Ailəni dağıtma! Bu da sənə 7 səbəb!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 470
Səs ver:
(səs: 2)

 

http://imgs.su/tmp/1316505370-656.jpg

 

2011-ci ilin 6 ayı ərzində Azərbaycanda 5335 nikahın pozulması halı qeydə alınıb.

Bu isə o deməkdir ki, hər ay Azərbaycanda 900, hər gün 30 ailə dağılır.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayında da artım qeydə alınıb. Ötən ilin 6 ayında 4276 boşanma faktı qeydə alınmışdı.


Ümumiyyətlə son illər boşanma hallarında hər dəfə artım qeydə alınır. Ciddi problemdir.


ABŞ-ın "Huffington Post" qəzetinin mütəxəssisləri dünya üzrə boşanma hallarını araşdıraraq, boşanmadan qaçmağın düsturunu tapmağa səy ediblər.


Mütəxəssislər boşananların təcrübəsini öyrənərək, evliliyi davam etdirməyin 7 qızıl qaydasını hazırlayıblar.


Necə deyərlər, başına gələn başmaqçı olar. Boşanma qərarı verməzdən əvvəl 100 ölçüb, bir biçmək və təqdim etdiyimiz 7 səsəbi göz önünə gətirin.


1. Bütün qadın və kişilər eynidir. Heç bir qadın və ya kişi digərindən daha ağıllı və ya yaxşı deyil. Boşanandan sonra daha yaxşısını tapacağınıza ümid etməyin.


2. Təkbaşına uşaq böyütmək çətindir. Uşağı həyat yoldaşınla birlikdə böyütmək daha yaxşı, uşağın sağlamlığı üçün daha uyğundur.


3. Boşanmaq maddi cəhətdən də ağır həyat tərzi vəd edir. Normal maaşı olan tərəf indi bunun əhəmiyyətli hissəsini aliment kimi ödəməlidir. Qarşı tərəf isə daha ağır şərtlər altında yaşamaq zorunda qalacaq.


4. Boşanandan sonra birlikdə ola biləcəyiniz yeni partnoyurunuzun uşaqlı olması ehtimalı böyükdür. Belədə yeni partnoyurunuzun əvvəlki evliliyinizdən olan doğma uşağınızla normal münasibətlər qura bilməsi ciddi problemdir.


5. Boşanandan sonra uşağınla, yaxud keçmiş həyat yoldaşınla görüşmək, eyni anda yeni partnyorla görüşlərə başlamaq- bütün bunları bir arada idarə etmək çətindir, problemlər yaradır. Ümumiyyətlə, bir dəfə evli olan adamın növbəti sevgi təcrübəsi subaylıqdakı kimi olmayacaq. Ayrıca həm də uşağınız varsa, bütün diqqətinizi yeni sevgiyə yönəltməyiniz mümkün deyildir.


6. Boşanandan sonra tək yaşayan qadınlar üçün gecələr daha çətin keçə bilər. Evlilik vaxtı gecələr əhəmiyyət vermədikləri adi cırıltı, xışıltı səsləri belə onun əsəblərinə toxunacaq, yuxusuzluq xəstəliyi yaradacaq.


7. Evlilik iki nəfərin bir yerdə olmasından daha artıq bir şeydir. Ümumiyyətlə, evlilik ayrılıqdan daha qiymətlidir.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri