Yaxşı həyat yoldaşı olmanın bir neçə qanunu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 626
Səs ver:
(səs: 0)
Daha çox xəyalimizdəki kişilərdən danışırıq. Yaxşı, arada niyə bir dönüb özümüzə baxırıq? Harada səhv etdiyimizi fərq edib daha yaxşı bir sevgili ya da həyat yoldaşı olmaq üçün səy göstərir?
İddia edirik, bu qaydaları tətbiq etsəniz həyat yoldaşınızı ehtiraslı bir aşiq halına gətirməniz heç də çətin olmayacaq. 

Yoldaşlarıyla zaman keçirin
Həyat yoldaşınızın ürəyini yenidən ələ almağın ən təsirli yolu, onun yoldaşlarıyla yoldaş olub birlikdə zaman keçirməkdir. Kişi yoldaşları bəzən sizi zərərli komanda yoldaşı ya da əyləncə düşməni olaraq görə bilərlər. Bu vəziyyətdə ilk etməniz lazım olan, nə qədər əyləncəli biri olduğunuzu onlara göstərmək. Arada sırada birlikdə çölə çıxın amma orada getdiyiniz yeri ya da dərin sinə dekolteli qızları tənqid etməyin. 

Hobbilərinizdən imtina etməyin
Kişilər hobbilərinə zaman ayırmaq mövzusunda bizlərdən daha müvəffəqiyyətlidirlər. Həftə sonlarını kişi kişiyə futbol matçı izləyərək keçirə bilərlər. Biz qadınlarsa kişilərə görə hobbi əldə etmə mövzusunda bir az daha geridəyik. Çoxumuz kişi dostu əldə etdiyimizdə ya da evləndiyimizdə özümüzü və bütün zamanımızı ona həsr edərik, digər dostlarımızı unudarıq. Ancaq bir ayrılıq yaşadığımızda ictimai həyata geri dönərik. Siz , əsla bu səhvə yol verməyin. Əmin olun, həyat yoldaşınız özünüzə aid bir həyatınız olduğunu gördüyündə özünü çox daha azad və rahat hiss edəcək.

Sürprizlər edin
Kiçik hədiyyələrlə həyat yoldaşınızı xoşbəxt etmək mümkündür. Yorucu bir günün ardından boyuna beş dəqiqə masaj edərək ya da ona ən sevdiyi hamburgeri hazırlayaraq kiçik sürprizlər edə bilərsiniz. Kiçik toxunuşlarla sevgilinizin həyatını necə daha asan və əyləncəli bir hala gətirə biləcəyinizi düşünün. Bunları etdikdə inanın həyat yoldaşınız da sizə eynisini etmək üçün çalışacaq. 

Romantik mesajlar yazın
Həyat yoldaşınıza qarşı hiss etdiklərinizi açıqca və gözəl dilə gətirməkdən çəkinməyin. Məsələn onu nə qədər yaraşıqlı olduğunu izah edən bir qeydi kompüterinin önünə qoymağa nə deyərsiniz? Ya da onu sevdiyinizi yazan bir qeydi pencəyinin cibinə gizlicə qoymağa? Belə kiçik şeylərin təsirinin nə qədər böyük olacağına inana bilməzsiniz.


Onu dəyişdirməyə çalışmayın
Birlikdəliyinizin əvvəllərində gözünüzə girməyən, hətta xoş gələn şeylər zaman keçdikcə əsəbinizi poza bilər. Bu vəziyyətdə onunla sonu olmayan bir mübarizəyə girmək sizi yormaqdan başqa bir işə yaramaz. Üstəlik müəyyən zamanlarda qarşıdurma dərinləşər və bir-birinizdən uzaqlaşmanıza gətirib çıxarar. Halbuki onu dəyişdirməyə çalışmaq yerinə mövcud vəziyyət üçün alternativ həllər çıxarmağa çalışmalısınız Əmin olun, bir insan, qarşısındakının özünü olduğu kimi qəbul etməsindən xoşbəxtlik duyar və onu daha çox sevər.
 
/Mənbə.Qadınlar.Biz/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri