Dunya uzre evlilik inancları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 947
Səs ver:
(səs: 1)

 

Evlilik inancları! Hər xalqın öz mədəniyyəti olduğu kimi,öz inancları da var. Məntiqlə uyğun gəlməyən bu inanclara çox da inanmadan,onların olub,olmamasını ürəyinəzə salmadığınız müddətcə sevimli və maraqlı tərəfləri də vardır. İndi sizə onlardan bəzilərini təqdim edirəm.Çox küman ki, çoxunu elə siz də bilib təqbiq edirsiniz. Nigah bağlanarkən ayağa basma hər kəsin bildiyi bir inancdır. Ayağa basanın, evdə hökmünün keçəcəyinə inanılır. Evlənən cütlüyə düyü atma ənənəsi zamanla tətbiq olunsa da, bu günlərdə yerini rəngarəng,zərli,parıltılı kağızlar əvəz etmişdir. Bəzi ölkələrdə nişanlı bəy, gəlinin ana atasına bir müddət xidmət etmək məcburiyyətindədir, yoxsa evlilik etibarlı deyil. Ev sahibinin özünün toy günü, axşam üstü asqırmasının şans gətirdiyinə,düşərli olacağına inanılır. Köhnə Yunanlarda qız, evliliyin qəbul edilməsi üçün uşaqlıq oyuncaqlarını tanrılara təqdim edərmiş. Bəzi primitiv qövrlərdə ölüm cəzası verilmiş adamla evlənmək istəyən qız, onun bağışlanmasını təmin edərmiş. Katoliklərdə evlənmə dini nikahdır,ancaq bu nigahdan sonra evlilik həqiqi sayılır.

 

Bolqar Dağı ətrafındakı xalqlarda nişanlanacaq kişi, qız evinə gəldiyində qızın qardaşları tərəfindən evlilik firavanlıq içində və uğurlu olsun deyə yaxşıca döyülərmiş. İki bacının iki qardaşla evlənməsinin hər vaxt şanssızlıq gətirdiyi düşünülüldü. Bunun səbəbi ortada yalnız tək bərəkət olduğu və buna iki cütlüyün birdən sahib ola bilməyəcəyinə dair inancdır. Gəlinin ya da kürəkənin öz ad günündə evlənməsinin də şanssızlıq gətirəcəyinə inanan xalqlar var. Toya çağırılan qonaqların cəmi cüt ədəddə olması evliliyə şans gətirirmiş, ümumiyyətlə şanslı rəqəmlərin tək rəqəm olduğu bilinsə də. Cümə günlərinin eşq həyatı üçün yaxşı olduğu aşkar edilmişdi və bir zamanlar şərqlilər üçün də xüsusilə bu gün seçilərdi. Ayrıca toy üçün seçilən günün yağışlı olmaması da seçim səbəbi idi, günəşli bir günün bu ailə hayatının xoşbəxtliyini işıqlandıracağı düşünülərdi. Keçmişdə bir ölkələrdə May ayları evlilik üçün təhlükəli görülərdi, hər nə qədər günlər istənildiyi kimi günəşli və yazın xəbərçisi olsa da köhnə Romalılar arasında yaşlılar üçün müqəddəs sayılardı və buna görə gənc sevgililər tərəfindən toy günü olaraq seçilməyə çekinilirdi. Nikah üzüklərinin kürəkənlər tərəfindən alınması məşhur bir vərdişdir. Bu gün biz bu hərəkətə bir çox romantik mənalar versək də keçmiş vaxtlarda gəlinlərin taxdıqları qızılların onun ərinə aid olduğuna dair simvollardan başqa bir şey deyildi. Maraqlı olan bir başqa inanc isə -son illərə kimi qadınların bütün bədənlərini tüklərdən təmizlənməsi həyatlarında ilk dəfə yalnız toydan əvvəlki səhər olardı.

Yaponiyada gəlinin ayrılığından bir neçə gün sonra yalnız otağı deyil, şansı da çölə süpürülürmüş. Yenə Yaponiyada nə gəlin nə kürəkən evliliyin qısa sürməsini istəmədiyi müddətcə bənövşəyi geyinmir. Bənövşəyi şərqdə tez solan bir rəng sayılardı. Bəzi bölgələrdə isə gəlinlərin kilsə yolunda parçalayıb sağa sola saçacağı çörək daşımaları ənənədir. Bu parçalara insanların toxunması qadağandır amma əgər quşlar tərəfindən yeyilərsə bunun gələcək üçün ona xoşbəxtlik vəd etdiyinə inanılar.

Braziliya, Meksika, Kolombiya və daha bir çox yerdə kürəkənin gəlini toydan əvvəl görməsinin gəlinə pis şans gətirəcəyinə hələ də inanılır. Türkiyədə isə gəlin ayaqqabısının altına yazılan adlardan hansı silinsə onun qısa bir zaman içində evlənəcəyinə inanılır.

Meksikada gəlin toy günündə mirvari taxsa, evliliyi boyunca ağlayacağına inanılar çünki mirvarilər gözyaşlarını təmsil edir.

Redaktə etdi: PURE LOVE

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri