Kişilər nə zaman evlilik təklifi edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 440
Səs ver:
(səs: 1)
Bir müddətdir flört edirsiniz, hətta bundan daha dərin münasibətləriniz var. Vaxtınızın çox hissəsini birlikdə keçirirsiniz və çox xoşbəxtsiniz. Tək istədiyiniz və arzunuz əyilib qulağınıza "Mənimlə evlənərsən?” sözlərini deməyidir. Bəlkə də çatışmayan tək cəhət bu deyil, hətta onun üçün bu, mümkün olmayan bir şeydir...

Siz boş xəyallara qapıla bilərsiniz. Bəs, onun bu barədə fikirlərini bilirsinizmi? Sevgilinizin fikrində sizə evlilik təklifini edib-etməyəcəyini bilmək istəyirsinizsə, aşağıdakı məsləhətləri diqqətlə oxuyun.

Evlənmək istəmədiyini söyləyibmi?
Bu sözü deyirsə, ona təşəkkür etməlisiniz. Çünki ən azı sizə boş vədlər vermir və fikrini açıq şəkildə bildirə bilir. Məsələn, Gorge Clooney hər dəfə evlənmək əleyhinə olduğunu bildirir. Buna baxmayaraq, ətrafından qadınlar əksik olmur. Sevdiyiniz insan hər dəfə evlənmək istəmədiyini deyirsə, boşuna evlilik xəyalları qurmayın. Çünki sizin arzunuzun reallaşması mümkün deyil.

Vaxtının çoxunu dostları ilə birlikdə keçirirsə
Vaxtının çoxunu dostları birlikdə keçirirsə, sizi isə bu görüşlərə və əyləncələrə daxil etmirsə, onunla evlənmək fikrini başınızdan çıxarın.

Çünki belə kişilər həyatlarını bir qadına həsr edə bilmir. Onlar qadından ancaq cinsi istəklərini ödəmək üçün istifadə edirlər.

İşinə bağlı biridirmi?
Sevgilinizin hər hansı bir şeyə, məsələn işinə hədsiz bağlığı varsa, işiniz bir balaca çətin olacaq. Çünki o, işindən başqa bir məsuliyyəti üzərinə almağı çox güman ki, düşünmür.

Heç evlənibmi?
Sizdən əvvəl evlənibsə və bu evlilik onun həyatında ağır izlər buraxıbsa, çətin bir də evlənmək istəsin. Yenidən evlənmək üçün o, çox cəsarətli biri olmalıdır.

Valideynləri boşanıbmı?
Valideynləri boşanmış olan kişilər ailə həyatlarının dağılmasından çox qorxur. Buna görə evlənməyə tələsmir, hətta onların evlilik fobiyası da olur. Belə kişilərə hər evliliyin fərqli olduğunu izah etmək daha məqsədə uyğun olar
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri