Ailənizlə açıq havada olmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 790
Səs ver:
(səs: 1)
Evdə olduğunuz günlərdə ailənizə nə qədər zaman ayırırsınız?
Uşaqlarınızın əllərindən tutub həyat yoldaşınızla birlikdə gəzməyə çıxırsınızmı?

Uşaqlarınızın əllərindən tutub həyat yoldaşınızla birlikdə gəzməyə çıxırsınızmı?
Müasir dövrdə müxtəlif problemlərlə üzləşir,çox vaxt bizi imtahana çəkən bu problemlərə qarşı dözümsüz oluruq.
Anlayışı,səbri,günahı olsa da,olmasa da üzr istəməyi qarşı tərəfdən gözləyirik.
Ata-analarımıza,həyat yoldaşlarımıza və uşaqlarımıza qarşı səbirsizlik göstəririk.Xoş rəftarımızla ailə üzvlərimizi sevindirmək əvəzinə,onları problemlərimizə ortaq edirik.
Sonra isə ailəmizdə hökm sürən soyuq hava bizi narahat etməyə başlayır.
Ancaq düşünmürük ki,problemləri həll etmək üçün bir təbəssüm də kifayətdir.
Bizim vəzifəmiz ailə üzvlərimizin problemlərinin həllinə çalışmaq,boş vaxtlarımızı onlara həsr etməkdir.
Bəzən yuvamızda səmimiyyəti bərpa etməkdə və aramızdakı rəsmiyyəti aradan qaldırmaqda çətinlik çəkirik.Hətta uşaqlarımız və ömür-gün yoldaşımızla sevincimizi bölüşməyi unuduruq.
Bəlkə də bu sözləri oxuyarkən"Mən belə deyiləm" deyəcəksiniz.Ancaq bir anlıq uşaqlarınıza və həyat yoldaşınıza sonuncu dəfə nə vaxt "Səni sevirəm" dediyinizi xatırlayın.

Ata-ananız,həyat yoldaşınız,uşaqlarınızla sonuncu dəfə nə vaxt gəzintiyə çıxmısınız?
Heç onlarla açıq havada süfrə qurub birgə yemək yemisinizmi?
Ya da istirahət gününüzün hamısını ailənizə həsr edərək onlarla deyib-gülmüsünüzmü?

Həftənin bir gününü ailənizlə xoş keçirməyə çalışın.
Onları şəhərin tarixi yerlərindən birinə götürün,günorta yeməyini münasib bir restoranda yeyin.Günortadan sonra onların seçdiyi və ya ümumi istədiyiniz bir parka gedin.
Şirin söhbətlər edərək ailənizin sizə məlum olmayan gözəlliklərini kəşf edin.
Evinizə qayıdanda isə ailə üzvlərinin hamısına kiçik bir hədiyyə alın.Belə işdə pul xərcləməkdən qorxmayın.Çünki,bu xərc mənəvi sağlamlığınız üçün çox əhəmiyyətlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri