Boşandıqdan nə qədər sonra yeni münasibətə başlaya bilərsiniz?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 171
Səs ver:
(səs: 0)

 Boşanan insanların başında bu sual həmişə dönər dayanar: "Yenidən bir əlaqəyə başlamaq üçün ən yaxşı zaman nədir? Hazır olduğumuzu nə vaxt hiss edərik?" Bunun üçün bir zaman cədvəli çıxarmaq mümkün deyil. Hər kəsin fərdi təcrübəsinə görə dəyişəcək bir müddətdən bəhs edirik. Aşağıdakı suallar, sizin yenidən bir əlaqəyə başlamaq üçün ən uyğun zamanı təyin etmənizə köməkçi ola bilər.

Evliliyiniz nə qədər sürdü?
Evliliyinizin uzunluğu, yeni bir əlaqəyə özünüzü hazırlama müddətiniz baxımından əhəmiyyət daşımaqdadır. Evliliyiniz qanunən  sonlanmadan çox əvvəl də hərəkəti olaraq bitmiş ola bilər. Otaqlarınızı ayırmış ya da fiziki olaraq aylardır təmas etməmisiniz ki bu birinizin evdən ayrılmasına belə səbəb olmuş ola bilər. Evlilik və əlaqənizi sonlandırma müddətinin öhdəsindən gəlib gələ bilmədiyinizdən əmin olmalısınız. Əgər hələ bu dövrə dair sovuşdura bilmədiyiniz çətinlikləriniz davam edirsə, hazır deyilsiniz.
Uşaqlarınız varmı? 
Zamanınızı uşaqlarınızla işiniz və yeni bir əlaqə arasında balanslı bir şəkildə paylamaq asan iş deyil. Uşaqlarını tək böyütmək hər vaxt stresslidir və uşaqlı bir həyat hər vaxt isti qucaqlaşmalar və mis qoxulu öpüşlərdən ibarət deyil. Görüşmək üçün təqvim təyin etmək və baxıcı nizamlamaq çətindir. Bununla birlikdə uşaqlar da yeni bir ailə fiquru üçün hazır olmağa bilərlər. Bu onların həyatını və dolayısilə sizin həyatınızı daha da çətinləşdirəcək. Zaman verməkdə fayda var.
Ayrılığınızın təməl səbəbi nə idi?
Ayrılmanın təbiəti və hiss edilənlərin şiddəti, yeni bir görüşməni təsir edəcək əhəmiyyətli dinamiklərdir. Bir xəyanətdən qaynaqlanan qızğın bir ayrılıqla, iqtisadi baxımdan uyğunlaşa bilməyən cütlərin barışçıl ayrılığı arasında böyük bir fərq vardır. Əgər boşanma böyük bir hirsliliyin ardından gəldisə, bu hisslərinizlə başa çıxmaq üçün özünüzə zaman tanıyın. Əgər bunu etməsəniz yeni əlaqənizdə, özünüzü istəksizcə davamlı köhnə yoldaşınıza qarşı hiss etdiyiniz hirsdən bəhs edərkən tapacaqsınız. Bu görüşmələrinizi iki tərəf baxımından da çətin bir hala gətirəcək.
Evlənmədən əvvəl yaşadığınız əlaqə təcrübələriniz necə idi?
55 yaş və ətrafındakı bir çox insanın evlilik əvvəli sevgililik təcrübəsi çox olmur. Əgər evlənmədən əvvəlki son əlaqə təcrübəniz məktəbdən bir yoldaşınızla pastanede görüşməksə, özünüzü bu müddətdə sudan çıxmış balıq kimi hiss edə bilərsiniz. Nə istədiyinizi və ehtiraslarınızı kəşf etmək üçün özünüzə daha çox zaman tanımanızda fayda var.
Boşanma qərarınız ortaq idimi?
Cütlərin ortaq qərar ilə reallaşan boşanması ilə tək tərəfin istəyi üzərinə reallaşan boşanma arasında böyük fərq vardır. Əgər istəmədən ayrıldınızsa, bir şeyləri "düzəltmək" üçün səhvli bir şəkildə köhnə yoldaşınızı qısqandırma istədiyinizdən ya da ona çox bənzədiyini düşündüyünüz üçün yeni bir əlaqəyə başlamış ola bilərsiniz. Bir əlaqəyə başlamadan əvvəl özünüzə mütləq zaman tanıyın və bitən evliliyinizin öhdəsindən gəldiyinizə əmin olun.
Tərcümə və Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri