Təmtəraqlı toyla evlənən cütlüklər daha tez boşanırlar – Araşdırma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 582
Səs ver:
(səs: 0)
ABŞ-ın Emory Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri hamını təəccübləndirib.

Üç min evli cütlük arasında aparılan araşdırma zamanı evlilik üzüyü və toy xərcləri ilə cütlüklərin evli qalma müddətləri qarşılaşdırılıb.Məlum olub ki, üzüyə iki min dollardan daha az pul verən cütlüklərin boşanma riski, iki min dollardan daha bahalı üzük alanların boşanma riskindən daha azdır.

Araşdırmanın nəticələrinə görə, toy üçün 20 min dollardan çox pul xərcləyənlər boşanmağa (3,5 dəfə) daha meyilli olurlar.Tədqiqatçılar toya daha çox pul xərcləyən cütlüklərin borc, stress kimi səbəblərdən münasibətlərinin korlandığını bildirirlər. Ona görə də hamıya ayağını yorğanına görə uzatmaq və toy hazırlıqları üçün borca girməmək məsləhət olunur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri