Nişan üzüyü iki müxtəlif cinsli insanın evlilikdən öncə münasibətlərini rəsmiləşdirmək məqsədilə taxdıqları zinət əşyasıdır.
İnsanların nişanda və evlilikdə üzük taxması adət-ənənəsi qədim misirlilərə məxsusdur. Miladdan 2800 il öncə Misirdə yaşayanlar başlanğıc və son nöqtəsi olmadığına görə halqa şəkilli cisimlərin sonsuzluğu təmsil etdiyinə inanıblar. Üzük də belə əşyalardan idi və onu barmağa taxmaq evliliyin sonsuzadək davam edəcəyi mənasına gəlirdi. Daha sonra bu inanc romalılar vasitəsilə ətraf ölkələrə də yayıldı və kütləvi hal almağa başladı.