Evliliyin acı həqiqətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 643
Səs ver:
(səs: 1)
Evliliklə əlaqədar sizə bunlardan bəhs edən olmuşdu?
Evlilik bir andla başlayır; "Yaxşı gündə və pis gündə, xəstəlikdə və sağlamlıqda bir-birimizi sevəcəyimizə dair…" Bu andın altında yatan bəzi gizli maddələr var: "Daha çox təmizlik və yemək, daha az çinsəlliklə məşğul olacağıma and içərəm."

"Çəhrayı rəngli bir evdə xoşbəxt yaşadılar…" Bu yalnız nağıllarda olar. Evlilik hər vaxt izah edildiyi kimi çəhrayı bir nağıl deyil. Dərhal pessimizmə qapılmayın! Bu yazı əsla gözünü qorxutmaq üçün deyil. Tam tərsinə, bir neçə acı gerçəyi göz ardı etməyib qəbul edərək, hər şeyə hazırlıqlı olmanız və beləcə daha sağlam bir evlilik həyatı davam etdirməniz üçündür.

Ev işləri çoxaldı
Əgər keçmişdə tək yaşayırdınızsa ev işlərinizin ikiyə, əgər ananızla yaşayırdınızsa sizin üçün ev işlərinin dördə birə qalxdığını bilirsiz. Artıq işdən gəldiyinizdə ananız yeməyinizi hazırlamış olmayacaq və ya bir insan deyil, iki insan təcrübəsiylə qarşı-qarşıya qalacaqsınız. "Bu günlük qalsın, sabah təmizliyərəm" kimi cümlələr artıq qurulamayacaq. Mövzu yemək, təmizlik, ütü kimi ev işləri olduğunda artıq tək insanı deyil, iki insanı düşünmək məcburiyyətində qalacaqsınız.

Artıq ‘hazırlıqsızsan'
Keçmişdə onunla görüşəcəyiniz gün səhər duşunuzu alar, dəri baxımınız edər, makiyajınızı tamamlayar; qısacası aynanın qarşısında saatlar keçirərdiniz. Ən gözəl paltarlarınızı da geyindikdən sonra onunla görüşməyə hazır olardınız. Necə ki o da elə… Bir-birinizin qarşısına həmişə ən ‘hazır' halınızla çıxardınız. Amma artıq hər vaxt ‘hazırlıqsız' tutulma riski olduğunu bilin. Nəticədə səhər yataqdan makiyajlı və baxımlı çıxa bilməyəcəyinizi bilirsiniz… Bu səbəbdən bir-birinizin hər halını görməyə hazır olun.

Dəyişdirə biləcəyin tək şey özün olacaqsan
Evlilik sənə qəbul etməyi, bağışlamağı öyrədəcək. Tək yaşayırkən sahib olduğun bəzi şeyləri artıq görməməyi, eyni evi paylaşdığın kişiyə də öz qaydalarını adaptasiya etmə səyinin boş olduğunu öyrənəcəksən. Canım o gün bir şey etmək istəmirsə, birlikdə bir həyat paylaşdığınız üçün onu etməyi, uyğunlaşma təmin etməyi öyrənəcəksən. Dəyişməsi lazım olan bir vəziyyət varsa, dəyişdirə biləcəyin tək şeyin özün olduğunu görəcəksən…

Get-gedə azalan intim həyat
Bu da evliliyin acı həqiqətlərindəndir… "Necə olsa sabah gecə də buradayıq, o biri gecə də" düşüncəsi yaranacaq. Bizdən sizə tövsiyə, bu vəziyyəti fərq etdiyiniz anda intim həyatınızı canlandıracaq bir şeylər edin!

Bir gün mütləq özünə soruşacaqsan!
Bir səhər oyandığınızda və yanına baxdığınızda öz özünüzə mütləq bunu soruşacaqsınızsa: "Bundan sonra həmişə belə olacaq?". Bunu pis mənada söyləmirik, heç bir qadın bunu pis mənada sorğulamaz. Nə qədər ruh yoldaşınızı seçmiş olsanız, nə qədər bir-birinizlə yaxşı razılaşsanız da insan mütləq bundan sonra hər səhər bu şəkildə oyanacağı gerçəyini ən az bir dəfə sorğular.

Ən çətin məsləhət: Yatağa əsəbi girməyin
Ciddi bir mübahisə yaşadıqdan dərhal sonra yatmaq istədiyinizdə "Yatağa küsülü girməyək, o zaman mən səni bağışlayıram" deyə bir şey yoxdur, bunu qəbul edin! Yatağa əsəbi girməklə yanaşı, səhər daha da əsəbi oyandığınız günlər belə olacaq.

Hər şeyə baxmayaraq.
Evliliyin acı həqiqətlərini gördük. Bütün bu gerçəklərə baxmayaraq evlilik, yəni bir kişi ilə bir qadının eyni dam altındakı birlikdəliyi sizə çox şey öyrədəcək. Bilmədiyiniz istiqamətlərinizin ortaya çıxaraq özünüzü daha yaxşı tanımanızı təmin edəcək. Hər şeydən əhəmiyyətlisi çox sevdiyiniz bir insanla çox kefli günlər - yaxşısıyla pisiylə - yaşadacaq!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri