Yaxşı Başlayıb, Pis Bitən Əlaqələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 165
Səs ver:
(səs: 3)
Keçmişdən gələn romantik yükləriniz, zamanla əlaqənizə zərər verməyə başlayır. Həll edə bilmədiyiniz romantik problemləriniz, bəlkə kiçikkən ailənizdə yaşadıqlarınız ya da köhnə sevgilinizlə əlaqədar sual işarələriniz, sanki hər əlaqənizdə eyni şeylər yaşanacaqmış kimi hiss etmənizə və davranmanıza gətirib çıxarır. Bunları mütləq həll etməlisiniz.
Sevilmək ya da vəziyyətdən xilas olmaq üçün yalan danışmaq, bir əlaqənin davam edə bilməsi üçün ən lazımlı şey olan güvən duyğusunu ortadan qaldırar və qarşınızdakı sizin ağıl və ruh sağlamlığınızdan şübhə etməyə başlar ki bu da heç yaxşı bir vəziyyət deyil.
Əlaqənin ən başlarında hər şey çox gözəl idi, çünki yoldaşınız sizi təsir etməyə çalışırdı. İndi geriyə nə hazırlanan o romantik yeməklər qaldı nə də əyləncəli gecələr üçün planlar. Məsuliyyətin paylaşılmadığı, tək tərəfin əlaqənin davam edə bilməsi üçün səy göstərdiyi əlaqələr çox təəssüf ki bitməyə məhkumdur.
Bir-birinizi necə gəldi hər mövzuda, zaman, məkan ya da ətrafınızda insan olub olmadığı fərq etmədən, mərhəmətsizcə tənqid etməyə başlamanız, əlaqəni bitirmək üçün tək başına kafi bir səbəb.
Həyatdan gözləmələri, xəyalları, ümidləri və hədəfləri fərqli olan insanlar, əlaqəyə çox gözəl başlamış belə olsalar əlaqənin getməsi çox çətindir. Necə ayla günəş bir araya gələ bilməzlərsə, bu iki insanın da əlaqəni icra etmə ehtimalı o qədərdir.

Tərcümə etdi:PRETTY_GİRL
 
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri