Evlilikdə tənqid

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 375
Səs ver:
(səs: 0)
«Tənqid „sözünü düşünmənizi istəyirəm. "Tənqid» deyilincə düşüncənizə nə cür çağırışımlar, hansı xatirələr və necə duyğular gəlir?  Bu an nələr düşündüyünüzü bilə bilmərəm ancaq ümumi şəkildə təxmin etmək olar: Ehtimalla ağılınıza gələn düşüncələrin böyük bir qismi mənfiliklər ehtiva etməkdədir.

Tənqid təsirli istifadə özümüzü və ətrafımızı müsbət istiqamətdə dəyişdirə bilməmiz üçün çox təsirli bir üsuldur. Çox təsirli üsul olduğu kimi istifadəsi diqqət istər və səhv istifadəsi ciddi mənada zərər verə bilər.

Tənqid təməldə bir adamda ya da hadisədə öz fərdi fikirimizə görə doğru və səhv tərəfləri ifadə etməmizdir. Yaşadığımız həyatı özümüz üçün daha əlverişli bir hala gətirmək üçün tənqid edərik. Ancaq klassik tənqid üsulları insanlarda həmişə mənfi çağrışımlar oyandırdığı və bir növ hücum hesab edildiyi üçün çox vaxt heç dinlənilmədən avtomatik bir şəkildə tənqidi hədəfindəki adamı müdafiə davranışına itələyər.

Bu hissədə daha xüsusi bir sahədə; evlilikdə tənqidi müsbət və quruluşçu bir şəkildə istifadə edilməsi üçün lazımlı olan üsullardan bəhs edilir.

1. Yoldaşınızı günahlandırırmış kimi danışmayın
Tənqid etmək istədiyiniz bir mövzu olduğunda bunu yoldaşınıza uyğun bir dillə ifadə etməlisiniz. Əgər yoldaşınızı  günahlandırırmış kimi danışsanız böyük bir ehtimalla yoldaşınız da müdafiə etməyə keçəcək və bəlkə də o da sizi günahlandırmağa başlayacaq. Aşağıdakı nümunə dialoqlara baxaq:

Qadın: Bir gün evə gec gələcəyin zaman xəbər ver, sən nə məsuliyyətsiz insansan!

Kişi: Səndənmi soruşacağam nə vaxt gələcəyimi, sənə hesabmı verəcəyəm!

Bu çıxışda qadın kişinin gec gəlmə davranışını tənqid edir ancaq bu tənqidini günahlandırma tərzində ifadə etdiyi üçün həm tənqid məqsədinə çatmır ,həm də ortaya gərgin bir vəziyyət çıxır.

2. Sevginizi və Diqqətinizi Şərtlərə qoşmayın
Gözəl şeylər söylədiyimiz çox vaxt ifadəmizi bir şərt cümləsi ilə bitiririk. Bəlkə də bir çoxumuz bunun şüurunda belə deyilik. Söylədiyimiz gözəl ifadələrin, təqdirlərimizin arxasında «amma, lakin, ancaq» kimi sözlərlə şərt cümlələri istifadə edərək söylədiyimiz müsbət şeylərin təsiri azalacaq.

3. Ünsiyyətdə Sandiviç üsulundan istifadə edin
Təsirli ünsiyyət üçün istifadə edilən bir çox üsul mövcuddur. Burada tənqid mövzusuyla əlaqədar olaraq sandiviç üsulundan bahs ediləcək. Deyək ki tənqid etmək istədiyimiz bir davranış forması var. Bu davranış haqqında tənqidimizin önünə və sonuna o adam haqqında müsbət bir ifadə əlavə edirik. Bu şəkildə tənqidimizin əvvəlində və sonrasında qarşı tərəfə müsbət mesajlar verdiyimiz üçün etdiyimiz tənqidi təsirli olma ehtimalı qat-qat artır. Nümunə olaraq aşağıdakı ifadəyə baxaq:

Sənin üstünə düşənləri layiqincə yerinə yetirdiyindən xoşlanıram ancaq evə gec gələcəyin zaman bu vəziyyəti əvvəlcədən mənə xəbər versən çox daha yaxşı olar. Bu mövzuda sənə güvənirəm.

4. Yoldaşınıza özünü müdafiə haqqı tanıyın
Yoldaşınızı tənqid edərkən diqqət yetirməniz lazım olan bir başqa nöqtə isə tənqid etdiyiniz mövzu haqqında mühakiməsiz edam etməməniz lazım olduğudur. Tənqid etdiyiniz mövzu haqqında yoldaşınızın özünü müdafiə etməsinə imkan verin. Bəlkə də ortada böyük bir səhv başa düşülmə ya da bu davranışı ortaya çıxaran ciddi bir səbəb vardır.

5. Üzüm yemək, ya da bağbanı döymək
Nə ​​İstədiyinizi Bilin: bəzi davranışlar qarşısında o qədər çox əsəbiləşirik ki,, davranış qarşısında tənqid edərkən hirsimiz həddindən artıq bir şəkildə ortaya çıxar. Belə vəziyyətlərdə məqsədimiz davranışı düzəltmək üçün tənqid etmək deyil yalnız hirsimizi çıxmaqdır. Qarşı tərəf nə deyir desin hirsimizdən nəsibini alacaq. Bu cür vəziyyətlərdə özümüzə yaxşı nəzarət etməliyik və ortaya qoyduğumuz davranışın gerçək bir tənqid olduğundan əmin olmalıyıq.

6. Tənqid hər mühitdə ifadə edilməməlidir
Yoldaşlarınızı mümkün qədər başqalarının yanında deyil, təklikdə tənqid etmək lazımdır. Çünki başqalarının yanında yaxşı niyyətlə etdiyimiz tənqidlərin belə səhv başa düşülmə ehtimalı çox yüksəkdir. Ayrıca normalda tərəflərin məqbul qarşılaya biləcəyi bir tənqid fərqli insanların olduğu bir mühitdə hirslə və qürurla qarşılana bilər. Bundan başqa tənqid etdiyiniz mövzu başqalarının yanında dilə gətirildiyində siz bu mövzunu Həll etsəniz belə bəlkə təkrar qarşınıza çıxa bilər.

7. Dinləyin, Dinləyin, Dinləyin
Ünsiyyətdə ən təməl qayda danışmadan əvvəl təsirli bir şəkildə dinləmə bacarığı qazana bilməkdir. Hər insan çox yaxşı bir anladıcı ola bilər amma çoxu adam təsirli bir dinləmə mövzusunda özünü inkişaf etdirməyə heç niyyətli deyil. Aktiv dinləmə yoldaşlar arasında bir çox problemin həllində çox təsirli bir üsuldur.

Əgər yaxşı bir dinleyiksə qarşımızdakının nə hiss etdiyini, nə istədiyini və necə bir şəxsiyyətə sahib olduğunu bilə  bilərik. Bunları bilməmiz Düzəldici mövzular haqqında daha şüurlu olmamızı təmin edər. Ayrıca bir çox adam yoldaşının söyləyəcəyi şeyi tam olaraq bitirməsinə fürsət tanımadan sözü tamamlamağa cəhd edər. Bu da ciddi bir ünsiyyət problemidir. Bu səbəblə tənqid edərkən də çox yaxşı bir dinləyici olmamız lazımdır.

8. Tənqid etdiyiniz mövzuları Dəqiq və Konkret olmasına diqqət edin
Əgər Tənqid etdiyimiz mövzunun düzəlməsini həqiqətən istəyiriksə nə istədiyimiz mövzusunda dəqiq və konkret olmalıyıq. Birinə «Sənin daha yaxşı olmağını istəyirəm» demək çox naməlum bir mesajdır və böyük ehtimalla heç bir işə yaramayacaq. Amma «Axşamları mənə qapını açarkən gülümsəmən məni çox xoşbəxt edir» ya da «Arada sırada mənə kiçik süprizlər etməyin məni çox sevindirir» demək konkret və dəqiq olduğu üçün çox daha motivasiya edici və işə yarayar olacaq.

9. Üslub hər şeydir
Çox vaxt nə dediyimiz deyil, necə söylədiyimiz əhəmiyyətlidir. Əlaqə yalnız şifahi ifadə ilə getməz. Bədən dilimiz, səsimizin yüksəkliyi, sözləri istifadə tərzimiz hamısı bir yerdə bir məna ifadə edər. Əgər gözəl bir şey söyləyərkən mənfi mesaj verən bir bədən dilini ortaya qoysaq böyük ehtimalla vermək istədiyimiz mesaj mənfi qəbul olunacaq. Ya da tam tərsi şəkildə ciddi bir tənqid edərkən müsbət bədən dilini istifadə edərək tənqidimiz qəbul olunacaq və müsbət qavranacaq.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 375
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri