Uzun və xoşbəxt evliliyin 20 sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 026
Səs ver:
(səs: 0)
Seksi boş verin. 10 il ərzində iki min evli kişi və qadın üzərində aparılan araşdırmaya görə yaxşı evliliyin sirri siyahısında ilk sırada "söhbət etmək” var.
 
Söhbət etmək, bir-birinə həqiqətləri demək uğurlu münasibətin ilk şərtidir. Möhtəşəm seks həyatı yeni evlilərə tövsiyələr siyahısında 18-ci sırada dayanıb.
 
Ən təəccüblüsü odur ki, siyahıda "evlənməyin” məsləhəti də yer alıb.
 
Ən çox təkrarlanan məsləhətlərdən biri isə bu olub: "Yatağa heç vaxt tək girməyin”.
 
Araşdırmada iştirak edənlərin sadəcə 1 faizi yaxşı seks həyatını uğurlu evliliyin şərti kimi qiymətləndirib.
 
3 faiz isə sədaqətli olmağı xoşbəxt evlilik üçün vacib faktorlardan biri hesab edir. Onların məsləhəti isə belədir: "dinlə” və "səbirli ol”.
 
Başqa mühüm amil isə yumor hissi və gülməklə bağlıdır.
 
Ən gözlənilməz tövsiyə isə belə olub: "evlənməyin”.
 
Sorğu iştirakçılarının çox kiçik hissəsi isə uşaq sahibi olmağı məsləhət görmür.
 
"Slater& Gordon” adlı hüquq bürosu üçün aparılan sorğudan çıxan nəticələr:
 
1) Danışmaq.
2) Uzlaşmaq.
3) İrəliləmək
4) Məsələlərin üstündə çalışmaq.
5) Evlilikdən asanlıqla vaz keçməmək.
6) Davanı yatağa aparmamaq.
7) Səbr!
8) Dinləmək
9) Dürüstlük!
10) Hörmət.
11) Dözümlülük.
12) Realist gözləntilər.
13) Evlənməmək!
14) Nəyisə birlikdə etmək.
15) Kommunikasiya.
16) Yenə tolerantlıq.
17) Sədaqət.
18) Gözəl seks həyatı
19) Dostluq.
20) Yoldaşına nəfəs alacaq yer buraxmaq.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri