Sevirlər... Evlənirlər... Bir ay sonra isə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 025
Səs ver:
(səs: 3)
Ailə dramı
Hərdən fikirləşirəm ki,o sevdiyim insan sənmiydin ?

Qazancım getdiyin salonlardadır.Atan evində gündə salona gedirdin də..

Çox danışırsan. Bir az da dinləməyi öyrən.

Bu uşaqdan adam olmaz, çünki sənə çəkib.

Sən necə bir insansan? Getdikcə dözülməz olursan. Anana bənzəməyə başlamısan.

Bu nə geyimdir, özünü 20 yaşındakı kimi hiss edirsən?

Sən həmişə beləsən. Tələsdiyimiz yerə gecikirsən, vaxtı-vaxtında hazırlanmırsan.

Ailən daha bizə gəlməsin, onlar gələndə sən dəyişirsən.

Sənin sevgidən nə anlayışın var, heyif səninlə itirdiyim illərə.

Necə də tərs bir insansan, heç dəyişmirsən...
Qohum-əqrəban evi avtovagzala döndərib..
                              
Evinə qulluqçu lazım idi məni gətirdin də hə ?

Bunu əvvəlcə də demişdim, amma yenə də edirsən.Gönüqalınsan...

Həmişə eyni variantları edirsən, artıq bezmişəm hər şeydən.

Maşallah anan saat səkkiz olmamış qapını döyür..Ona deyinən bir imkan versin də əynimizi geyinək..

Bir zamanlar bəyənmədiyim oglanların indi villası ,şəhərdə 2-3 yerdə evi var.Necə də axmaq oldum səni seçməklə...

Futbola baxmaq səninlə söhbət etməkdən daha maraqlıdır..

Atam filan qədər pul tökdü məni oxutdu ki, indi evdə qarovulçu olum ? Nə olacaq ki işləyəndə ?

Varsa yoxsa səninkilər..Mənim qohum əqrəbam düşməndi elə bil....

Maşınına məndən daha çox diqqət yetirirsən...Başa düşmürəm arvadın odur yoxsa mən ?!

Aldığın paltarlar evdə 1 ay qalır . Sonra bilmirəm hara yoxa çıxardırsan.Mən baş düşmürəm səni almışam, yoxsa ailəni də ? Az qala hamınız mənim cibimdən geyinirsiniz..

Anam yazıq peşman olur sən evdə olanda bizə gəlməyinə.Salamı candərdi verirsən. Amma sənin anan gələndə mən qabağında əldən ayaqdan gedirəm.

Qardaşın borc üçün başqa qapı tanımır ? Milli Bankdı bura ??

Xalxın da gəlinləri var da.Saat 7- dən ayaq üstədirlər.Bizimki 12-ə kimi köpür. Kişinin qızı özünü xanım hesab edir.Anasının verdiyi tərbiyədir də...

Təssüf ki, sevərək qurulan ailələrdə də bu faktlar qaçılmazdır.... Buyurun sizdə fikirlərinizi bölüşün.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 3 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri