Evlilik bir sənətdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 552
Səs ver:
(səs: 6)
Evliliyi davam etdirə bimək hər insanın bacara biləcəyi bir iş deyil.Evlilik bir sənətdir. Evli qalmaq üçün həm qadının həm də kişinin etməsi lazım olan işlər vardır ,amma bu işlərin ən başında hörmət gəlir.

Həyat yoldaşları bağlılıqlarını pozmadan, bu qədər ili birlikdə qala bilmişdirsə, biz bunu təqdir edir və "xoşbəxtlik" qəbul edirik. Görəsən bu hər vaxt belədir?İlk illərdə problemlər görməməzlikdən gəlinər. Çünki uşaqlarımız ya yeni doğulur ya kiçikdirlər və biz çox həyat dolu oluruq. Bir-birimizə dözümlülüyümüz bol olur. Problemlərimiz varsa da lazım olduğu qədər üstündə dayanmaz, arxa plana atarıq. Həyat irəliləyərkən problemlər də irəliləyər, çoxalar, ancaq indi də yetkinlik dövrünə gəlmiş uşaqlarımız yenə ön planda olar. Problemlərimizi nəzərdə keçirərik, ancaq lazım olduğu qədər üzərində dayanmarıq. Bu vaxt maddi cəhətdən çətinliklərimiz də olsa belə, lazımlı tədbirlər görə bilmərik. İşdəki problemlərimiz, məşğuliyyət sahələrimizin həyatımızın bütününü zəbt edər.

Orta yaş problemləri daha ön plana çıxmağa başlayar: bədənimiz sallanmağa,üzümüz qırışmağa, saçlarımız ağlaşmağa başlayar. Görmə pozuqluqları, yaxın eynək, oramızın-buramızın ağrıları deyərkən bir də baxarıq ki uşaqlar böyüyüb və bir vaxtlar dolu olan ev boşalıb. Amerikalıların "emty nest" dedikləri, yəni, boş ev sindromu bizə də sarılmağa başlar. Əvvəlki qədər bizə möhtac olmayan ev nümayəndələri özümüzü tapmamıza və ya daha pisi özümüzü dinləməmizə bol zaman buraxar. Əgər sağ duyğumuzu istifadə etsək və ya daha az problemli bir 20 il geçirmişiksə, bu zaman həyatımızı illərdir edə bilmədiyimiz hobbilərimizə ayırar, özümüzü kəşf etməyə və inkişaf etdirməyə çalışarıq. Həyat yoldaşımıza daha çox yönələr, romantikamızıi yaşayar, bəlkə də təkrar kiçik eşqbazlıqlara başlayar, səyahətlər edərik. Amma ya  bədbəxtiydiksə və indi tək qalınca özümüzü dinləməyə başlamışıqsa? Psixosomatik narahatlıqlar (yəni xəstəlik xəstəsi olmaq) başlamışdırsa:Getdikcə kökəlir, hər şeyi özümüzə dərd edir, özümüzü bədbəxt hiss edərsək? Bu vaxt,yoldaşımıza qarşı davranışlarımız dəyişməyə başlar.Həyat yoldaşları adi səbəblər görə dalaşmağa və bir-birlərini günahlandırmağa başlarlar.
/Mənbə:Qadınlar.biz/
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri