bacarmalıdır. Amma onu başqa birini çevirməyə çalışdıqda münasibətinizə zərər vurmuş olacaqsınız. Əgər qarşınızdakı insanda xoşunuza gəlməyən xüsusiyyətlər, xoşunuza gələnlərdən çoxdursa, onu olduğu kimi qəbul edib edə bilməyəcəyinizə baxın.

Ailəni çox dinləmək
Bunu səhv başa düşməyin. Ailələr başımızın tacıdır və fikirləri həmişə çox qiymətlidir. Amma münasibət digər ailə fərdlərinin fikirlərinə görə idarə edilməz. İstədiyiniz insanın məsləhətini ala bilərsiniz, amma son söz həmişə sizə aid olmalıdır. Ailələrin münasibətə çox qarışması münasibətdə münaqişələrə səbəb olacaq.

Başqalarının yanında münaqişə etmək
Başqalarının yanında münaqişə etmək münasibətinizə ziyan vuracağı kimi, ətrafınızdakı insanları da narahat edəcək. Fikir ayrılıqları ilə üzləşsəniz də, münaqişəni sonraya saxlayın və başqalarının yanında sakitliyinizi qorumağa çalışın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri