30cu illərdə qadınlar həyat yoldaşlarına necə davranardı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 149
Səs ver:
(səs: 0)
1930cu illər… İqtisadi böhranın dünyanı sarsıtdığı 1929 cu ilin sonrası…
Qadınlar artıq daha şüurlu və daha ictimai olmaq üçün mübarizələr aparırdı. Qadın- kişi bərabərliyi mövzusunda seminarlar təşkil edilir və qadın cəmiyyətlərinin sayı artırdı. Bunlardan bir dənəsi də Amerikanın Kaliforniya əyalətində qurulan "Confederation of Women's Society" adlı cəmiyyətdir. Bu cəmiyyət qadınlar haqqında nəşr etdiyi bültenlərlə diqqət çəkir. 1930-cu ildə bu cəmiyyətin başçısı Madam Jacksonbütün qadınlar üçün bir bəyannamənəşr edir və əgər qadınlar bu 10 qaydanı tətbiq etsə xoşbəxt olacağını açıqlayır. Bu məlumat bütün dünyada da diqqəti cəlb edir. Məlumatın başlığı isə "Xoşbəxt Olmanın 10 Şərti". O zamanlar internet yox idi! Yalnız qəzetlərdə nəşr oluna bilirdi.
1- Ərinizə, tanışı qadınları günahlandıracaq sözlər deməyin. Söylədikləri haqqında şübhə duyacaqları sözlərə yol verməyin. Hər qadının seviləcək bir tərəfi vardır. Bu səbəblə əriniz sizdə qüsur deyil gözəllik görər. Ən yaxşısı tanış olduğunuz qadınların gözəlliyinə və çirkinliyinə ərinizin diqqətini çəkməməkdir.
2- Əriniz evdəykən, evdə edəcəyiniz işlər üçün ərinizi narahat etməyin.
3- Daimə gülərüzlü və şən olun.
4- Ərinizə olduqca ağıllı, qüvvətli və cəsur olduğunu hər fürsətdə bildirin.
5- Ərinizi sevin və daim sevginizi nümayiş etdirin,lakin bezdirici olmayın.
6- Ərinizin hər ay sizə verdiyi pulu qənaətlə istifadə edin. Sağa sola xərcləməyin .
7- Evin ehtiyaclarını qarşılayarkən bunu yerinə həmin pulları özünüzə paltar almaq yerinə xərcləməyin
8- Hər mövzu haqqında ərinizin fikirini alın.
9- Ərinizlə həftədə 2 gecə çölə çıxın. Digər gecələrdə ərinizin evdə rahatlamasına diqqət yetirin.
10- Qayınananızın və ananızın xüsusilə bazar günləri evinizə gəlməsi üçün  şərait yaradın. Çünki, iki ana da ərinizlə aranızı açmağa meyllidir.

1930cu  illərdə qadını xoşbəxt edəcək 10 qızıl düstur bu idi. İndiyə görə bəzi maddələr bu gün üçün hələ də etibarlı kimi görünür.
Bu bəyannamə ilə günümüzün qızıl düsturlarını müqayisə etmək artıq sizə qalıb.
Tərcümə Etdi:NİGAR_CAVAD
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri