Subaylıq Sultanlıqmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 494
Səs ver:
(səs: 0)

 

Evliliklə əlaqədar hər kəsin bir fikri vardır. Kiminə görə subay olmaq bir həyat formasıdır, imtina edilməzdir. Subaylığı müdafiə edən kəslər üçün evlilik düşüncəsinin belə dözülməz gəldiyini bilirəm. Ancaq digər tərəfdən bir çox insanın xəyali xoşbəxt bir evliliyə sahib olmaq, həyatın yüklərini birlikdə çiyinləmək, böyük bir ailə ola bilməkdir.
Evliliyi sevən və həyatlarında ailə istəyən insanlar isə, subaylıqdan əldən gəldiyincə tez uzaqlaşmağa baxarlar. Heç kim gerçəkdə təkliyi sevməz. Hamımızın tək qalmaq istədiyi zamanlar mütləq vardır amma davamlı təklik insanın ruhunu korlaşdırar. Şüurlu olmasa belə hamımız içdən içə, təkliyimizi paylaşacaq bəzilərini axtararıq. Bu bəzən yoldaş, bəzən bir dost, bəzən bir heyvan belə ola bilər.
 
Subaylıq sultanlıqdır, bu doğru, ancaq tək şəxsiyyət bir ölkənin sultanlığıdır. Azadlığını buraxmaq istəməyən subayların, arxasında dayandığı səbəb kimsəyə hesab vermədən qərar ala bilməkdir. Bunun dezavantajı isə, o verilən qərarların nəticələrini də tək başına seçmək məcburiyyətində qalmaqdır. İnsanın dostları, ailəsi və geniş bir ictimai ətrafı olsa belə, iki adamın xüsusi paylaşmasına sahib olan bir əlaqə və ya evlilikdə olacaq həmrəyliyi əldə etmələri ümumiyyətlə o qədər də mümkün olmaz.
Subaylar bunu rədd etsələr belə, içdən içə, bomboş bir evin qapısını açarla açmaq məcburiyyətində qalmaq, bir sızıdır. Üstəlik əminim hər tək insanın ən az bir dəfə başına gəlmişdir, bir gün yanınızda birinə ehtiyac duyarsınız amma axtardığınız hər kəs, dostlarınız, ailəniz, o anda başqa bir yerdə, başqa bir şeylə məşğuldurlar. Çünki onların öz həyatları vardır. Onlar, sizinlə "biz" deyildirlər. Halbuki bir həyat yoldaşıyla, adının nə olduğu əhəmiyyətli deyil, istər yoldaş olsun, istər həyatınızı paylaşdığınız bir sevimli; bu ikili eyni həyatı yaşayarlar. Ona görə, pis anlarda yanınızdadır çünki o "biz"dir.
Evlilər və ya uzun davamlı əlaqə içindəkilər isə subaylığı darıxarlar. Onlara görə, subaylıq sultanlıqdır. Xüsusilə birlikdəliyi uzun zamandır sürən cütlər, özlərini azad gəzən, kimsəyə hesab vermədən həyatını yaşan, çöldən möhtəşəm görünən subayların yerində xəyal edərlər. İndiki ağılları olsaydı evlənməyəcəklərini söyləyib dayanarlar. Amma köhnə subaylıq günlərinə dönməyi, əgər əlaqələrində ciddi problemlər və ya baş edilməz hadisələr yoxsa seçməzlər.
İşin doğrusu, istər subay, istər evli olun, zaman zaman həyatınızla əlaqədar bədbəxtlikləriniz olacaq. Kimsənin həyatı davamlı xoşbəxtlik buludları üstündə keçmir. Hamımız bəzən düşüb, bəzən qalxırıq. Düşünürəmki burada doğru bir diləkdə  lazımdır. Sizlər üçün diləyim və əlbəttə özüm üçün də, hamımızın digər yarımızı meydana gətirəcək adamla qarşılaşması, şanslı və xoşbəxt bir həyat sürməsidir.. Çünki içində eşq olmayan bir dünya mənə bomboş gəlir.  Məncə dünyada bu 3 şeyə sahib olmaq ən böyük zənginlikdir. Ürəyinizi istilədəcək bir eşq, heç yanınızdan ayrılmayacaq şans və mütləq sağlamlıq! Mən hər kəs adına bunu diləyirəm.

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri