Övlad sahibi olmaq üçün 5 səbəb

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 617
Səs ver:
(səs: 0)
Evli cütlüklər üçün uşaq sahibi olmağı istəməkdən daha təbii nə ola bilər. Uşaq evin sevinci, xoşbəxtlik qaynağı, həyatın mənası deməkdir. Ancaq uşaq sahibi olmaq qərarı yüngülə alınacaq bir mövzu deyil, maddi mənəvi bütün şərtlərin meydana gəlməsi lazımdır, yəni tələsik edib səhv səbəblərlə bu qərar alınmamalıdır. Yaxşı nədir bu səhv səbəblər?

Yeni bir həyəcan axtarışı

Nişan, toy həyacanları sona çatdı, evləndiniz, həyatınız xoşbəxt gedir. İndi həyatınızı yeni bir böyük proyekt ilə doldurmaq üçün böyük bir istək yarada bilərsiniz. Can çətinliyinizi aradan qaldırmaq üçün ağılınıza dərhal dünaya körpə gətirməyi düşünməyn, özünüzə başqa məşğuliyyətlər tapın.

Doğuş  narahatlığı

Bədənimizi nə qədər yaxşı tanısaq da, sınayana qədər hamilə qalma qabiliyyətimiz haqqında bir fikirimiz olmaz. Bu sizi narahat etməsin və hər şeyi təbii axışına buraxın. Bəzi cütlüklər körpə üçün bir müddət gözləmək vəziyyətində qalarkən, bəziləri daha ilk sınaqda bu şansı tutar. Siz də ən hazır olduğunuzu düşündüyünüz zaman müddəti başlada bilərsiniz.

Hər kəsin uşağı var

Ətrafınızdakı digər cütlüklər ana - ata olduqlarında sizin də bundan təsirlənməniz təbiidir, hələ dünya şirini körpələri gördüyünüz zaman. Yenə də siz yoldaşınızla baş - başa verin və siz ikiniz həqiqətən indi körpə sahibi olmağı istəyirsinizmi, həyatınız üçün bu böyük dəyişikliyə hazırsınızmı qərar verin.

Problemləri həll etmə vasitəsi

Evlilik bəzən çətin ola bilər və bu kimi vəziyyətlərdə gələcək bir körpənin həyatı pəri nağılına çevirəcəyi sanılar. Belə bir səhvə yol verməyin, körpə evlilikdəki boşluğu dolduracaq ya da əlaqədəki yaraları bağlayacaq dərman kimi görməyin. Əvvəl əlaqənizi yoluna qoyun, sonra sağlam bir mühit meydana gəlincə uşaq sahibi olun.

Böyüklərin təzyiqi

Ana - atalar, məktəbi bitirib iş güc sahibi olduğunuzda, əvvəl bir yuva qurana qədərtəzyiq edər, bir dəfə evləndinizmi də hər fürsətdə nəvə istədiklərini pıçıldayıb dayanarlar. Yenə xatırladaq, onları da qırmayın amma başqaları istəyir deyə tələsik etməyin, özünüz hazır olduğunuzda uşaq edəcəyinizi yaxınlarınıza izah edin.

/Mənbə:Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri