Cütlüklər yataq otağını niyə ayırırlar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 837
Səs ver:
(səs: 1)
Cütlüklərdən birinin xoruldaması yataq otağında münahisələrə səbəb olur. Cütlüklərin 41 faizi yataq otağında xoruldamağa görə mübahisə edir. 3/1 isə bu səbəbdən yataq otağını ayırır. Gecə yatarkən sevgililərin xoşbəxtliyini pozan əsəs məsələ kişilərin xorultu səsləridir. Bir-biri ilə mübahisə edən cütlükklər nəticədə yataq otağını ayırır. 

Bu problem sadəcə gecə xorultusu ilə bitmir.  Türkiyə mətbuatına istinadən xəbər veri ki, bəzi cütlüklər xorultu səsinə görə, hətta boşanma qərarı verir. Araşdırma göstərir ki, cütlüklərin 28 faizi yataq otqağını mütəmadi olaraq ayırır. 


Araşdırma 1134 xorlayan adam və onların həyat yoldaşları arasında aparılıb.  Araşdırma İngiltərədə xoruldamaqla mübarizə həftəsi ərzində bir dərman markası tərəfindən aparılıb. İştirakçıların yarısından çoxu bunun hər hansı bir problem çıxarmadığını deyib. Qadınların 3/1, kişilərin 40 faizi mütəmadi olaraq xoruldayır. Amma iştirakçıların təxminən yarısı hərdən xoruldadığını qəbul edib. Edinburg Yuxu Mərkəzindən professor Chris İdzikowski bildirb ki, xoruldamaq yuxu keyfiyyətinə çox təsir edir, həmçinin sağlamlıq problemlərinə yol açır. Cütlüklər həkimə getməli və buna çarə tapmalıdır. Mütəxəssislər, bu halın arteriya qalınlaşmasına yol aça biləcəyini, onun da beyin qanaması, iflic və infarktla nəticələndiyini ifadə edib. 

Mütəxəssislər onu da qeyd edir ki, yataq otağını ayırmaq cütülklərin cinsi münasibətlərini də təsir edir və korlanmağa başlayır.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri