Erkən Yaşda Evlilik!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 266
Səs ver:
(səs: 2)

Çox erkən yaşda və hazır olmadan edilən evliliklər, əksəriyyətlə xəyal qırıqlığıyla sonlanır.
Gənc yaşın atəşi və bənövşəyi dünyası, insanı asanlıqla yanıldar. Erkən yaşda başlayan eşqbazlıq dövründə, eşq ürəyin qapısından sürətli girdiyi üçün gerçəkləri görməkdə çox müvəffəqiyyətli deyilik.
Evlilik üçün ruhən və ağıl olaraq bir az yetişkinləşmək lazımdır. Erkən yaşda edilən evliliklər, sonradan peşmanlıq dolu bir həyat təcrübəsinə dönə bilər.
Hər iki tərəfində çox gənc olduğu dövrdə, sevginin cadusuna qapılmağa uyğun olduğumuzdan, evlilik kimi bilinməyən bir dünyaya xəyalpərəst bir yanaşma içinə girərik. Xüsusilə yetkinlik dövrünü hələ tamamlayan gənclər, bir də ailə ilə qarşıdurma içindədirsə, evliliyi bir azadlıq və qaçış kimi görər.
Ata evində yaşaya bilmədiklərini, sevdiyi insanla yaşayacağını düşünən xeyli çox gənc qız, erkən yaşda edilən evliliyin çətinliyini bir ömür boyu sürməkdədir.
Gənclik, dadına çataraq yaşanması lazım olan bir müddət. Aşiq olun, yaşayın, sevin, eşqbazlıq edin. Vaxtı gəlincə necəsə evlənəcəksiniz, bunun üçün tələsik etməyin.
Dünyanı, həyatı, həyatı tanımadan bu qədər böyük bir qərar almaq və məsuliyyət altına girmək, sonradan böyük peşmanlıqlar duymanıza səbəb olacaq.
Səhər birlikdə oyanmaq, öz evində azadca yaşamaq və daha xeyli çox şey sizə xoş gələ bilər. Halbuki evlilik bir təşkilatdır və təşkilatı ayaqda tutmaq üçün, həyatın yükünü ciddi olaraq çiyinlərinizə almanıq lazımdır.
Sevginiz, eşqiniz çox böyük ola bilər ancaq həyat şərtləri gün gəlir sevginizi də parçalar. Gənc yaşda belə bir macəraya atılmadan əvvəl uzun uzun düşünməli və çox yaxşı qərar verməlisiniz. Sevginin gözü kordur deyərlər, əslində deyil. O gözlər yalnız başqa tərəfə baxmağı bilmədiyi üçün kor kimidir.
Tərcümə etdi:ShoKKi_MoKKi

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri