Qaynanaya qarşı mülayim olun!
Həm gəlin həm də kürəkən
namizədləri üçün anaları qiymətlidir. Onlara isti yaxınlaşdığınızda geri
dönüşləri də eyni şəkildə ala bilərsiniz. Söylədiyi ən mənfi sözləri
belə altdan alaraq, yaxşı niyyətinizi ona da hiss etdirin.
Öz ananıza anlayışlı davranın!
Bu
dövrlərdə ananızın gərəksiz alınqanlıqları və ya istəkləri ola bilər.
Ona anlayışlı yaxınlaşın və sizə çox düşgün olduğu üçün belə
davrandığını unutmayın.
Onlara jestlər edin!
Toy
müddəti yalnız sizin üçün deyil, bütün ailə üçün gərgin bir dövrdür.
İçəridəki bu stressli mühiti dağıtmaq üçün ailə fərdlərinə kiçik
sürprizlər edə bilərsiniz. Məsələn: qaynananıza ən sevdiyi tortu almaq
və ya qaynatanıza ən xoşlandığı yeməyi bişirmək, onların kefini her
zamankından daha da yaxşı etmək.
Fikirlərini soruşun!
Ailə
böyüklərinin ən çox yayındıqları nöqtə, gəlin və kürəkən namizədlərinin
hazırlıqları onlara məsləhətləşmədən davam etdirməsidir. Buna görə
"tətbiq etməsəniz belə" onlardan nə düşündüklərini soruşun. Beləcə sizə
də onların təcrübələrindən istifadə etmək fürsəti də yaranar.
Qiymətli olduqlarını hiss etdirin!
Əlbəttə
ailənizdəki hər kəs sizin üçün qiymətsiz. Amma toy müddətində bunu bir
az daha hiss etməyə ehtiyacları var. Toy hazırlıqları üçün vəzifə
bölgüsü edərək bu problemi də yüngülləşdirə bilər. Bu həm ailə içi
tarazlıqları təmin edərək özlərini qiymətli hiss etmələrini təmin edər,
həm də sizin yükünüzü yüngülləşdirər. Unutmayın, sevildiklərini hiss
etməsələr problem çıxa bilər.
Qərarlarınızı ailənizə doğru bir şəkildə izah edin!
Toy
stressin yaratdığı gerginlikle hərəkət etməyin. Cüt olaraq birlikdə
aldığınız qərarları əvvəl necə anlatağınızı düşünün və sonra bütün
ailənizə izah edin. Beləcə onlar da sizin artıq bir ailə olmağa
başladığınızı qavrayaraq, sizə daha fərqli bir gözlə baxmağa başlayacaq.
Sizə soruşmadan aldıqları əşyaları bəyənmədiyinizi hiss etdirməyin!
Hər
kəsin zövqü fərqlidir. Ananızın ya da qaynananızın cehiziniz üçün
aldıqları da mütləq öz bəyənmələrinə görə olacaq. Bu səbəblə, siz
bəyənməsəniz belə bunu hiss etdirməyin. Yalnız onlara hiss etdirmədən
paketin içində dəyişdirmə kartı olub olmadığına baxın, yetər.