Öz uşaqlarından kompleksli bədbəxt düzəldən 5 ata tipi

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 190
Səs ver:
(səs: 0)
İdeal ata olmur, lakin hər bir valideyn səhvlərini görməli və uşaqlarını tərbiyyə edərkən o səhvlərini düzəltməyə çalışmalıdır.

Bir çox halda böyüklərlə uşaqların arasında baş verən mürəkkəb vəziyyətlərdə səbəb kimi uşağın yanlış davranışı göstərilir. Amma bu haqsızlıqdır. Çünki uşağın davranışı belə sizin tərbiyyə prosesində buraxdığınız səhvlərin nəticəsidir.
Sizə 5 ən yanlış ata tipini təqdim edirik:

1)Daim narazı ata

Belə valideynə heç cür yarana bilmirsən. Məsələn, məktəbdən qaça-qaça gəlib “Ata, bütün dərslərdən ən yüksək qiymət aldım” deyirsən, cavabında isə “Ayaqqabı ilə xalçanın üstünə çıxma!” cavabını alırsan. Bu cür ataların öz övladlarından gözləntilər aşırı dərəcədə böyük olduğu üçün onları belə uğurlar qane etmir.

Məsələn, bu tipə malik idmançı ata üçün oğlunun skripkada mükəmməl ifa etməsi heç nədir, çünki bu “cılız, heç 3 dəfə çəkinə bilmir”.

2) Cangüdən ata
Bu cür atalar oğlu barədə danışanda “biz” və ondan formalaşan sözləri işlədir: “Biz bu yaxınlarda məktəbə gedəcəyik”, “Biz bu gün yenə yıxıldıq” və s. Belə valideynlər oğullarını özlərinin uzantısı görür. Bütün həyatlarını varislərinin gələcəyinə həsr edir.

Psixologiyada buna “simbiotik münasibətlər” deyilir. Adətən onlar oğullarının özünəməxsus maraqları və xüsusiyyətləri olan başqa varlıq olduqlarını anlamır.

3) Nüfuzlu ata
Belə tipli insanlar gördükləri tərbiyyəni öz oğullarına aşılamağa çalışır. Başqa sözlə, bu cür davranış babadan-ataya keçən tiplərdəndir. Nüfuzlu atalar oğulları ilə ünsiyyəti sərt qaydalar üzərindən qurur.

Onun sözü qanundur və başqa fikirə yer yoxdur. Belə ailədə böyüyən uşaqlar adətən kompleksli, özünü ifadə etməyə çəkinən, “qul” psixologiyalı fərdlərə dönüşürlər.

4) Bivec ata
Belə atanın uşağı qonşunun uşağını döyə, evə gələn qonağın başına çıxa və s. hərəkət edə bilər. Bu cür atalar uşaqlarının başqalarına yatardığı problemləri görmür. Kimsə onun övladına haqlı irad tutsa, danlaq uşağa yox, irad tutana gəlir. Sözügedən valideynlər uşağın belə pis davranışının səbəbini axtarmaq yerinə, onun hərəkətlərinə haqq qazandırmağın yollarını axtarırlar.

5.Dayə ata
Belə atanın uzaqan tanımaq olar. Onun yanında gəzən oğlunun artıq 3-4 yaşı var, lakin hələ də ağzında əmzik (soska) ilə gəzir. Belə atalar öz uşaqlarını real yaşından kiçik görür. Əlbəttə ki, hər bir normal valideyn öz uşağını sevir və onu qorumağa çalışır. Lakin dayə atalarda bu instik ifrat dərəcəsindədir. Bu cür yanaşmanın arxasında hansısa fəlakət və ya günah hissi dura bilər.

Məsələn, uşaq uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və ya ölümdən son anda qurtula bilim. Ya da nəyəsə görə ata özünü uşağının qarşısında günahkar bilir. Hər bir halda uşağa bu cür həssas yanaşma gələcəkdə onu öz ayaqlarında dura biləcək sağlam cəmiyyət fərdi olmaq şansından məhrum edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri