Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənmədən öncə kişiyə 3 sual verin!
Evlənmədən öncə kişiyə 3 sual verin!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2209
Səs ver:

Ondan çox xoşunuz gəlir, vaxtaşırı görüşürsünüz və artıq sevgili olmaq istəyirsiniz. Bir müddət daha səbir edin və xoşunuza gələn kişiyə aşağıdaki 3 sualı verin. Beləliklə, onu daha yaxşı tanıyacaqsınız və ciddi  münasibətə başlayıb-başlamamaq haqqında qəti qərar verəcəksiniz.

İşini sevirmi?

Kişinin işinə qarşı münasibəti onun gələcəkdə necə həyat yoldaşı olacağı ilə bağlı sizdə fikir yarada bilər. İşini hər şeydən çox sevən bir kişi qadınlar üçün ideal deyil. Çünki belə adamlar adətən bütün həyatlarını işlərinə görə planlaşdırırlar və sevgi, romantika, ailə ikinci planda qalır. Romantik anlar yaşadığınız məqamda belə işindən bəhs edirsə, o insanla ciddi münasibətə başlamaq mövzusunda bir daha düşünün. İşini nə qədər sevdiyini ondan soruşun və qərarınızı verin.

Sizdən öncəki münasibəti necə idi?

Bu sual sizə qəribə görünə bilər. Ancaq əmin olun ki,  bir kişinin sizdən öncəki qadınına münasibəti sizə çox şey deyə bilər. Bu sualı ona anidən verməyin, gözləyin,  gülüb əylənərkən zarafatcıl bir dillə öncəki qadınını soruşun.

Yetkin bir insandırsa, keçmiş sevgilisindən niyə ayrıldığını sakit şəkildə izah edəcək. Yox keçmiş sevgilisi haqqında kobud ifadələr işlədir, söyür və ondan söhbət salanda əsəbləşirsə, bilin ki, nə vaxtsa sizdən ayrılanda da eynilə belə davranacaq.

Niyə borcu var?

Hamının banklara və ya tanış adamlara borcu ola bilər. Ancaq baxır bu borc nəyin müqabilində yaranıb. Bəzi insanlar yeni iş qurmaq üçün, sağlamlıq problemlərini həll etmək üçün və digər önəmli məsələlərlə əlaqədar olaraq borc almalı olurlar. Elələri də var ki, lazımsız şeylərə pul xərcləyirlər. Məsələn, çoxlu borcu olduğu halda özünə maşın və ya motosikl alan biri məsuliyyətli ola bilməz. Bu tip insanla ailə qursanız gələcəkdə böyük problemlər yaşaya bilərsiz.


Şərhlər:
Baxılıb: 2209
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz