Mübahisə zamanı nə etməli? – Cütlüklərə məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 579
Səs ver:
(səs: 0)
Hər nə qədər "evliliyin duzu-bibəri” olaraq qəbul edilsə də, hər halda mübahisə bir çox insan üçün dözülməz və acı haldır. Əsas da bu davalar hər günü zəbt edibsə...
Günümüzdə artıq bir çox evlilikdə dava rejim halına gəlib. Çünki tərəflərin arasında yaranan "güc savaşı” və "kim haqlı” mübahisələri evliliyin keyfiyyətini azaltmaqla yanaşı, yeni davalara da yol açır.
Bu davalar əsnasında tərəflər bir-birinin qəlbini qırır, hətta fiziki olaraq da bir-birinə zərər vermiş olurlar. Qadın cinayətlərini və ailə şiddətini artıran bu mübahisələr zamanı nə etməli olduğunuzu bilmək həyati önəm daşıyır.
 
Məkanı tərk edin
İlk olaraq, kiçik mübahisənin davaya dönüşdüyü bir vaxtda kimin haqlı, kimin haqsız olduğunu sübut etməkdən çəkinin. Əsas olan o an və o andan sonra baş verəcəklərdir.
Mümkünsə "İndi ikimiz də əsəbiyik, sonra sakit başla oturub bu məsələni müzakirə edərik”, - deyib oranı tərk edin. Çünki siz də hirsinizə, hisslərinizə hakim ola bilməsəniz, istənməyən nəticələr ola bilər.
 
Təhriklərə aldanmayın
Qarşı tərəf sizi təhrik edəcək bir çox şeylər deyə bilər, keçmişi üzünüzə vurar, ya da inadçı, uşaq kimi davranşlar sərgiləyə bilər. Bunlara cavab verməməniz sizə və münasibətinizin lehinə olacaq. Bununla qarşı tərəf qısa zamanda səhvini anlayacaq.
Əlbəttə özünüzü müdafiə etməlisiz,  ancaq ağıllı bir qadın olaraq.
 
Məsələni sakit bir şəkildə nəzərdən keçirin
Sakitləşdiyinizdə uyğun bir zaman və şəraitdə eyni məsələni açıb sakit bir şəkildə həll edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri