Evlənməmiş ediləsi 20 şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 012
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1315724182-656.jpg

1. Ailə evindən ayrılıb bir müddət ayrı evdə yaşamaq. Bu, sizə özünüzün nələr edə biləcəyinizi göstərəcək. Pulda israfçılıq etməmək, yemək bişirmək, evdə səliqə yaratmaq. Bir sözlə, hər şey sizin ixtiyarınızda...
2. Evinizdə bir müddət ev heyvanı saxlayın. Evdə başqa canlının da yaşadığına öyrəşəcəksiniz. Həmçinin mütəmadi hansısa canlıya qulluq etmək, qayğısına qalmaq sizə fərqli hisslər yaşadacaq.
3. Yaşca özünüzdən balaca insanla münasibət yaşamaq.

4. Yaşca özünüzdən çox böyük biri ilə münasibət yaşamaq.

5. Ən yaxın dostlarınla çılğın bir tətilə getmək.

6. Ən azı bir dəfə "böyük eşq" yaşamaq.

7. Bir çiçəyi dibçəkdə ən az bir il saxlamağı bacarmaq.

8. Ananızın yeməklərinin tayı-bərabəri olmadığı fikrini başınızdan çıxarmaq.

9. "Bu tip insanla heç vaxt sevgili olmaram" dediyiniz insanlarla münasibət yaşamaq.

10. Özünüzün və qarşınızdakının əsəbini cilovlamağı öyrənin.

11. İçki gənclərin dostudur, amma boşboğazlıq haqda bunu demək olmur. İçib boşboğazlıq etməməyi, çənənizə hakim olmağı öyrənin.

12. Evlənmək istədiyiniz insanla iki həftə tətilə çıxmaq.

13. Köhnə sevgililərinizlə olan problemlərdən dərs çıxarmaq.

14. Səhər yuxudan oyananda ağlınıza gələn ilk çılğın şeyi bütün gün boyunca etmək. Məsələn, təyyarəyə və ya qatara oturub harasa getmək.

15. Sevgilinizlə bir evi bölüşmək. Bu, onu daha yaxşı tanımağınıza imkan verəcək.

16. Bir gecəlik münasibət yaşamaq.

17. Həftəsonu evdə alt paltarında gəzmək. Bu, sizə evdə tək və azad olduğunuzu hiss etdirəcək.

18. Saatlarla, hətta günlərlə "Play station" və ya hər hansı bir oyunu oynamaq.

19. Ən azı bir dəfə çıxıb getmək. Heç kimə xəbər vermədən yoxa çıxmaq.

20. Xarici vətəndaşla sevgili olmaq. Bu, sizə həm onun dilini, mədəniyyətini öyrənməyə həvəsləndirəcək, həm də aranızdakı fərqləri görməyə kömək edəcək.

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri