Cütlüklər arasında yaş fərqi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 587
Səs ver:
(səs: 2)
Rəqəmlərin insan taleyindəki rolundan bəhs edən numerologiya, ərlə arvadın arasındakı yaş fərqinə də önəm verir. Bəzən eşidirik ki, hansısa təzə gəlin şikayətlənir. "Bir-birimizi özümüz sevib evlənmişik. Aramıza girən də yoxdur. Amma nədənsə bir-birimizin sözü o birisinin boğazından keçmir. İş ondadır ki, bürclərimiz də uyğun gəlir. Ulduz falına inansaq, gərək bütün günü bir-birimizə "can" deyib, "can" eşidək." Təbii ki, kövrəlmə, bəzən də göz yaşı bu söhbəti davam etdirməyə qoymur. Ola bilsin ki, kmsə belə bir vəziyyətdə həmin xanıma dözümlü olmağı, başqa birisi isə hər şeyi ürəyinə salmamağı məsləhət görər. Halbuki bu işdə nə həyat təcrübəsizliyinin günahı var, nə ulduzların, nə də ulduz fallarını tərtib edən kəslərin. Məsələ ondadır ki, ömürlük həyat yoldaşı seçimi etmiş iki nəfərin arasında yaş fərqi, qarşılıqılı anlaşma və nigahı yaşatmaq anlamında az rol oynamır. İlk növbədə deyək ki, bu mənada hər hansı cütlükdə kişinin yaxud qadının yaşca böyük olması vacib məqam sayılmır. Təcrübə göstərir ki, adətən yaşca böyük olan tərəf ailə münaqişələrində özünü daha təmkinli aparır, narazılıqları daha asan "həzm" edir. Yeri gəlmişkən yaşıdların dünya görüşü, meylləri, davranışları bir-birini tamamlayır. Aşkar olan nəyisə bir-birinə sübut etməyə ehtiyac yoxdur. Əgər siz lap uşaqlıqdan çox uşaqlı möhkəm ailə arzulamısınızsa, onda öz yaşıdınızla ailə qurun. Amma unutmayın ki, məişət probləmləri başınızı mökəm qata bilər, ünsiyyət dairəniz darala bilər. Yəni ailə qayğıları nə qədər çox olsa belə, mənəvi, ruhi ehtiyacınızı ödəməyi arxa plana keçirməyin. Ərlə arvad arasında yaş fərqinin, sizin ailənizə təsiri barədə elmi-psixoloji araşdırmaların nəticələrini oxumazdan əvvəl sizə bir açıqlama vermək istəyirik. İstənilən yaş fərqi insanların bir-biri ilə dil tapmasına mane ola bilməz. Sadəcə açıq dənizə çıxan gəminin kapitanı mütləq xəritəyə baxmalı, keçəcəyi marşruta yaxşı bələd olmalıdır. Axı o gəminin hansı sualtı qayalarla toqquşmaq ehtimalını düzgün hesablamalıdır ki, mənzil başına salamat çata bilsin. Buna görə də, bizim "təhlükəli məqam" kimi fərqləndirdiyimiz proqnozlar sizi qorxutmasın, bu sadəcə xəbərdarlıqdır: Yəni müdrik və hövsələli kapitan öz gəmisini və taleyinə cavabdeh olduğu sərnişinləri salamat çatdırmaq üçün qarşılaşacağı bütün çətinlikləri göz altına alıb profilaktik tədbirlər gördüyü kimi, siz də ailə kapitanı kimi öz nigahınızı övladlarınızın xoşbəxtliyi naminə qorumalı və bütün anlaşılmazlıqları dəf etməlisiniz.
 
İndisə keçək yaş fərqinə:

1 yaş. Möhkəm ittifaqdır. İlk romantik aşiqlik çox vaxt xoşbəxt nigahla nəticələnir. Belə ailələrdə həlledici qərarı adətən qadın qəbul edir.
Təhlükəli məqam: Maddi rifah qazanmağa meyl riski güclüdür. Bunun ardınca isə, iki nəfərdən biri daxilən yoxsullaşdığını hiss edə bilər.
Çıxış yolu: Mədəniyyət və ya idmanla maraqlanmaq, dünya görüşünü genişləndirmək, biliyi artırmaq mənəvi olsa da sərvətdir.

2 yaş. Tərəflər bir-birlərinə güclü fiziki meyl hiss edirlər. Çox zaman xəlvəti görüşməmək üçün evlənirlər.
Təhlükəli məqam: Ehtiras soyuyanda məlum olur ki, ər-arvadı bir-birinə bağlayan heç nə qalmayıb. Nə qədər çalışsalar da, belə evdə bərəkət olmur.
Çıxış yolu: Çalışın ki, məhəbbətinizdə romantik hisslərə yol verəsiniz, bir-birinizi günün bütün saatlarında anlayasınız.

3 yaş. Hay-küylü dalaşmalar çox mehriban barışıqla bitir. Avropada belə cütlüklərə tipik "italiyalı" ailəsi deyirlər. Əgər hər iki tərəf bir-birinin nazına yaxud dəyçə-düşərliyinə dözərsə, nigahın ömrü uzun olar.
Təhlükəli məqam: Hər kəsin səbri tükənə bilər, bir az geci-tezi var. Həmin məqam yetişəndə ayrılığa kimsə və nəsə mane ola bilmir.
Çıxış yolu: Arabir müəyyən qədər bir-birinizdən ayrı qalın, olub-keçənləri götür-qoy edin. Bir-birinizdən inciyəndə birgə keçirdiyiniz ən şirin anları yada salın ki, ayrılmağa sövq edən səbəblər əhəmiyyətini itirsin. Atalar demişkən, "Min acını yeyərlər, bir şirinin xatirinə".

4 yaş. Harmonik ittifaqdır - Həm mənəvi, həm seksual cəhətdən. Belə ər - arvadlar hətta boşanandan sonra da bir-birlərinə dost kimi münasibət bəsləyirlər.
Təhlükəli məqam: Nə ər, nə də arvad məişət problemlərini həll etməyə həvəs göstərmir. Evdəki narahatlıq mehribançılığı poza bilər.
Çıxış yolu: Əziz xanımlar, unutmayın ki, ailə quruculuğunda qadın bənna, kişi isə fəhlədir. Dəhlizdə iki aydan bəri yanmayan işıqdan ötrü, təmirçinin beş dəqiqəyə aradan qaldıracağı nasazlıq üstündə sözləşməyə dəyərmi?

5 yaş. Əgər tərəflərin hər ikisi eyni işlə məşğul olursa, onların münasibəti daha da mehriban olar. Nə ər, nə də arvad öz həyat yoldaşını tam nəzarət altında saxlamağa meyl göstərmir. Elə buna görə də, bir birlərinə hörmət edirlər.
Təhlükəli məqam: Bu qarşılıqlı hörmətdən kimsə istifadə edib xəyanətə gedə bilər.
Çıxış yolu: Sevdiyinə, illərlə birgə yaşadığın insana hörmət vacibdir. Amma birgə yaşanmış illərin çoxluğu həyat yoldaşına yaxşı qonşu kimi olmağı əsas vermir.

6 yaş. Qohumları, qonşuları ailədaxili münaqişələrin həllinə qoşmayın. Özgə fikri həmişə nə qədər maraqlı olsa da, ürəyinizin səsini dinləyin.
Təhlükəli məqam: Hər kəs öz üstünlüyünü sübuta yetirmək istəyir və güzəştə getmək barədə düşünmür. Hətta uşaqları, xüsusən də boşanandan sonra öz tərəflərinə çəkməyə çalışırlar.
Çıxış yolu: Gəlin, fikirləşək. Nikahdan doğulan uşaqları heç kim atası evindən gətirməyib. Övlad iki nəfərin "bəhrəsi" olsa da, onu ikiyə bölmək mümkün deyil. Ev bizim, sirr bizim deyib, ailənizi əsl cəngavər tək sayıq qoruyun.

7 yaş. Nə qədər ki, münasibətlər yaxşıdır, kənardan baxanda elə görünür ki, bu iki nəfərin ümumi marağı yoxdur. Yalnız müvəqqəti ayrılandan sonra hansısa mistik qüvvə onları yenidən qvuşdurur.
Təhlükəli məqam: Hər şeyin bitdiyini anlasalar da, onlar ayrılmaq üçün özlərində hünər tapa bilmirlər. Lakin bir dam altında yaşayırlar.
Çıxış yolu: Əgər sizi bağlayan bağlar qırılıbsa, qarşı tərəfi incitməyə dəyməz. Unutmayın ki, hər kəsdən daha çox özünüzdə iztirab çəkirsiz. Birdəki hər şeyi yenidən başlamağı sınamağa dəyər.

8 yaş. Uğurlu birlikdir. Yaşca böyük olan ailə başçısı missiyasını öz öhdəsinə götürür. "Balaca" isə ikinci plandakı roldan imtina etmir. Belə ailələrdə uşaqların çox olması nadir göstərici deyil.
Təhlükəli məqam: Tabelikdəkini özünü ən balaca göstərmək cəhdi, yumşaq desək narazılıqla qarşılanır.
Çıxış yolu: Düzdür, siz yaşca böyüksünüz, amma unutmayın ki, həyat yoldaşınızda uşaq deyil. Yaş artdıqca onun da həyat təcrübəsi müdrikliyi artır.

9 yaş. Sevgililərin fantaziyasına söz ola bilməz. Qəribə yerlərdə görüşürlər, toy üçün xüsusi ssenari yazırlar. Onların mənzili isə lap muzeyə oxşayır.
Təhlükəli məqam: Gec-tez bayram bitir. Bu iki nəfər isə adi günlərdə adi adamlar kimi yaşamağa hazır deyillər.
Çıxış yolu: Deməli, adi bir-birinə oxşayan günləri də bayram kimi yaşamağa alışmaq lazımdır. Bayram heç də aşıb-daşan süfrə, bahalı hədiyyə demək deyil. Bəzən şirin bir kəlmə, səmimi etiraf da insan ömrünü bəzəməyə qadirdir.

10 yaş. Düşünülmüş xoşbəxt nigaha parlaq nümunə. Hər iki tərəf üçün nigaha qədərki dövrdə topladığı "kapital" çox əzizdir.
Təhlükəli məqam: Əgər cütlükdən biri həyatda uğur qazanırsa, digəri isə geridə qalırsa, bu bərabərsizlik onun üçün əzaba çevrilir. Belə cütlük boşananda da sakit, qarşılıqlı razılıq əsasında ayrılır.
Çıxış yolu: Əsl dost (bizim anlamda isə həyat yoldaşı) ona deyirlər ki, irəli gedəndə əlindən tutub irəli aparır.

11 yaş. Bu insanlar illər öncə tanış ola bilərlər, amma aralarında məhəbbət qığılcımı alovlanmayanadək bir-birlərinə maraq göstərməzlər.
Təhlükəli məqam: Məhəbbət qığılcımı ikinci dəfə alovlanarsa, bu zaman diqqət başqa bir şəxsə yönələ bilər. Özü də təkrar vurğunluğu heç də yaşca kiçikdən gözləməyə dəyməz.
Çıxış yolu: Əgər qığılcımdan alov doğubsa, deməli onu söndürmək olmaz.

12 yaş. Mürəkkəb ittifaqdır. Hər kəsin öz qapalı dünyası var. Amma bu onların bir-birini sevməsinə mane olmur.
Təhlükəli məqam. Zəif daha güclü yoldaşının yanında gözəl əlavəyə oxşayır. O, öz rolundan bezib etirazını bildirəndə ona qapını göstərirlər.
Çıxış yolu: Deməli neyləmək lazımdır: Yanındakı güclünün kölgəsində qızınmaq əvəzinə öz üzərində çalışmaq, seçdiyin sənətdə nəsə bir nailiyyət əldə etmək lazımdır.

13 yaş. Əvvəlcə sevgililər özlərini məsuliyyətsiz, yeniyetmə kimi aparırlar. Amma övladları dünyaya gələndən ciddiləşir, işgüzarlıqları ilə hər kəsi heyran edirlər.
Təhlükəli məqam: "Qaragözlü cavanlıq" barədə xatirələr bəzən könül bulandırır. Ötən günlərə qayıtmaq vərdişə çevriləndə, iki tərəfdən biri ailə "buxov"larını qırıb sərbəst yaşamağa hazır olduğunu bəyan edir.
Çıxış yolu: Əgər bu evliliyə qədər yaşca böyük tərəfin hansısa uzunmüddətli macərası, yaxud evliliyi, lap elə uğursuz məhəbbəti olubsa da, bunu gənc həyat yoldaşı ilə bölüşməyə dəyməz. Çünki gənclik üçün hər şey irəlidədir.

14 yaş. Heç özləri də anlamırlar ki, nəyə görə bir yerdədirlər. Bütün ömür boyu öz həyat yoldaşında kəşf etdikləri yeni-yeni cəhətlərə heyranlıqlarını gizlətmirlər.
Təhlükəli məqam: Ziddiyyətlər bəzən barışmaz xarakter ala bilər. Ən xırda bir şey böyük mübahisə törətməyə qabildir. Uzun illərin incikliyi birdən zühur edər.
Çıxış yolu: Atalar boş yerə deməyib ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. Hər xırda incikliyi böyütmək, yadda saxlayıb illər sonrası həyat yoldaşının başına vurmaq nəyə lazım? Kinli olmaq hələ heç bir insana xeyir gətirməyib.

15 yaş. Yaşca böyük olan ciddi məsələlərin həllini öz həyat yoldaşına etibar etmir, çünki yaş fərqi üzündən onu yetkin insan saymır.
Təhlükəli məqam: Kiçik özünü uşaq kimi aparır. Həyat yoldaşından xəlvəti öz yaşına və baxışlarına uyğun gələn dost axtarır. Təbii ki, beləsini tapır da.
Çıxış yolu: Unutmayın ki, yetkinlik yaşına çatıb ailə quran adam daha uşaq deyil. Bir də ki, ağıl yaşda yox, başda olur.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri