Evlilik nədir sizcə?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 589
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1316239563-656.jpg

Evlilik nədir???Bəli düşünün...zann edirəm ki,çox az adam düşünmüşdür mənasını daha əvvəldən,daha doğrusu düşünmək ağıllara gəlməmişdir. Kağız üzərində, rəsmi olaraq ər-arvad olmaqmı? Yoxsa iki ürəyin eyni duyğuları paylaşıb, güclü bir bağ ilə bir-birinə bağlanmasımı? Çox çox fərqli şərh var bu mövzuda. Amma ən çox marağəmə çəkən bir şərhi, sizlərlə paylaşmaq istədim:
Siz birlikdə olmaq üçün doğulmusunuz. Öüm mələyinin ağ qanadları sizi ayırana qədər ayrılmayacaqsınız. Amma əlaqənizdə məsafələr buraxın; buraxın ki, cənnətin küləkləri aranızda rəqs edə bilsin...Bir-birinizi sevin amma, eşq məhbusluğu istəməyin...
Buraxın, eşq, ruhunuzun sahillərinə vuran dalğalar kimi olsun...
Bir-birinizin stəkanını doldurun amma eyni stəkandan içməyin; çörəyinizdən verin bir-birinizə amma eyni yerdən dişləməyin...
Birlikdə mahnı söyləyin; lakin bir-birinizi tək buraxmağı da bilin. Sazın telləri də təkdir və eyni melodiyanı səsləndirər...

Bir-birinizə ürəyinizi verin amma qarşılıqlı kilidləyib saxlamaq üçün deyil!
Yalnız həyatın əli o ürəyi saxlayar!
Birlikdə durun, amma yapışmayın; məbədlərin sütunları da bitişik deyil!...
Və palıd ilə çinar bir-birlərinin kölgəsində böyüyə bilməzlər...
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri