Boşanmış kişi ilə yaşamaq

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 960
Səs ver:
(səs: 2)
Daha əvvəl evlilik etmiş və həyatında keçmişin izlərini daşıyan kişilərə aşiq olduğunuzda, onlarla bir əlaqəni icra etməkdə çətinlik çəkə bilərsiniz. Sizin bir neçə eşqbazlığınız, onun isə, başa çıxmanız gərək yüklü bir keçmişi vardır.

Ancaq sevgilinizin keçmişini öz üstünüzə almağa çalışaraq və ya özünüzü o keçmişlə müqayisə edərək müvəffəqiyyət təmin edə biləcəyinizi düşünürsünüzsə, çox yanılırsınız. Bu sizi yaralar, əlaqənizi pozar ancaq sizə heç bir fayda verməz. Əvvəlcə bu boş döyüşü buraxın. Bir qarabasmayla döyüşür kimi olarsınız. Onun keçmişi onu maraqlandırar, siz onunla olduğunuz ana və gələcəyə baxın.

Bir çox insan deyər həyatımı yazsam roman olar deyə, siz öz romanınızın yazıçısısınız. Köhnə bir əlaqəni yazmaq, maraqlanmaq, araşdırmaq və müqayisə etməyə qalxmaq, sizin olmayan bir hekayəni yarım yamalak köçürmək kimidir. Öz romanınızın qəhrəmanı olun, başqalarının yazıçısı deyil.

Uşaqları olan biri, əgər uşaqlarına vaxt ayırmır, onlara sahib çıxmırsa,sizə də bir gün eynisini edəcək. Öz canından qopan övladlarını darıxmayan və əhəmiyyətsiz hesab edən birinin, sizi də əhəmiyyətsiz hesab edəcəyini bilin. Əlbəttə bəzi zorakı şərtlər vardır ancaq bir ata və ya ana, övladlarını darıxdığı və istədiyi dərəcədə vicdan və sevgi sahibidir. Birini sevərkən bu detalı atlamayın.

Əgər uşaqlarıyla tək görüşmək istəyirsə buna anlayış edin. Ancaq əlaqəniz artıq ciddi bir ölçüyə gəlmiş və siz bir həyatı paylaşırsınızsa, uşaqlarıyla tanış olmanın və birlikdə zaman keçirmənin bir yolunu da axtars bilərsiniz.

Keçmiş yoldaşla görüşmənin bir ədəbi olduğunu unutmayın. Nə qədər yaxşı ayrılmış olsalar olsunlar, bunu bir zaman və təqvim nizamına görə etmələrini istəyə bilərsiniz. Yoxsa bir baxmısınız, həftə sonları artıq sizin deyil! Doğru bir zamanlama nizamı istəyin.

Gərəksiz qısqanclıqlar etməyin. Orada yaşanmış bir həyat var və hələ məsul olduğu insanlar varsa, buna hörmət edin. Bu əlaqənin ən asan parçalanacağı yerin bura olduğunu unutmayın. Ona güvənin və bunu hər fürsətdə yeniləyin.

Mövzu davamlı köhnə yoldaşa və ya əlaqələrə gəlirsə, o əlaqədə ən yaxşı tapdığı xüsusiyyətləri sıralamasını istəyin. Cavabları dəqiq olaraq gözləyin. Yaxşı və pis qisimlərin altını dəqiq şəkildə çəkə bilmişsə, artıq o əlaqəni başından atdığını düşünə bilərsiniz.

Ancaq siz onun psixoloqu deyilsiniz. Köhnə problemləri davamlı dinləməyə və köhnə vərdişlərinə uyğunlaşmağa çalışmayın. Yalnız bir həyatı və ya əlaqəni paylaşırsınız. Buna uyğun davranın və birlikdə yeni bir nizam qurmaq istədiyinizi açıqlayın.

Bəzi əlaqələr bitməmişdir amma bitmiş kimi dayanar. Əgər fürsətdə nəfəsi köhnə sevgilisinin və ya yoldaşının yanında alan bir adamla birlikdəsinizsə, çox zaman itirmədən öz yolunuza dönün. Bir-birlərinin bu şəkildə bəsləyən və manipüle edilərək ömür boyu əlaqəni davam etdirən bir çox cütlük var. Sizin üçün doğru adam olmadığını anlayın və özünüzə uyğun insanı axtarmaq üzrə səfərinizə davam edin.

Tərcümə etdi:Aytən Mələk

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri