Münasibətlərə zərər verən 5 davranış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 660
Səs ver:
(səs: 1)
Uşaqlıq illərindən etibarən aşiq ola və birini sevə bilərik. Həyatımızın hər mərhələsində özümüzə daha yaxın hiss etdiyimiz dostlarımız mütləq olur. Qurduğumuz münasibətlər problemsiz davam etmir və bu səbəblə çəkişmələr, küskünlüklər, ayrılıqlar yaşaya bilirik. Sadəcə qarşı cinslə olan eşq münasibətlərimizdə deyil, həyatımıza girən hər insanla bir münasibət qurmuş oluruq və bəzən bu münasibətləri davam etdirə bilmirik. Xüsusilə uzun müddətli münasibətlərdə və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşayırıq. Münasibətə bəzən özümüz öz əlimizlə zərər vermiş oluruq. Bəs münasibətimizə zərər verən davranışlar hansıdır?

Eqoizm
Münasibətlər qarşılıqlı güvən və paylaşma üzərində qurulur. Bir münasibət içində daim özünü fikirləşən, öz faydası üçün çalışan, öz xoşbəxtliyini düşünən bir yoldaş olduğu zaman bu münasibət daha tez bitmiş olur. Qarşı tərəf eqoist olan tərəfin davranışlarına uzun müddət dözə bilmir. Çünki münasibət eqoist olmağı qəbul etmir.

Gizlətmək
Bir münasibətdə daim əhəmiyyətli olan duyğu güvəndir. İnsanlar bir-birlərinə güvənə bildikləri müddətcə birlikdə və xoşbəxt ola bilərlər. Əgər münasibətdə bir şeyləri gizləyən bir tərəf olcaqsa, bu münasibəti sarsıdacaqdır. Xüsusilə kişilər xanımların bir şeylər gizlədiklərini düşünərək münasibətlərinin sona çatmasını düşünürlər.

Yalan
Bu, gizlətmənin əfv edilməsi daha çətin olan şəklidir. Bəzi insanlar faydaları üçün bəzi hadisələri, vəziyyətləri, sözləri gizlədə bilirlər, söyləmirlər. Bu vəziyyət münasibətin sarsılmasına zəmin yaradır. Yalan isə gizlətmədən də pisdir. Hadisəni və vəziyyəti tamamən dəyişdirərək təqdim etmək mənasını daşıyır. Yalan içində olan münasibət təbii ki, qısa müddətli olacaqdır. Yalan danışan tərəf münasibətdə ən böyük xətanı edən tərəfdir.

Qısqanclıq
Qısqanclığın müəyyən olmayan miqdarları vardır. Normal səviyyədəki qısqanclıq cütlükləri bir-birinə daha da bağlayır və münasibətə bir romantiklik qatır. Həddindən çox və ifrat dərəcədə bir qısqanclıq çox ciddi problemlər yaradır. Çünki u əslində qısqanclıq deyil və psixi pozğunluqdur. Qısqanclıq səbəbilə yoldaşına zərər verən insanlar çoxdur. Çoxları qısqanclığı buna görə pisləyir və bu hissdən qaçmağa çalışır. Amma onu qeyd etməliyəm ki, ifrat dərəcədə olan bu hissin adı əslində qısqanclıq deyil və belə insanlar mütləq psixoloji kömək almalıdır.

Məsuliyyətsizlik
Bir cütlük olmaq, münasibətə başlamaq, evlənmək ilə birlikdə məsuliyyəti gətirir. İnsanlar olduqları duruma görə məsuliyyətə sahib olurlar və bu məsuliyyəti yerinə yetirə bilmədikləri zaman cütlüklər arasında narazıçılıq yaranır. Məsələn, bir atanın işə getməməkdə və pul qazanmamaqda təkidli olması məsuliyyətsizliyinin, atalıq və ər vəzifələrini yerinə yetirilmədiyinin nümunəsidir. Eyni şəkildə, bir xanımın da uşaqlarına baxmaması analıq vəzifələrini yerinə yetirmədiyini göstərir. Münasibətlərdə də bu şəkildə davranan cütlüklər məsuliyyətsizlik edir və bu məsuliyyətsizliklərilə münasibətlərinə həddindən çox ziyan yetirmiş olurlar.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri