Vaxtilə özlərindən də tələb edildiyi üçün son dərəcə haqlı olan qadınlar qrupudur...
Sadəcə bizim kimi üç sinif geridə qalmış müsəlman ölkələrində görülən, axmaq adət. Gerçək bu ki, İslama zidd olan bir adət...
Yaşadığımız ölkədə də bunu baş tacı edən insanlar mövcuddur. Bu onlar üçün əxlaqın, namusun simvoludur, qürurdur bir növü...
Beyinləri
inkişafdan qalmış Azərbaycan xalqının məntiqsiz düşüncəsidir.
Axmaqlıqdır, namus anlayışının ruh ilə eyniləşmiş bir fakt olduğunu,
görəcəkləri 2 damla ilə qarşısındakını namuslu olduğunu və ya düzgün
saymağın axmaqlıq olduğunu qavraya bilməmiş cəmiyyət üçün namus
simvoludur.
Qəbul edilə bilməyəcək bir dərəcədə geridə qalmışlıqdır.
Geri qalmış cəmiyyətə xas olan ənənə...
Bəli,
evlənilən qızın ilk dəfə evləndiyi insana aid olduğunu bildirər, lakin
bunu hər kəsə elan etmək, hər kəs bir kənara, bir- iki təyin olunmuş
adama göstərmənin məntiqi nədir?!
Cütlüklərdən biri qız olduğu üçün,
qürurlandırılma axmaqlığının adı altında əşyalaşdırılaraq,
alçaldılarkən, digəri də ona ilk sahib olan kişi olduğunu elan edərək,
qürurlandırılma adı altında şəxsiyyətsiz yerinə qoyulur. İki insana
edilə biləcək ən böyük hörmətsizlik...
O gecə qapıda gözləməzsə əgər daha sonra, beyinlərdə şübhə qalar, bu da bizim millətin ən dəyişməz, sabit düşüncəsidir.
Ər
ilə arvad arasına girməyi, millətin məhrəmi ilə yaxından əlaqədar
olmağı, cinsəlliyinə qarışmağı özlərinə borc bilən yengə statusu almış
qadın.
Bunu normal sayan dar düşüncəli gənclər də az deyil əlbəttə.
Vacib olan iki insanın bir-birini dərk etməsi deyilmi?
Heç bir məntiqə sığışmayan bu adətə sizin münasibətiniz necədir?