Evlilikdə kişinin hansı vəzifələri var?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2947
Paylaş:
Səs ver:
(səs: 1)


Hər bir qız sevdiyi insanla ailə həyatı qurmaq istəyir. Sevdiyi insanla evlənən qızlar özünü dünyanın ən xoşbəxt qadını hiss edir. Lakin evlilik daha ciddi və məsuliyyətli bir işdir. Xarekterlərə və başqa bir ailəyə alışmaq asan olmur. Yəni, sevdiyin insanla ailə qurmağın gözəl tərəfi olduğu kimi, çətin tərəfləri də var.

Evliliyi normal və mehriban şəkildə davam etdirmək üçün hər iki tərəfin etməli olduğu vəzifələr var. aşağıda yazılam maddələr evliyi normal şəkildə davam etdirməyə kömək edə bilər. Bu maddələri evlənməzdən əvvəl həyat yoldaşınızla birlikdə oxuyun.

Kişilər
1. Həyat yoldaşınızı dinləyin. Hansısa proqramı izləyərək həyat yoldaşını dinləmək və söhbət etmək sayılmır. Söhbət zamanı fikriniz ancaq qarşı tərəfdə olmalı və gözlərinin içinə baxaraq dinləməlisiniz. Belə etsəniz, qadın dır-dırından heç vaxt şikayət etmək məcburiyyətində qalmacaqsınız və eyni sözləri dəfələrə eşitməyəcəksiniz.
2.
Həyat yoldaşınızla danşın və sıx ünsiyyətdə olun. Bir-biriniz haqqında hansı məlumatlara sahib olduğunuzu öyrənin. Təxminlər və  uydurmalar əvəzinə, öyrənmək istədiklərinizi və həqiqəti soruşun. Şübhələr və suallarla yaşamağa son verin.
3. Bütün insanlar fərqlənir. Buna görə də həyat yoldaşınızdan eyni ilə ananız kimi dadlı yemək bişirməyi və əvvəlki sevgiliniz kimi sosial olmasını gözləməyin. Həyat yoldaşınızı davamlı olaraq başqası ilə müqayisə etməyin. Kişilər kimi qadınlar da müqayisə edilməkdən heç xoşlanmır.
4.
İşdən evə gedərkən telefonda və interdə az oturun. Davamlı olaraq internetdə olan kişi ilə yaşamaq bir qadın üçün dözülməzdir.
5. Qadınların güllərdən, hədiyyə almaqdan və romantik axşam yeməyindən xoşlandığını hər kəs bilir. Qadın üçün hədiyyənin heç bir önəmi yoxdur. Qadınlar sadəcə diqqət gözləyir. Hədiyyələr və güllər isə diqqəti əks etdirir. Kiçik bir hədiyyə ilə də olsa, hərdən həyat yoldaşınızı sevindirin.
6. Evi kişi idarə edir. Lakin bunu diktatorluq səviyyəsində etmək lazım deyil. Kişi və qadının evdə hərəsinin ayrı-ayrı vəzifələri var. Yəni, hər biri öz vəzifəsində lider ola bilər.
7. Qadınlar üçün cinsi münasibətlərdə səmimilik və yaxınlıq vacib məsələdir. Qadına əmir vermək yerinə, istəklərinizi xahiş şəklində bildirin. Qadına əmir versəniz, o sizə heç vaxt istədiyiniz kimi yaxın olmayacaq.
8. Yaxşı evlilik üçün həm qadınlar, həm kişilər dostları ilə istədikləri vaxt zaman keçirməlidir. Yəni, dostlarla görüşməyə qadağa qoyulmamalıdır.
9. Uşaqlar olduqdan sonra bütün vaxtınızı uşaqların tərbiyəsinə sərf etmək düzgün deyil. Cütlüklər bir-biri ilə yaxşı vaxt keçirmək üçün əyləncəyə və.s şeylərə zaman ayırmalıdır.

Redakte etdi: PRETTY_GIRL

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2947
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv