Evlənəcək bəyləri necə tanımış olarıq?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 782
Səs ver:
(səs: 1)
Həmişə səhv insana aşiq olmanın təcrübəsi ilə bir yazı...
Qadınların döyülərək öldürüldüyü bir cəmiyyətdə, evləniləcək və əyləniləcək kişi deyə bir ayrı-seçkilik etmək həqiqətən çox çətin bunu bilirəm amma heç olmasa biz bir az əylənərik deyə düşündüm. Təbii könül istəyərdi, kənara ailə səadəti mövzulu bir fotoşəkil qoyub; "Baxın mən tapdım, siz də bacara bilərsiniz" deməyi amma təəssüf ki,. Həyatım boyunca həmişə səhv insanlara aşiq olmanın verdiyi təcrübəylə bunları ancaq yaza bilirəm.

Evləniləcək kişilər keçmişdə çox əlaqə yaşayıb, insanların ‘diqqət yetir buna!' dediyi adamlardan olmalı. Çünki o adam yorğundur, səhər bilmədiyi yataqlarda oyanmaq yerinə artıq öz yatağı olsun istər. Biri məni çəkib çevirsin deyər, həyatın mənasının hormonları olmadığının ən yaxşı o fərqindədir çünki. Gözü çöldə olmaz bir dəfə o adamın artıq. Onsuz da çöldə nə olduğunu çox yaxşı bilir çünki...

Anasıyla ayda ildə bir görüşən kişi, gerçək bir ideal kişi! Səni özünə rəqib görən bir qadın yox, davamlı səni anasıyla müqayisə edən bir adam yox. Hətta ananı keçdim, adamın qohumu nə qədər azsa o qədər yaxşı. Bir tək toyda az qızıl taxılar, ona da artıq edəcək bir şey yox.

İşi gücü olacaq deyə bir maddə əlavə etməmə ehtiyac yoxdur düşnürəm. Toxluq sevişdirər; aclıq döyüşdürər. Amma təqaüdçülüyü necə olacaq deyə hesablamada fayda var. 

Əsəbi adamlarla evlənilməz, siz bir nöqtəyə qədər dözüm edə bilərsiniz amma uşağı da düşünmək lazım. Əsəbi ataların uşaqları özünə etibarsız, qorxaq və xarici dünyaya bağlı olurmuş. Oturub uşağımın genini düşünən bir manyak olduğum üçün zənn edirəm daha uzun müddət evdə qalacağam.

Evləniləcək adam it sevər. İt evə bağlar çünki, davamlı maraq istər və məsuliyyəti daha çoxdur. Bu gün kiçik iti evdə tək qalmasın deyə tətil planlarını ona görə nizamlayan adam, sabah sənin üçün nələr etməz. Pişik sevənlərdən isə var gücünlə qaç. Onlar ümumiyyətlə tez bağlanan, boğulan və maraqsız insanlar olar. Ümumiləşdirmənin də canını çıxardım tək.

Maço kişilərin dözülməz bir karizması var, höt dedimi titrəyim istəyirəm bəzən amma  maçolar əyləniləcək kişi. Hara qədər titrəmək istər ki, bir insan. Həyatımı paylaşacağım adamın mənə də nəfəs alacağam bir sahə buraxması lazımdır. Ona görə qaç o adamdan.

 

 

Hər yerə səninlə gələn, səni əsla tək buraxmayan ictimai fəaliyyətləri birlikdə etdiyiniz bir adam çox cazibədar və uyğun kimi görünsə də bir müddət sonra başa bəla olur. Bir müddət sonra sevgilin deyil də sanki bir qız yoldaşın varmış kimi. Onsuz da ətrafındakı insanlar əvvəl narahat olur, səni tək çağırdıqları hər yerə qolunda bir adamla gedincə qəribə olur təbii. Tək gedincə də evdə naz atan bir adam səni gözləyir.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri