Evliliyinizə zərər verən 4 vərdiş

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 824
Səs ver:
(səs: 1)
Özünə baxmamaq

Bir çox qadın, kişilərin hər şərtdə rahat olan qadınları seçdiyinə inanır. Halbuki bu tamamilə doğru deyil. Bəli, kişilər özlərini romantik baxımdan çox məcbur etməyən, rahat davranan və özlərini rahat buraxan qadınlardan xoşlanarlar, amma bu düşüncə xarici görünüş üçün etibarlı deyil. 

Evliliyin irəliləyən illərində yoldaşınızın yanında özünüzü daha rahat hiss etməyə başlamanız çox təbii amma üstünüzə başınıza bir az diqqət etməlisiniz. Çünki kişilər ən kiçik dəyişiklikləri belə dərhal fərq edə bilərlər. Əslinə baxsanız ən salaş görünüşlü, ən rahat kişilər belə vizuallığa çox əhəmiyyət verərlər. Duşunuzu alıb bədəninizə xoş ətirli iy verən bir losyon çəkin və eynilə əlaqənizin ilk zamanlarındakı kimi gözəl görünə bilmək üçün vaxt keçirin.
Ona kral kimi davranmaq
O nə etsə etsin siz içinə atmağa, incikliyinizi ya da hirsliliyinizi ona əks etdirməməyə davam etdikcə əslində əlaqəniz köhnələr. 
Yoldaşınız sizi həqiqətən incidəcək ya da hirsləndirəcək bir şey etdiyində, hirsliliyinizi ya da incikliyinizi o anda ona açıqlamasanız, bunu etməyə davam edəcək. Kişilər qadınların səbir sərhədlərini test edərlər. Sərhədi aşdıqlarında sizdən aldıqları reaksiyanı ölçər və bundan sonrakı addımlarını ona görə təyin edərlər. 
Digər yandan fikirinizi və nə hiss etdiyinizi ona izah edərək özünüzə olan etibarınızı göstərmiş olarsınız. Bu da əslində kişilər tərəfindən bir şikayət olaraq deyil, özünə inamı sərgiləmək hesab edilər və sizi cazibədar tapmasını təmin edər.
Hər vaxt dürüst olmaq
Bəzən ağ yalan danışmaq lazım ola bilər. Nə də olsa yoldaşınız hər vaxt həqiqətlərlə baş etməyi bacara bilməz. Dürüstlük sağlam əlaqələrin təməl daşlarından biri olsa da, bəzən gerçəkləri etiraf etməniz əlaqənizə etibarsızlıq  və hirsliliyi bulaşdıracaqsa, ağ yalan sizin üçün yaxşı bir siyasət ola bilər. Əlbəttə böyük yalanlardan danışmırıq. Bunlar ciddi çətinliklərə səbəb ola bilər. Yalnız ikinizin də dincliyini pozmayacaq kiçik yalancıqlar... 
Deyək ki, ailəniz əslində yoldaşınızı heç bəyənmir. Yoldaşınız, əlaqənizin ilk zamanlarında ailənizin onun haqqında nə düşündüyünü soruşdu. Dürüst olmaq məcburiyyətində deyilsiniz. "Ailəm, mənim həyatımla əlaqədar çox şərh etməz" deyib çox  detala girmədən mövzunu bağlamalısınız. Çünki detala girmək sonradan yoldaşınızın yalanınızı ortaya çıxarmasına fürsət yarada bilər. Günahkarlıq hiss etmənizə heç ehtiyac yoxdur. Əlaqənizin dincliyi üçün edirsiniz bunu. 
Əlaqəni hər şeydən üstün görmək
Davamlı "biz" vurğusu etmək, "Biz bir almanın iki yarısıyıq, vahidik olmadan digərimiz də olmaz" kimi düşüncələrə qapılmaq, çox qadının düşdüyü bir əlaqə səhvi. Evliliyiniz çox uzun müddətdir davam etmiş olsa da, əlaqə içindəki statülerinizi itirməməniz çox əhəmiyyətli. Özünüz üçün çölə çıxıb zaman xərcləmirsinizsə, əlaqəniz bayatlamaya və həyəcanını itirməyə başlaya bilər. Unutmayın, ən sağlam, ən xoşbəxt cütlər bir-birlərindən ayrı olaraq azadca vaxt keçirən cütlərdir. 

Tək başınıza bir şeylər etmək üçün zaman yaradın. Həftə sonları siz öz yoldaşlarınızla, bərabər/yoldaşınız da öz yoldaşlarıyla zaman keçirə bilməlisiniz. Əlaqənizin hər vaxt canlılığını qoruması özünüzə aid bir həyatınızın olmasıyla mümkündür. Hər ikiniz də özünüzə aid həyatlarınızı davam etdirsəniz bir-birinizə izah edəcək hekayələriniz də olar. Bir çox əlaqəni bitirən şey, danışacaq bir şeyin qalmaması, bunu əsla unutmayın! 

/Mənbə: Qadınlar.biz/

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri