Qadın - kişi münasibətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 573
Səs ver:
(səs: 2)
Qadın və kişi hər hansı bir yerdə qar­şılaşarkən ilk «sa­lam» həmişə qa­dından gəlməlidir.
Yeni tanışlıqlarda ayrılış saatını qa­dının dilə gətirməyi lazımdır.
Gəzintilərdə kişi daim qadının sol tərəfində – küçə tərəfdə gedər.
Yolu keçərkən kişi qadının qoluna girər (tutar). Yolda hər hansı bir ma­neəyə rast gəldikdə əvvəl kişi onu keçir, sonra isə qadına kömək edir.
Maşina minərkən kişi qapını aça­raq qadının avtomo­bil­dəki ən şərəf­li yerdə (arxa oturaca­ğın sağ tərəfi) əyləş­mə­sinə kömək edir. Daha son­ra özü (şoferin yanında və ya arxa­da) əyləşir.
Ümumiyyətlə, avtobusa, trol­ley­bu­sa, taksiyə və s. əvvəl­cə qadın min­məlidir. Avto­bus, tramvay və s. do­lu ma­şın­lara minərkən əvvəl kişi mi­nə­rək qadına rahat­lıq­la otura bil­mə­si və ya dayana bilməsi üçün yer açma­lıdır.
Düşərkən isə əvvəlcə kişi düşür və qadının da düşməsinə kömək edir.
Qadının kişi yanında bir yük gö­tür­məsi (əl çantası xaric) kişi üçün mə­də­niyyətsizlikdir.
Pilləkənlə çıxarkən kişi qadın­dan bir-iki pillə geridə, enər­kən isə bir-iki pillə irəlidə addım­la­malıdır.
Yeməkli bir dəvətdə stola «sa­lam» demək üçün yaxın­la­şan bir qadın ol­duqda, stoldakı kişilər onu müt­ləq ye­rin­dən qalxaraq salam­la­ma­lı­dır.
Hər hansı bir yerdə – kafedə, teatr­da, məclisdə oturu­lacaq stol-stul əv­vəlcədən seçilibsə və ya sifariş ve­ri­lib­sə kişi yol göstərməkdən ötrü qa­baqda gedir, qadın onu təqib edir.
Stol arxasında oturarkən kişi qa­dı­na kömək edir və özü qadının so­lun­da (stol kiçik isə qarşı­sın­da) əy­ləşir.
Yeməyə çıxarkən (restoran, kafe və s.) menünü gözdən keçirərək və ya şəxsən menecerlə danışaraq nə yeyi­lə­­cə­yinə qərar vermək kişinin üzə­ri­nə düşən bir vəzifədir. Bu kişinin qa­dının ağız dadını nəzərə alma­dı­ğı­nı ifadə etməz. Nə­zakət qay­da­la­rı­na görə, qadın seç­mi­­ni ifadə etsə də, yeməyi sifariş ver­mək kişinin gö­türməsi lazım olan bir dav­ra­nış­dır. Bu vəziyyət kişinin qarşı­sın­­da­kı qa­dını çox yaxşı tanıdığını gös­tər­məsi və ən xüsusi olanı (sürprizi) kəşf­etmə vəzifəsini öz üzərinə aldı­ğı­nı ifadə etməsinin ən çox nəzərə çapran yol­larından biridir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri